Bu göstərici isə bir aya 4000 min nəfərin ölümü deməkdir.
12-09-2011 / 15:36
Dünya Sağlamlıq Təşkilatının sentyabr ayının hesabatına görə, hər il dünyada 1,5 milyon insan qarşıdurmalar və intihar hadisəsi nəticəsində öldürülür. Bu isə bir aya 4000 min nəfər deməkdir.
FaktXeber.com-un verdiyi məlumata görə, baş verən ölüm hallarının 80%-i cinayət və intihar üzündən, 11%-i isə müharibə şəraitində baş verir. Yaralanaraq şikəst qalanların sayı isə ölənlərdən daha çox olur. Bu cür ölüm hallarına səbəb olan hadisələr, dünya iqtisadiyyatına da öz təsirini göstərir.Baş verən hadisələrlə bağlı dəyən ziyan milyard dollarla ölçülür.
Qeyd edək ki, Dünya Sağlamlıq Təşkilatı bu günə kimi kifayət qədər belə hesabatlar hazırlayaraq təqdim ediblər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.