İran kinomotoqrafçıları dahi şairin həyatı barədə çəkilən filmi tamamlayıblar
09-09-2011 / 13:06
FaktXeber.com-un İSNA agentliyinə istinadən verdiyi məlumata görə, İranda dahi azərbaycanlı şair Məhəmmədhüseyn Şəhriyarın (əsl adı Məhəmmədhüseyn Behcət Təbrizi) 26 seriyadan ibarət filmi işıq üzü görüb. “Şəhriyar” filminin rejissoru Kəmal Təbrizi ilk dəfə olaraq belə bir çoxseriyalı tarixi filmin çəkilişində iştirak etdiyini söləyib. Onun sözlərinə görə, kinonun 80 faizi dahi şairin etdiyi çıxışları və xatirələrindən istifadə olunaraq ssenariləşdirilib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.