"Səndən xəbərsiz" film-tamaşasından unudulmaz bir kadr
20-08-2011 / 12:43
Məzmun: Bu film-tamaşada Elçinlə(Yaşar Nuri) Gülnarın(Firəngiz Mütəllimova) arasında olan sədd daha da qalınlaşır. Gülnarın həyatında baş verən faciəli dəyişikliklər onun işdən getməsinə səbəb olur. Elçinin arvadı Sərvinaz(Tanilə Əhmərova) isə nəhayət başa düşür ki, Elçin hələ də Gülnarı sevir və bu səbəbdən Elçindən ayrılmaq qərarını alır. Artıq müstəqil olan Elçin isə dərhal şəhərdən getmək istəyən Gülnarın ardınca vağzala yollanır...
Film-tamaşa haqqında: Film-tamaşa yazıçı Aslan Qəhrəmanovun romanı əsasında ekranlaşdırılmışdır. Bu film-tamaşanın əvvəli "Səni Axtarıram" və "Bağışla" televiziya tamaşalarında yer almışdır.
Film-tamaşa üzərində işləyənlər:
Ssenari Müəllifi : Aslan Qəhrəmanov
Quruluşçu Rejissor : Tariyel Vəliyev
Quruluşçu Operator : Eldar Məmmədov (II)
Quruluşçu Rəssam : Rəfael Əsədov
Səs Rejissoru : Fuad İbrahimov
Operator : Seyidağa Mövsümov, Yusif Dadaşov, Əlövsət Aslanov
Rejissor Assistenti : Adil Bünyadov
Rəssam : Azər Cəbrayılov
Qrim Rəssamı : Aslan Qafarov
Musiqi Tərtibatçısı : İsmayıl Dadaşov
Videoyazı Mühəndisi : Asim Babayev, Sergey Perevalov, Rauf Kələntərov, Tofiq İbrahimov, Zoya Teymurova, Vaqif Aslanov, Fikrət Quliyev (II), Vladislav Makarenko
Dekorator : Əliağa Xəlilov, Namiq Cəmşidi
Mahnı İfa edən : Flora Kərimova, Mirzə Babayev
Musiqilərindən İstifadə edilən Bəstəkar : Emin Sabitoğlu, Oqtay Rəcəbov, Mobil Babayev
Rollarda:
Firəngiz Mütəllimova-Gülnar
Yaşar Nuri-Elçin
Rəfael Dadaşov-Vasif
İlham Əsgərov-Fərrux
Saleh Babayev-Şakir
Tanilə Əhmərova-Sərvinaz
Fazil Cəlilov-İlqar
Nəzirə Salmanova-Toydakı qonaq
Zülfiyyə Cəfərova(Z. Cəfərova kimi)-Toydakı qonaq
Adil İsmayılov-Tamada
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.