Rəsm əsəri məşhur Holland rəssamı Rembrandt Harmenszoon van Rijə məxsusdur
16-08-2011 / 10:15
FaktXeber.com-un Türkiyə mediasına istinadən verdiyi məlumata görə, məşhur Holland rəssamı Rembrandt Harmenszoon van Rijnin əsəri oğurlanıb. 250 min dollar dəyərində olan əsər Kaliforniya ştatının "Rits-Karlton" mehmanxanasındakı müvəqqəti ekspozisiyadan oğurlanıb.
Nəzarətçinin diqqətinin yayındırılmasıyla həyata keçən oğurluğun əvvəlcədən çox dəqiqliklə planlaşdırıldığı bildirilir. Ekspertlərin bu qənaətinə səbəb əsərin 15 dəqiqə ərzində oğurlanması olub. Kaliforniya polisinin nümayəndəsi Stiv Uitmen jurnalistlərə açıqlamasında bildirib ki, əsər Los-Anceles dairəsindən olan “Rits-Karlton” sərgisinin kuratorunun diqqətinin yayındırıldığı an yoxa çıxıb.
Qeyd edək ki, oğurlanan dəyərli əsərin tapılmasında hüquq-mühafizə orqanları yalnız mehmanxananın daxili izləmə kameralarına ümid bəsləyirlər. Çünki bu sistem ABŞ-da ən etibarlı sistemlərdən biri hesab edilir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.