Səhərlər işə, ya da məktəbə gedərkən saatınızın zəngini 5 dəqiqə qabağa çəkməmişdən əvvəl iki dəfə düşünün
16-09-2011 / 10:55
FaktXeber.com-un "Science" jurnalına istinadən verdiyi məlumata görə, aparılan araşdırmalar yuxudan tez qalxanların, digər insanlara nisbətən daha xoşbəxt və fiziki olaraq da daha incə bədənə sahib olduğunu göstərir. Yuxu vərdişləri içində isə ən pis vəziyyətdə olanlar "gecə quşları"dır. Axşamlar gec yatanlar həm sağlamlıqlarından, həm də xoşbəxtliklərindən oğurlayırlar. Roehampton Universiteti araşdırmaçıları 1100 qadın və kişi üzərində sağlamlıqları və yuxu vərdişləri ilə bağlı araşdırma aparıblar.
Araşdırmaya qatılanların 13 faizi səhər 7-dən əvvəl qalxdıqlarını və daha çox yuxuya ehtiyac duymadıqlarını söylətiblər. "Gecə quşları" kimi tanınan və araşdırmaya qatılanların 6 faizini təşkil edənlər isə həftə ərzində 9-dan tez oyandıqlarını, amma həftə sonu gec yatıb, gec qalxdıqlarını söyləyiblər.
Yerdə qalanların 81faizi isə bu iki sinifin arasında qalıblar. Araşdırmanın nəticəsinə görə, yuxudan tez qalxanlarda depressiya və gərginlik daha az müşahidə olunur, bundan əlavə naharlarını da daha nizamlı şəkildə edirlər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.