Kurtlar Vadisi Pusu serialı yeni mövsümdə tamaşaçısı ilə TNT-dəgörüşəcək
26-08-2011 / 10:29
FaktXeber.com-un serialın rəsmi saytına istinadən verdiyi məlumata görə, 2003-cü ilin yanvar ayında Show TVdə yayımlanmağa başlanan Kurtlar Vadisi, 9-cu ilinə qədəm qoyarkən, yeni kanalını seçib.
Gündəmə bağlı mövzuları özünə xas üslubu ilə qiymətləndirən Kurtlar Vadisi Pusu, yeni sezonda TNT televiziyasından yayımlanacaq.
Rəsmi açıqlamada deyilir: "Show TV, Kanal D və Star-dan sonra ATVnin də ən çox seyr edilən serialı olan Kurtlar Vadisinin bu kanal dəyişikliyinin, sektorumuzun ehtiyacı olan rəqabətçiliyi dəstəkləyəcəyinə ümid edirik...
Yeni mövsümdə öz günündə, öz saatında TNT-də ekrana gələcək fenomen serialın güclü bir şəkildə tamaşaçısına qovuşacağına və yeni kanalının qısa zamanda ən çox izlənilən kanallar arasında yerini alacağına inancımız var".
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.