Diktatorlar qızıldan hazırlanmış tualetləri və bahalı portretləri sevirlər
03-09-2011 / 11:44
Liviya lideri Müəmmar Qəzzafinin Tripolidəki iqamətgahından ağla gəlməyən qiymətli əşyaların aşkar olunması, tarixdə olan diktatorların saraylarını yenidən gündəmə gətirib. FaktXeber.com olaraq bu xəbərdə tarixdə törətdikləri cinayətləri ilə məşhur olan, İraqın keçmiş diktatoru Səddam Hüseyn, Almaniya lideri Adolf Hitlerin, Filippinin keçmiş diktatoru Ferdinand Markosun, Rumuniya diktatoru Nikolay Çavuşesku və Yuqoslaviya prezidenti Miloşeviçin sarayları barədə sizlərə məlumat verəcəyik.
Adolf Hitler
II dünya müharibəsində milyonlarla insanın ölümünə səbəb olan Adolf Hitlerin sarayı ölkənin cənubunda Bavyera şəhərindəki dağlarda yerləşib. Dörd tərəfi taxtadan tikilən evdə Hitler, ABŞ filmlərinə baxmağı və itlərlə yaşamağı çox sevərmiş. Dizaynı Hitler tərəfindən verilən bu evin pəncərələri avtomatik olaraq dağ mənzərəsinə açılırmış.
Səddam Hüseyn
İraqın keçmiş diktatoru Səddam Hüseynin ölkə daxilində 80-ə yaxın sarayı vardır. Lakin paytaxt Bağdadda yerləşən saray isə o, biri saraylardan möhtəşəmliyinə görə çox fərqlənirdi. Tualeti qızıldan və xüsusi mərmərlərdən hazırlanmış saray, zoopark, qiymətli portiretlər və divarlarında çoxlu heyvan başları ilə dekorasiya olunmuşdu.
Ferdinand Markos
1986-cı ildə devrilən Filippin diktatoru Ferdinand Markos və ayaqqabı kolleksiyası ilə tanınan həyat yoldaşı İmelda, lüks iqamətgahları ilə məşhur olublar. Qızıl tualetlər, ləl-cəvahiratlı və bəzəkli çılçıraqlar və tarixi əsərlərlə dolu yüzlərlə evi olan bu cütlüyün əsas iqamətgahı Takloban şəhərində yerləşən Santa Nino sarayı idi.
Slobodan Miloşeviç
Serbiya və köhnə Yuqoslaviya prezidenti Slobodan Miloşeviç, 1990-cu illərdə Bosniyalı müsəlmanlara qarşı qorxunc bir vəhşilik həyata keçirib. 2006-cı ildə ölən Miloşevic, Belqradda digər diktatorlardan fərqli olaraq sadə bir evdə yaşayırmış.
Nikolay Çavuşesku
25 il Rumuniyanı dəmir yumruqla idarə edən Çavuşesku və həyat yoldaşı Elena, Ruminiyanın paytaxtında yerləşən və dünyada pentaqondan sonra ikinci ən böyük bina olan “Xalq evi” binasında yaşayıb. 12 mərtəbədən və 1100 otaqdan ibarət olan saray xüsusi hazırlanmış mərmərlər və 500-ə yaxın çılçıraq vasitəsilə bəzədilib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.