Füzuli rayonunun tarixi memarlıq və arxeoloji abidələri erməni vəhşiliyinin qurbanına çevrilib
24-08-2011 / 11:14
Respublikamızın dilbər guşələrindən olan Füzuli rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğalından 18 il ötür. Bu gün rayonun ərazisindəki zəngin tarixi memarlıq və arxeoloji abidələr erməni tapdağı altındadır.
FaktXeber.com-un verdiyi məlumata görə, rayon icra hakimiyyətindən AzərTAc-a bildiriblər ki, Füzulinin ərazisindəki tarixi memarlıq abidələri düşmən tərəfindən tamamilə dağıdılıb. Bu abidələrdən Qarğabazar kəndində XVII əsrə aid karvansara və məscid, XVIII əsrə aid türbə, Aşağı Ayıbasanlı kəndində İbrahim türbəsi (XVIII əsr), Aşağı Veysəlli kəndində Mir Əli türbəsi (XIII əsr), Qoçəhmədli kəndində XVIII əsr məscid və yaşayış binası, Horadizdə XIX əsr məscid və İmamzadə türbəsi, Füzuli şəhərində, Qacar, Böyük Pirəhmədli, Merdinli kəndlərində XIX əsrə aid məscidlər, Saracıq və Gorazıllı kəndlərindəki XIX əsr körpüləri, Aşağı Veysəlli kəndində abidə kimi XII əsr qəbiristanlığı, həmçinin 10-dan çox kurqan tipli arxeoloji abidə erməni vandalizminin qurbanına çevrilib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.