"Sadko" və "Ben-Qurion" hava limanı eyni memarlıq üslubunda tikilib
14-09-2011 / 11:05
FaktXeber.com-un verdiyi məlumata görə, Bakının dənizkənarı bulvarında edilən dəyişikliklər məşhur “Sadko” kafesindən də yan keçməyib. Məlum olduğu kimi, kafe yenidən tikilir və tamamilə başqa bir görmək alacaq. İlk baxışdan tikinti bumu gedən bir şəhərdə burda təəccüblü bir şey yoxdur. Lakin kafenin yeni görkəmi diqqəti cəlb edir.
“Sadko” kafesi ətrafından dənizə ayrı-ayrı tərəflərə 15 metr uzunluğunda 8 çıxıntı olacaq. Tam ortada kafe tikiləcək. Qeyd edək ki, “Sadko” kafesi yeni görünüşü ilə Dubaydakı məşhur Plam Cumeirah süni adasına bənzəyir. Bunu fotoları müqayisə edəndə aydın görmək mümkündür. Ancaq “Sadko”nun daha bir bənzərliyi daha çox diqqəti çəkir. Belə ki, bu günlərdə Israilə ət keçirən azərbaycanlı nazirin saxlanıldığı Təl-Əvivin Ben-Qurion hava limanının dizaynı eynilə “Sadko”nun bənzəridir. Şəkillərə baxanda da bunu demək mümkündür. Sadəcə fərq çıxıntıların sayındadı. Əgər “Sadko” kafesində ayrı-ayrı tərəflərə səkkiz çıxıntı olacaqsa, Ben-Qurion hava limanında bu çıxıntıların sayı altıdı. “Sadko” kafesinin hansı şirkət tərəfindən inşa edildiyini aydınlaşdırmaq hələ ki, mümkün olmayıb. Lakin bir məqama xüsusi diqqət yetirmək lazımdır. Israildə adətən, inşa edilən obyektlər yerli memarlıq üslübünda olur. Görünür, “Sadko”nun Ben-Quriona bənzəməsi təsadüfi deyil. Dənizkənarı bulvardakı məşhur kafenin də Israil üslubunda tikinldiyini ehtimal etmək olar. Tikintiyə cavabdeh qurumların niyə yerli deyil, İsrail memarlığına üstünlük verməsi isə hələlik bəlli deyil.
Qeyd edək ki, “ADO-G” Şirkətlər Grupu Bakının dəniz kənarı parkın abadlaşdırılmasında öz layihələri ilə fəal iştirak edir. Hal-hazırda “ADO-G” Şirkətlər Grupu Bakının dəniz kənarı parkında yeni bir layihənin həyata keçirilməsi ilə məşğuldur. Bu layihədə sahildən dənizə doğru yeni bir estakadanın quraşdırılması nəzərdə tutulmuşdur.Sahildən dənizə doğru uzunluğu 555 metr,eni 22 metr,dəniz səviyəsindən hündürlüyü 2,4 metr və ümumi sahəsi 34673 m² olan estakada quraşdırilıb istifadəyə veriləcəkdir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.