11 sentyabr hadisəsinin 10-cu ildönümü yaxınlaşır. ABŞ-lı müsəlmanlara qarşı isə kəşfiyyat fəaliyyətləri hələ də davam edir.
FaktXeber.com-un verdiyi məlumata görə, ABŞ-da fəaliyyət göstərən və müsəlmanlar tərəfindən yaradılan bir Qeyri Hökumət Təşkilatı açıqlamasında, Mərkəzi Kəşfiyyat İdarəsinin Nyu-York polisinə şəhərdə olan məscid və müsəlmanlara qarşı kəşfiyyat aparılmasına diqqət çəkib.
Açıqlamada, MKİ-nin müsəlmanlarla əlaqədar kəşfiyyat toplaması tənqid olunaraq, federal rəsmilər və senata çağırış edilib mövzu ilə əlaqədar istintaq açılması istənilib.
Amerika-İslam Əlaqələri Şurası vəkillərindən Qadir Abbas, MKİ və polisin müsəlmanlar barədə kəşfiyyat toplamasının ABŞ Konstitusiyasının gizlilik qanununa və MKİ-nin amerikalılarla əlaqədar öhdəliklərinə zidd olduğunu bildirib.
MƏSCİDLƏRDƏ MÖİZƏLƏR GİZLİ DİNLƏNİLİR
Xəbərə görə, Nyu York polisi MKİ-nin dəstəyi ilə müsəlmanların yaşadığı məhəllə və səmtlərə gedərək məscidlərdə oxunan möizələri dinləyir. Həmçinin müsəlmanlarla əlaqədar kəşfiyyat toplanılması məqsədiylə təkcə məscidlər deyil, bölgədə olan və müsəlmanların getdikləri kitabxanalar və kafelər də izlənilir.
Məscidlərə dinləmə cihazı yerləşdirilərək, qeyri-qanuni dinləmə aparıldığı da bildirilir.
Nyu-York polisinin müsəlmanlara qarşı kəşfiyyat aparılması təkcə bu şəhərilə məhdudlaşmır. Polis MKİ-dən dəstək alaraq, şəhərdən xaricdə yaşayan müsəlmanlar olan yerlərdə də kəşfiyyatlar aparırlar.
NYU-YORK POLİSİ: TƏQİBƏ GÖRƏ ÜZR İSTƏMƏRİK
Müsəlmanlara qarşı həyata keçirdikləri əməliyyatların konstitusiyaya zidd olmasına baxmayaraq, Nyu-York polisi məscidlərdə və müsəlmanların yaşadıqları yerlərdə icra edilən kəşfiyyat fəaliyyətlərinə görə üzr istəməyəcəklərini dilə gətirib.
MÜSƏLMANLAR ÜÇÜN KU KLUX KLAN TEXNİKASI
Araşdırma nəticəsində, qaralara qarşı güct və terrora əl atan Ku Klux Klan təşkilatı üçün 1950-ci illərdən 70-ci illərə qədər istifadə edən COINTELPRO, bu gün tamamilə müsəlman amerikalarılara qarşı işləyir.
FTB, 1950-ci illərdən 70-ci illərə qədər Ku Klux Klan təşkilatı, insan haqqları və etiraz qrupları üçün minə yaxın agent istifadə edirdi. FTB-nin xüsusilə qaçqınlıq problemi və ya bu mövzularla əlaqədar işi olan müsəlmanı agent olaraq istifadə etmək istəyirsə, qaçqınlıq problemlərini həll edir və pul ödəyərək razılaşdırır. Aralarında həkimlərin, rəsmi məmurların, hətta imamların da olduğu agentlərin böyük qismi, müsəlmanları izlədiklərini bildiriblər.
MÜSƏLMANLARA QARŞI QONDARMA AÇIQLAMALAR
Amerikada təhlükəsizlik işçiləri arasında keçirilən seminarlar isə islamofobik ideologiyadan qaynaqlanır. ABŞ yüksək rütbəli təhlükəsizlik rəsmilərindən Con Qiduk, açıqlamalarında müsəlmanlara qarşı maraqlı məlumatlar verib.
ABŞ Təhlükəsizlik İşçiləri Konfransında verdiyi açıqlamada Qiduk, müsəlmanların məqsədinin Hz.Məhəmmədin dövrünə geri qayıtmaq və bütün dünyanı ələ keçirmək olduğunu dilə gətirib.
Digər bir rəsmi Velid Şubat isə, İslamın digərlərini yox etmək istəyən bir "inqilab" olduğunu deyib.
Müsəlmanları faşistlərə bənzədən Şubat, "Müsəlmanlar eynilə faşistlər kimi yayılma məqsədini güdürlər", - söyləyib.
Son olaraq ABŞ Təhlükəsizlik İşçiləri Konfransında seminar keçirən pedaqoq Solomon Bradman da "Gizli İslami cihad Amerikanı daxilindən təhdid etməkdədir", - deyə bildirib.
Rübab