Dünya Səhiyyə Təşkilatı, donuz qripi təhlükəsinin tamamilə aradan qalxdığını bildirib
10-08-2011 / 16:58
FaktXeber.com-un verdiyi məlumata görə, Dünya Səhiyyə Təşkilatı (WHO), donuz qripi epidemiyasının sona çatdığını açıqlayıb. WHO rəhbəri Dr.Marqaret Çan, qlobal faktorlar və müxtəlif ölkələrdən gələn hesabatlar istiqamətində təşkilatın fövqəladə hallar komitəsinin H1N1 virusunun səbəb olduğu epidemiyanın sona çatdığı qənaətinə gəlib.
Komitəylə razılaşdığı, ancaq bunun virusun tamamilə aradan qalxdığı mənasını vermədiyini bildirən Çan, donuz qripinin bundan sonra normal mövsüm qripi kimi varlığını davam etdirməsini gözlədiklərini qeyd edib.
Bəzi mütəxəssislər WHO-i, 2009-cu ildə yaranan donuz qripi təhlükəsini şişirdərək, tələm-tələsik peyvənd çıxaran dərman sənayesinin böyük qazanc əldə etməsini təmin etməklə günahlandırmışdı.
Qeyd edək ki, qrip can almaqla birlikdə, qorxulduğu kimi qlobal ölçüdə çox böyük bir epidemiyaya çevrilməmişdi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.