Yunan polisi, 2001-ci ildə Belçika Kral Muzeyindən oğurlanan məşhur rəssam Peter Paul Rubensin " The Calydonian Boar Hunt " (Kalidonia Qabanı Ovu) adlı rəsm əsərini tapıb
02-09-2011 / 12:15
FaktXeber.com-un verdiyi məlumata görə, rəsm əsərini özünü alıcı kimi təqdim edən polisə 6 milyon avroya satmağa çalışan 65 yaşlı kişi ilə 40 yaşlı qadın saxlanılıb.
Polis, içində rəsm əsəri olan avtomobildə özünü polisə satıcı kimi təqdim edən şəxslə təyin olunmuş görüş yerinə gəlib. Avtomobil təhlükəsizlik xidmətləri tərəfindən saxlanılıb. Şübhəli şəxslər dindirildikdən sonra onların bu əsəri oğurlamadıqları məlum olub.
Rəssam Peter Paul Rubensin 1618-ci ildə üzərində işlədiyi 28x52 sm ölçülü əsərin, Afina Təhlükəsizlik İdarəsinin Mədəniyyət Nazirliyi ilə əməkdaşlığı nəticəsində təşkil etdiyi əməliyyat zamanı ələ keçirildiyi bildirilir.
Hadisə ilə əlaqədar istintaq aparılır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.