Öz informasiyaları ilə dünyanı bir-birinə vuran bu sayt, fəaliyyətini niyə əvvəlki kimi davam etdirmir?
24-08-2011 / 13:14
İlk dəfə açıqladığı informasiyalar vasitəsilə dünyanı bir birinə vuran Wikileaks saytından uzun müddətdir ki, heç bir xəbər yoxdur. Öz informasiyaları ilə dünyanı bir-birinə vuran bu sayt fəaliyyətini niyə davam etdirmir? Açıqladıqları informasiyalar bütün dünyanı təəccünləndirmişdi. Ona görə ki, ilkin olaraq verdiyi məlumatlar ABŞ-ın cinayətləri ilə bağlı idi. Bu məlumatlardan sonra hamıda ABŞ-ın bir cinayətkar dövlət olması ilə bağlı əvvəlki illərdə olduğu kimi, yeni bir fikir formalaşdı. Lakin ABŞ höküməti onun cinayətkar və işğalçı olması barəsində yayılan məlumatlara müəyyən üzürlər gətirərək, hadisələrdən kənarda qaldı. Ancaq barələrində yayılan məlumatlara görə, Şərq dövlətlərinin liderləri bir-birinin ardınca devrildilər. Əvvəlcə Tunis, sonra Misir, indi isə Liviya. Bu liderlərin həyat yoldaşları, oğulları və barələrində olan bütün məlumatlar hamısı facebook və twitter sosial şəbəkələrində yayımlandı. Suriya prezidenti Bəşər Əsədin Türkiyədə çimərlik paltarında həyat yoldaşı ilə birlikdə gəmidə çəkdirdiyi fotoşəkilin yayımlanması, Suriyada böyük bir mənfi ajiotaja səbəb olmuşdu.
Xəbərin yayıldığı gün Bəşər Əsəd tətilini yarımçıq qoyaraq Suriyaya dönmüşdü.
Wikileaks belə məlumatlar yaymağa başlamışdı. Sonra nə oldu? Diktatorların xalqlardan gizli olaraq saxladıqları məlumatları ortalığa çıxardaraq, inqilabların baş vermə prosesini sürətləndirdi.
ABŞ-ın keçmiş prezident Corc Buş dövründə İraqı işğal etmək üçün hərbi əməliyyatdan istifadə etdi və bunun üçün milyardlarla dollar pul xərclədi. Lakin Obama, işğalçılıq siyasətini milyard dollarla xərc aparan hərbi əməliyyatlarla yox, bu cür informasiya vasitələrindən istifadə etməklə və ölkələrə öz adamlarını yerləşdirməklə davam etdirdi. Bununla ABŞ trilyon dollarlarla pul xərlcləmədən öz istəklərini reallaşdırmış oldu.
Əgər yadınızdadırsa Wikileaks ABŞ banklarının saxtakarlıqlarını açıqlayacaqdı. Bəs nə oldu? İnqilablardan sonra Wikileaksdan niyə xəbər yoxdur? Hər bir kəs üçün yəqin ki, maraqlı olardı.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.