Araşdırmalar nəticəsində məlum olub ki, dünyada ən çox alkoqol Avropa ölkələrində qəbul edilir
15-09-2011 / 15:31
Dünya Səhiyyə Təşkilatı (DST) alkoqola qarşı getdikcə artan meylin qarşısını almaq üçün ciddi tədbirlər görmək niyyətindədir. FaktXeber.com-un verdiyi məlumata görə, Dünya Səhiyyə Təşkilatının araşdırmalarına əsasən, dünyada ən çox alkoqol Avropada qəbul edilir. Aparılmış araşdırmalara görə, hər avropalı il ərzində orta hesabla 9,24 litr spirtli içki qəbul edir. Hədd-büluğa çatmış əhalinin təxminən 20 faizi isə mütəmadi alkoqol istehlakçısı hesab edilir. Alkoqol istehlakına görə Avropada birincilik Estoniyaya məxsusdur. Hər bir estonun payına il ərzində 16 litr spirtli içki düşür. Estoniya bu göstərici ilə Çexiya, Rusiya, İrlandiya və Almaniya kimi ölkələri qabaqlayır. Avropada ən az spirtli içkilər isə Türkiyədə içilir.
Son 15 il ərzində alkoqol istehlakı ilə bağlı şərq-qərb tendensiyası müşahidə olunur. Belə ki, Qərbi Avropada spirtli içkilərə meyl edənlərin sayı azaldığı halda, bu göstərici Şərqi Avropa ölkələrində yüksəlməkdir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.