Misirdə olan və kraliça Hatşepsutun olduğu bildirilən 3 min 500 illik krem araşdırmaçıları çaşdırıb. Kraliçanın bu kremin içindəki zəhərli maddəyə görə öldüyü iddia edilir
07-09-2011 / 17:47
Keçmiş misirlilərin krem və pomadaları çox istifadə etdiyi, alimlər tərəfindən təsdiqlənən və minlərlə illik şəkillərlə sübut edilən həqiqətdir. Ancaq, Misir kraliçasının bu kremlərə görə öldüyü fərziyyəsi heç kimin ağlına gəlməmişdi. Ta ki, 3 min 500 illik krem şüşəsi araşdırmaçılar tərəfindən tapılana qədər.
3 min 500 il ərzində xarab olmadan dövrümüzə qədər gələn kremin içində palma və kiçik Hindistan qozu yağından əlavə benzopiren adlı zəhərli maddə də var. Krem şüşəsinin üzərində adı yazılan Misir kraliçası Hatşepsutun yüksək dərəcədə kanserogen vəziyyətə gələn bu kremə görə öldüyü bildirilib.
Qeyd edək ki, kraliça Hatşepsutun mumiyası və məzarı 2007-ci ildə tapılmış, dəri xəstəliyindən və ya diş apsesinden öldüyü deyilmişdi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.