FaktXeber.com-un verdiyi məlumata görə, Cenevrədən yerləşən Hava Nəqliyyatlarını Reytinq Agentliyinin dünyanın ən təhlükəsiz aviaşirkətlərinin siyahısını dərc edib. “İqtisadi forum” jurnalının Agentliy istinadən verdiyi xəbərə görə, ilk onluğu Britaniya, Fransa, Almaniya və ABŞ şirkətləri tutub.
Hava Nəqliyyatının Reytinq Agentliyinin (Air Transport Rating Agency - ATRA) reytinq cədvəlinə görə, dünyada ən təhlükəsiz aviaşirkət Almaniyanın Lufthansa, Fransanın Air-France-KlM və Britaniyanın British Airways olub. Reytinqdə ilk onluğun 6-sı (Continental Airlines, Delta Airlines, Southwest Airlines, United Airlines, American Airlines və US Airways) ABŞ-ın payına düşüb.
Aviauçuşların təhlükəsizliyi sahəsində uğur əldə edən Japan Airlines şirkəti də 10 şirkət arasındadır. Ancaq Avstraliya və Yeni Zelandiya şirkətləri ilk onluğa düşə bilməyiblər. Rusiya aviaşirkətləri ümumiyyətlə bu siyahıya düşməyib.
Agentliyin məlumatına görə, dünyanın 110 aviaşirkəti arasından yalnız 44-dən zəruri məlumatları toplamaq mümkün olub.
Aviaşirkətlərin işlərin keyfiyyəti 15 meyarla qiymətləndirilib. Bu meyarlara təyyarələrin istismar müddəti, təyyarəni idarə edənlərin hazırlıq səviyyəsi, qəzaların sayı, son on ildə hər şirkətin payına düşən qəzaların sayı və s.. daxildir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.