Avropa əhalisinin demək olar ki, 40 faizinin ruhi və nevroloji xəstəliklərlə mübarizə apardığı açıqlanıb
05-09-2011 / 18:00
FaktXeber.com-un verdiyi məluata görə, mərkəzi Almaniyada yerləşən bir araşdırma təşkilatı, Avropa ölkələrində yaşayanlardan 165 milyon insanın hər il depressiya, həyacan, yuxusuzluq, şizofreniya, aludəçilik, epilepsiya, parkinson və ya ağlını itirmə kimi narahatlıqlarla mübarizə apardığını ortaya qoyub.
Bu xəstəliklərə yoluxanların yalnız üçdə birinin müalicə aldığını ortaya çıxaran təşkilata görə, avropalıların ruhi xəstəlikləri, qitəyə hər il yüzlərlə milyard avroyla ölçülən iqtisadi və ictimai ağırlıq gətirir. Bunun səbəbi isə xəstələrin işlə bilməyəcək vəziyyətdə olması və fərdi əlaqələrin çökməsidir.
Araşdırmanı icra edən alimlər, zehni pozğunluqların Avropada 21-ci əsrin ən böyük sağlamlıq problemi olduğunu söyləyib. Almaniyanın Dresden Universitetindən Hans Ulrich Wittchen, bu cür xəstəliklərə yoluxan şəxslərin yalnız çox kiçik bir qisiminin yaxşı müalicə ala bildiklərini, ancaq bu müalicələrin də çox gec başladığını söyləyib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.