"Biz ölkə mətbuatında qərəzli və çox vaxt da konyuktur cızma-qaraları ilə ad çıxarmış Cümşüd Nuriyevin Azərbaycan Ordusunun baş leytenantı Ramil Səfərov haqda yazısını qətiyyətlə pisləyirik"
14-09-2011 / 15:53
Qarabağ Azadlıq Təşkilatı, Qazilər Birliyi və Vətən Müharibəsi Əlillər Cəmiyyəti, Cümşüd Nuriyevin Ramil Səfərov barədə yazdığı yazıya görə psiləyən bəyanat yayıb. Bəyanatda deyilir:
"Biz ölkə mətbuatında qərəzli və çox vaxt da konyuktur cızma-qaraları ilə ad çıxarmış Cümşüd Nuriyevin Azərbaycan Ordusunun baş leytenantı Ramil Səfərov haqda yazısını qətiyyətlə pisləyirik. Bu yazının sifarişlə yazıldığı heç kəsdə şübhə doğurmamalıdır. Bu sifarişi Ermənistanın xüsusi xidmət orqanları da, hər hansı beynəlxalq erməni mərkəzi də verə bilərdi. Cümşüd Nuriyev sifarişlə işləməyə öyrəşmiş adamlardandır. Onun bu yazısını vermiş qəzetin də mövqeyini başa düşmür və düşmək də istəmirik. Müəllifin və qəzetin bu hərəkətinin düşmən dəyirmanına su tökməkdən başqa adı yoxdur.
Biz hesab edirik ki, yazıda deyilənlər Ramil Səfərovun adına böhtandır və ermənilərin hadisədən dərhal uydurduqları yalanla üst-üstə düşür. Bu başabəla müəllif ermənilərin yalanlarını təkrar etməsinin səbəbini Azərbaycan cəmiyyətinə izah etməlidir. Bir daha bildiririk ki, Ramil Səfərov ermənini yatan yerdə öldürməyib, üzbəüz, əlbəyaxa döyüşdə öldürüb, Özü də ona görə öldürüb ki, o, Azərbaycan xalqını, dövlətini, bayrağını təhqir edirdi. Ramil bu təhqirlərə dözməyib və əsl qəhrəman və vətəndaş kimi hərəkət edib.
Biz bir daha bildiririk ki, bu cür yazını yazanlar Ramil Səfərovun vətənə ekstradisiyasına mane olmaq məqsədi güdür və bununla da erməni siyasətinə xidmət göstərirlər. Biz Qarabağ müharibəsi vaxtı onun-bunun köləgsində gəzən, cəbhə bölgəsinə hərdən-bir qonaq kimi gəzməyə gedən, indi isə özünü müharibə veteranı kimi təqdim edən Cümşüd Nuriyev kimilərinin mövqeyini rədd edir və onları Şəhidlərin ruhları qarşısında lənətləyirik."
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.