Təkcə saçları ağartsa yaxşıdır, xərçəng kimi ciddi xəstəliyə də səbəb olur
24-08-2011 / 16:17
FaktXeber.com-un "Science" jurnalına istinadən verdiyi məlumata görə, amerikalı alimlər, həddindən artıq stress keçirməyin saçların ağarmasından xərçəngə qədər bir çox xəstəliyə səbəb olduğunu bildirirlər. Şimali Karolinadakı Duke Universitetindən Prof. Robert Lefkovitzin liderliyindəki araşdırma "Science" jurnalında nəşr olunub. Araşdırmada stressin səbəb olduğu adrenalin ifrazatının saçların ağarması kimi problemlərlə bərabər, xərçəng kimi ciddi xəstəliyə də yol aça biləcəyi qeyd olunub.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.