İşləyənlərin bir çoxu uşaqları və ana-ataları arasında seçim etmək məcburiyyətində qalır. Diqqətə və qayğıya daha çox ehtiyacı olan uşaqlarıyla vaxt keçirən işləyənlər, ana-atalarına laqeyd yanaşmaq məcburiyyətində qala bilər. İşin gərginliyi, vaxtsızlıq, stress kimi səbəblər ailə qonaqlıqlarını təxirə salır. Mütəxəssis psixoloqlar, insan həyatının keyfiyyətinin sevdiklərinə ayırdığı zamanla doğru mütənasib olduğunu söyləyir. İnsanın həqiqi müvəffəqiyyəti həyatını sevdiklərinə görə, tənzimləməsidir. Ana-atamızla əlaqəmizi kəsərək, uşaqlarımızın təhsilini məktəblərin üstünə ataraq müvəffəqiyyətli olmarıq.
Ətrafımızdakı hamının vaxtaşırı işinin gərginliyinə görə, böyükləriylə maraqlanmadığından şikayətləndiyini eşidirik. Həmişə çatdırılması lazım olan işlər, iştirak etməyiniz lazım olan konfranslar olur. Axşam evə qayıdanda isə maraqlanılması lazım olan uşaqlar onları gözləyir. Buna görə, valideynləri ziyarət etmək və onlarla üçün planlar həmişə başqa günə təxirə salınır. Mütəxəssis psixoloqlar, gərgin iş tempi içində vaxt ayrılması lazım olan kəslərə görə, təqvim yaradılması lazım olduğunu söyləyirlər. Mütəxəssislər, "Valideynlərimizlə keçirəcəyimiz vaxtlar həm müvəffəqiyyətimizə, həm də psixologiyamıza təsir edə bilən məsuliyyətimizdir. Ailəmiz çox uzaqda yaşasa belə, onlar bədbəxtkən bizim yaxşı olmamız mümkün deyil. İşdən xaricdəki vaxtlarımızı böyüklərimizə görə tənzimləməliyik", - deyə bildirirlər. Sürətimizi bir az yavaşlatmaq və bəzi anları itirməmək lazımdır. Xüsusilə həyatı gərgin yaşayarkən, ana və atasının ölümüylə sarsılan insanların "kaş ki" sözləri çox olur. Bu nöqtədə iş şərtlərinin yenidən qurulması, prioritetlərin təyin olunması tövsiyə olunur.
Vaxtı tənzimləyə bilərsiniz
Mütəxəssis psixoloqlar, "Valideynlərimizin xəstəliklərindən, onların ağrılarından vaxtında xəbərdar olmalıyıq. Bunun üçün əmək bölgüsü etmək olar. Bacı, qardaşlar arasında ortaq planlar qurularaq həftədə bir gün görüş təyin oluna bilər. Əhəmiyyət verildiklərini hiss etmək onların psixologiyasına müsbət təsir göstərə bilər", - deyir. Uşaqlarına vaxt ayıra bilməyən şəxslər böyükləri ilə də maraqlanmaqda etinasızlıq göstərirlər. Psixoloqlar, "Nə qədər çox işləyirsək işləyək, işlərimizi müəyyən plana uyğun həyat keçirdikdə, bütün sevdiklərimizlə görüşə biləcək qədər vaxt tapa bilərik. İnsanın işinin məqsədi də, sevdiklərinin özlərini daha yaxşı, daha etibarlı hiss etməsi ilə tamamlanmalıdır", - deyərək, vaxtsızlığın səbəb ola bilməyəcəyini vurğulayırlar.
Nərgiz Kazımlı