MİLYARDLARI OLAN MƏHŞURLA BU TƏRİQƏTƏ ÜZV OLUR -1
Tom Kruz, Juliette Levis, Con Travolta, Cenna Elfman kimi Hollivud ulduzlarının yeni inanvı sayentologiyadır. Bu təriqət 159 ölkədə 10 milyon üzvü, minlərlə kilsəsi və ağla sığmaz qədər pulları ilə böyük müzakirələrə səbəb olub. Yaxşı nədir sayentologiya? Dindir, şirkətdir? Həqiqətdir yoxsa fantastikadır? Sayentologiya dünya ölkələri tərəfindən çox təhlükəli təlim kimi qəbul olunur və ona qarşı mübarizə aparılır.
Bir Amerikalı zabitin, bundan 50 il əvvəl təməlini atdığı təriqətin, bu gün, Dünyada 8 milyon üzvü, 3 min kilsəsi və 120 ölkədə, əlaqə bürosu var. Təriqətin məqsədi, dünya hökuməti qurmaq və Dünyaya hökm etmək. Bugünkü lideri isə 40 yaşlı Amerikan vətəndaşı, David Miskaviçdir.
HİPNOZ VƏ BEYİN İDARƏSİYLƏ BEYİN YUYULUR
Təriqət hipnoz yoluyla yeni müridlər qazanır. Və zaman içində beyin idarəsini ələ alaraq, sanki üzvlərini kölələşdirir. Sayentologiya təriqətində, hipnoz seansları əsnasında, e-metre deyilən bir yalan maşını istifadə edilir. Hipnoz olan müridlər, bütün mal varlıqlarını təriqətin əmrinə təqdim edirlər.
New Age(Yeni çağ) dini ifadələriylə, dünyanın ən sürətlə yayılan axını Sayentologiya, tərəfdarlarına fövqəladə vədlər verir.
Bu qrupa qatılan insanlara, müəyyən mərhələlərdən sonra zaman və məkanı aşa biləcəyi yalanı, vəd edilir. Normal insanların 5 duyğusu var. Təriqət öz müridlərinə, zirvəyə qədər çıxarlarsa, 57 duyğulu bir həyat yalanını vəd edir.
ÜST SƏVİYYƏ MÜRİDLƏRƏ: "ÖLÜMSÜZLÜK VƏDİ"
Sayentologiya təriqəti, ən yüksək mərtəbəyə çıxan üzvlərinə eyni zamanda, ölümsüzlük vəd edirlər. Belə ki, üzvlərinə, bir milyard illik müqavilələr imzalatdırırlar.
Sayentologiya, Hollivud təriqəti olaraq tanınır. Üzvləri arasında məşhur rejissor Oliver Stone, Tom Kruz, Con Travolto və Dastin Hofman kimi dünya məhşurlarının adları var. Bir çox Hollivud filmlərində bəzən gizli mesaj olaraq, bəzəndə açıq şəkildə Sayentologiya təbliğ edilib. Beləcə təriqət, xüsusilə gənclər arasında moda halına düşüb. Qısa zamanda, böyük tərəfdar toplayıb. Təriqət başda Amerika olmaqla, Qərb ölkələrində çox məşhurdur.
TƏRİQƏTƏ GİRMƏK ASAN ÇIXMAQ ÇƏTİN
Təriqətə girmək asan, ancaq çıxmaq çətin, hətta qeyri-mümkündüür. Xüsusəndə təriqətin sirlərinə vaqif olan şəxslərin təriqətdən ayrılması, ölüm fərmanı mənasını verir. Bütün riskləri nəzərə alıb təriqətdən ayrılan şəxslərin, qəza ya da bir başqa səbəblə öldürülür.
DÜNYADA TƏRİQƏTƏ QARŞI MƏHKƏMƏLƏR
1999-cu ildə, 15 sayentologiya təriqətinə mənsub yunan siyasətçilər, jurnalistlər, hakimlər, keşişlər və digər öndə gələn şəxslər haqqındakı faylları sistematik olaraq saxlamaqda ittiham edilmişdilər. 1998-ci ilde Afinada hakim, Sayentologiya təşkilatına fəaliyyətlərini dayandırmasını əmr etdi. 1997-ci ildə İtaliyada, 29 sayentologiya təriqətinin üzvü, həbs edilib. 1996-cı ildə Sayentologiya təriqətinin keçmiş lideri, törətdiyi cinayətlərinə görə, 18 ay həbs cəzasına məhkum edilib. 1996-cı ildə, Fransada 3 təriqət üzvü Lion məhkəməsində həbs edilib.
Sayentologiya haqqında, hakimlərin sözləri:
"Sayentologiya bir şeytandır. "İctimaiyyətə zərərlidir"
"Həm əxlaqsız, həm də ictimaiyyət üçün qorxuncdur."
"Təhlükəli və zərərlidirlər"
"Uydurma tibb ilə dolu və dini təməl və qaynaqdan məhrum"
Tural Həsənli