Alimlər, Taylandın paytaxtı Banqkokda görüşərək AİDS xəstəliyini müzakirə ediblər
15-09-2011 / 15:50
FaktXeber.xom-un verdiyi məlumata görə, Qazanılmış İmmun Çatışmazlığı Sindromu olan ölümcül AİDS xəstəliyinə 25 ildir çarə axtaran alimlər, müalicə üsulu olaraq istifadə edilən peyvəndin inkişaf etdirilməsi ilə əlaqədar müzakirələr aparıblar.
Konfransda peyvəndin inkişaf etdirilməsi ilə əlaqədar araşdırmalar və təcrübələr açıqlanıb. Konfransda, anti-retroviral dərmanların tətbiq olunduğu viruslu şəxsdən götürülən qan nümunələrinin dərmanların istifadəsindən sonra daha əvvəl yoluxmayan birinə inyeksiya edildikdə yoluxmadığını qeyd edib. Alimlər, peyvənddəki anti-cisimlərin inkişaf etdirilməsiylə neytrallaşdırılması müvəffəqiyyətli olsa, anti-cisimlərin insan bədənindəki HİV virusunu təsirsiz edəcəyi bildirilib.
İki il əvvəl minlərlə könüllünün iştirakıyla aparılan təcrübə nəticəsində peyvəndin, ölümcül AİDS virusunun yoluxma riskini azaltdığını bildirən Varren, təcrübə müddətinin hələ tamamlanmadığını, buna görə, peyvəndin inkişaf etdirilməsi lazım olduğunu vurğulayıb.
Qeyd edək ki, dünyada hər gün 7 min 500 nəfər AİDS virusuna yoluxur.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.