Chanel markasının yaradıcısı Fransız stilistin, faşistlərin Paris işğalında bir çox alman zabitlə münasibətdə olduğu bildirilir. Şanelin almanlar üçün cəsusluq etdiyi də məlum olub
15-08-2011 / 16:58
FaktXeber.com-un verdiyi məlumata görə, yaratdığı "Chanel" markasıyla modaya adını qızıl hərflərlə yazdıran və "Time" jurnalı tərəfindən yüz ilin ən əhəmiyyətli 100 insanı arasında olan fransız stilist Koko Şanelin faşist agenti olduğu iddia olunur. Həqiqi adı Qabrielle Bonheur Şanel olan fransızın, faşist ideologiyasının rəhbərləri Hitler və Göbbels tərəfindən rejimə verdikləri töhfələrinə görə mükafatlandırılan alman agenti Baron Hans Qunther von Dinklace ilə münasibətdə olduğunu qeyd edən amerikalı jurnalist Hal Vaughn, "Düşmənlə yatmaq: KoKo Şanelin Gizli Döyüşü" adını verdiyi kitabında Şanelin də sevgilisinin fikirlərini paylaşdığını yazıb. Kitaba görə, yəhudilərdən və kommunizmdən nifrət edən Şanel, alman xarici siyasətinə və Hitlerə heyran olub. Buna görə də, sevgilisindən gələn agentlik təklifini tərəddüd etmədən qəbul edib.
Kod adı: Westminster
Şanel, alman gizli xidmətinə Abvehr şəhərində xidmət edirdi və qeydlərə də "Agent F-7124" olaraq daxil olmuşdu. Koko Şanelin kod adı isə "Westminster" idi. Şanelin imperatorluğunun böyüməsində, ölkədəki yəhudi mallarına əl qoyulduqdan sonra bu fürsəti çox təsirli şəkildə qiymətləndirməsi də əhəmiyyətli olub. Şanel, yəhudi əleyhinə olmasıyla faşistlərin də simpatiyasını qazanıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.