Türkiyə Dövlət Arxivinə göndərilən sənədlər səhvən Tullantı Kağız Cihazına gedərək 15 qovluqdan ibarət sənəd məhv edilib
15-08-2011 / 16:44
FaktXeber.com-un Türkiyə mediasına istinadən verdiyi məlumata görə, İğdır İctimaiyyətlə İşlər və Məskunlaşma İdarəsinin Dövlət Arxivləri Baş İdarəsinə göndərdiyi 15 qovluqdan ibarət tarixi sənəd, yük şirkətinin səhvi ucbatından tullantı kağız cihazında məhv edilib.
Məlumata görə, İctimaiyyətlə İşlər və Məskunlaşma İdarəsi, içində Ahıska Türklərinə aid qeydlərin də olduğu sənəd və vergi qeydiyyat dəftərlərindən ibarət olan sənədləri UPS yük şirkəti vasitəsilə arxiv anbarlarında mühafizə edilməsi üçün Dövlət Arxivləri İdarəsinə göndərib. Ancaq şirkət, sənədləri Baş İdarə əvəzinə, Baş İdarənin Ergazidəki Tullantı Kağız Cihazına verib. Sənədlərin buraya mühafizə üçün deyil, məhv üçün göndərildiyi düşünülərək, doğrama maşınına atılaraq məhv edilib.
Skandal məlum olduqdan sonra ilk araşdırma İctimaiyyətlə İşlər və Məskunlaşma İdarəsi tərəfindən aparılıb. Ancaq fayl "Məsuliyyət idarəmizdə deyil", - deyilərək, Dövlət Arxivləri Baş İdarəsinin tabe olduğu nazirliyə göndərilib. Bununla bağlı Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın təlimatıyla işə Baş Nazirlik Təftiş İdarəsi qoşulub. Yaradılan xüsusi qrup, məsulları tapmaq üçün İğdır İctimaiyyətlə İşlər və Məskunlaşma İdarəsi, UPS və Dövlət Arxivləri Baş İdarəsində araşdırma aparacaq.
KÖÇÜN SƏNƏDLƏRİ
Səhvən məhv olunan sənədlər arasında Sovet İttifaqının yaradılmasından sonra Türkiyəyə köçmək məcburiyyətində qalan ahıskalılarla əlaqədar sənədlərin də olduğu bildirilit. 1920-ci li və 1930-cu illərə aid sənədlərdə sərhədi keçərək Türkiyəyə gələn ahıskalıların şəxsiyyət sənədləri və qeydiyyat sənədləri də məhv edilib.
II DÜNYA MÜHARİBƏSİ SÜRGÜNÜ
1944-cü ildə Stalinin Orta Asiyaya sürgün etdiyi ahıskalılar, 1957-ci ildə əfv çıxarıldığı halda torpaqlarına, yəni bugünkü Gürcüstan sərhədlərindəki Cavaxeti bölgəsinə qayıda bilməyib. Özbəkistanda 1989-cu ildə baş verən Fərqanə hadisələrindənsonra Türkiyə, Ukrayna və Rusiyanın digər bölgələrinə köçüblər. Gürcüstan, Cavaxetiyə ermənilər yerləşdirildiyi üçün ahıskalılar geri qəbul edilməyib. ABŞ, Gürcüstanı bu yükdən xilas etmək üçün minlərlə ahıskalıyı qəbul edib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.