"İqtidar hazırda belə bir psixoloji ovqatdadır ki, əgər müxalifətlə bir masa arxasında oturub hansısa məsələ ətrafında müzakirə aparsa, bu zaman xalq fikirləşər ki, iqtidar zəifləyib"
13-09-2011 / 16:23
Qərb rəsmilərinin iqtidarla müxalifəti görüşdürmək istəməsi barədə artıq məlumatlar yayılıb. Hətta bu barədə ilkin anlaşmanın da əldə edildiyi bildirilir. Ümumiyyətlə, maraqlıdır, görəsən ölkə müxalifəti ilə iqtidar arasında hələ də mübahisəli olan və müzakirəsinə zərurət yaranmış hər hansı bir mövzu varmı? Mövzu ilə bağlı FaktXeber.com-a AXCP-nin sədr müavini Fuad Qəhərmanlı və ADP-nin sədr müavini Həsrət Rüstəmov açıqlama veriblər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.