Tüklü üzü və şirin dadı ilə süfrələrin ən çox seçilən meyvələrindən biri olan şaftalı, vitamin anbarıdır
25-08-2011 / 12:42
Karbohidrat mənbəyi olan şaftalı, A vitamini və kalium mineralları ilə zəngindir. Həzmi asanlaşdırır. İstilərdə tərlə ifraz olunan kaliumu əvəz edir. Sidik ifrazını artırdığı üçün qanı təmizləyir. Lifli olduğuna görə, qəbizlikdən qoruyur. Böyrək və həzm sistemi iltihablarında rahatca qəbul oluna bilər. Həmçinin dəri və ürək sağlamlığı üçün də əhəmiyyətlidir.
Şaftalıdan kompot, cem və şirə kimi də istifadə olunur. Bağırsaq hərəkətlərini sürətləndirir. Şaftalı soyulub püre halına salındıqdan sonra üzə maska edilsə, xüsusilə quru dərilərə yaxşı təsir göstərir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.