FaktXeber.com-un verdiyi məlumata görə, Amerika alimləri insan gözünün bütün kompyuter ekranlarını, eləcə də maye kristal monitorları eyni dərəcədə pis qəbul etdiyini müəyyənləşdiriblər.
Tədqiqatçılar ekrandan istifadənin müsbət tərəflərini təhlükəsiz şriftləri seçməklə, gözə düşən yükü azaltmağın mümkünlüyünü aşkar ediblər.
ABŞ-dan olan tədqiqatçıların fikrincə, sağlamlıq üçün ən təhlükəsiz kompyuter şrifti 10-12 ölçülü Verdana şriftləridir.
Alimlərin keçirdikləri sınaq nəticəsində aydın olub ki, Verdana şrifti göz əzələləri üçün çox rahatdır.
Ekspertlər bildiriblər ki, kompyuterin ekranı qarşısında gözləri qıymaq vərdişi göz qırpmanı azaldır, bununla əlaqədar olaraq gözlərin nəmlənməsinin təbii prosesi pozulur.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.