OSMANLI SULTANLARININ ÖLÜM SƏBƏBLƏRİ (2)

I MAHMUD: 21 il padşahlıq etdikdən sonra, 13 dekabr 1754-cü ildə bir cümə namazından sonra saraya dönərkən atdan düşüb, beyninə qan sızıb. Bu səbəbdən də dünyasını dəyişib.

I ƏBDULHƏMİD: 1787-1791-ci Osmanlı-Rusiya müharibəsi əsnasında, Anapa qalasının rusların əlinə keçdiyi xəbərində sarsılaraq, beyninə qan sızıb. Və bir müddət sonra 7 aprel 1789-cu ildə ölüb.

III SƏLİM: IV Mustafa tərəfdarları 28 iyul 1808-ci ildə III Səlimi öldürüblər.

IV MUSTAFA: II Mahmud tərəfindən 17 noyabr 1808-ci ildə boğdurulub.

II MAHMUD: II Mahmud yoluxduğu vərəm xəstəliyindən xilas ola bilməyib. Və 1 iyul 1839-cu il günü istirahət etmək üçün getdiyi bacısı Əsma Sultanın Çamlıcadakı imarətində, 54 yaşında vəfat edib.

ƏBDÜLMƏCİD: Tənzimat Dövrünü (Osmanlı İmperatorluğunda 1839-cu ildə Tənzimat Fərmanı olaraq bilinən Gülhane Xətti-Şərifinin oxunmasıyla başlayan müasirləşmə və yeniləşmə dövrünün adıdır. Sözün mənası "tənzimləmələr, islahatlar" deməkdir. Qərbdə isə ümumiyyətlə Osmanlı İslahatı (İng: the Ottoman Reform) deyilişi istifadə edilir.) başladan sultan 25 iyun 1861-ci ildə atası II Mahmud kimi vərəmdən ölüb.

SULTAN ƏBDÜLƏZİZ: Sultan Əbdüləziz də Fatehdən sonra ölümü ən çox mübahisə edilən padşahdır. Taxtdan endirildikdən bir neçə gün sonra 4 iyun 1876-cı ildə Feriye Sarayında biləkləri kəsilmiş halda tapılıb.

V MURAD: Taxtda ən qısa müddət qalan Osmanlı padşahıdır. Xroniki şəkər xəstəsi idi. Bu xəstəliyin bədənində yaratdığı iltihab nəticəsində 29 avqust 1904-cü ildə ölüb.

II ƏBDULHƏMİD: 10 fevral 1918-ci ildə Bəylərbəyi Sarayında 76 yaşındaykən tutulduğu sətəlcəmin irəliləməsi nəticəsində vərəmdən ölüb.

V MEHMED REŞAD: Xroniki şəkər xəstəsi olub. Şəkərin yaratdığı iltihab nəticəsində 3 iyul 1918-ci ildə ölüb.

VI MEHMED VAHİDETTİN: Son Osmanlı padşahı olan Vahidettin San-Remoda (İtaliyanın kurort şəhəri) 16 may 1926-cı ildə infarktından ölüb.
Cavad Turan