Əgər orqanizminizdə hər hansı bir xəstəliyin olub-olmamasını bilmək istəyirsinizsə o zaman dırnaqlarınıza baxın
11-08-2011 / 16:36
FaktXeber.com-un “Dailymail”ə istinadən verdiyi məlumata görə, dırnaqlar xəstəliklərin müəyyənləşdirilməsində əsas rol oynayır. Ağ dırnaq
Məsələn əgər sizin dırnağınız ağararaq, ətrafını nisbətən qara rəng əhatə edərsə bu o deməkdir ki, sizin qara ciyərinizdə ciddi problemlər var və sizdə çox güman hepatit xəstəliyi mövcuddur.
Sarı dırnaq
Əsasən göbələk xəstəliyindən dırnaqlarda yaranan sarılıq, şəkər və bağırsaq xəstəliklərinə də işarədir.
Göyərmiş dırnaqlar
Azacıq göy rəngə çalan dırnaqlar bədənin kifayət qədər oksigen almamasına, bağırsaqlarda üfunətin olmasına və bəzən diyabet xəstəliyinə işarə edir.
Dalğavari dırnaqlar
Dırnaların dalğavarı olması psoriasis adlı dəri xəstəliyindən xəbər verir.
Çartlamış dırnaqlar
Çatrlamış dırnaqlar əsasən dəri olan xəstəliklərə, xüsusən göbələk xəstəliyinə işarədir.
Qaralmış dırnaq
Əgər sizin dırnağınızda qaraltı müşahidə olunursa tez bir zamanda həkimə müraciət etməlisiniz.
Dırnaqda yaranan qaralıq, sizdə melanom adlı dəri xərçəngi xəstəliyinin tapılmasına işarədir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.