Alman və avstraliyalı alimlərdən ibarət qrup, Avstraliyanın Sidney ilə Nyukasl şəhərlərində toplaşıblar
10-08-2011 / 13:39
FaktXeber.com-un "Science" jurnalına istinadən verdiyi məlumata görə, alimlər, virusların bölünərək yayılmasına mane olan yeni molekul kəşf ediblər. Avstraliyalı və alman elmi işçilərinin birgə işlədiyi qrup bir çox virus və bakteriyanın insan bədənində çoxalaraq böyüməsinə mane olan yeni bir üsul kəşf ediblər. Bu müşahidə xərçəng, AIDS və beyin pozğunluqları kimi bir çox xəstəliyin müalicəsində yeni bir dövrün başlaması mənasını verir. İş üçün Almaniyanın Berlin, və Avstraliyanın Sidney ilə Nyukasl şəhərlərindən üç fərqli alim qrupu birləşib. Qrupdakı alimlərdən biri Fil Robinson, "Hüceyrə divarı hüceyrəni qorumaq üçündür. Bu divar çöldəki zərərli maddələrin içəriyə girməsinə mane olur. Ancaq hüceyrənin ehtiyacı olduğu qida və sairə bəzi maddələri də daxilə çəkməsi lazımdır. Bu işi edən zülala "clathrin" deyilir. Bu zülal hüceyrə divarından girmək istəyən maddələri faydalı və ya zərərli olaraq xarakterizə edir. Faydalı olan maddələr üçün hüceyrə divarında keçici tunel açılır. Sonra bağlanır", - deyə bildirib.
Xərçəng, AIDS və müxtəlif bakteriyalar, bu zülalı aldada bildiyini vurğulayan Fil Robinson, fikirlərini belə davam etdirib,"Ancaq yeni bir molekul "clathrin" zülalının içinə yerləşərək, zərərli virusların hüceyrə divarından içəri girmələrinə mane olur."
Qeyd edək ki, araşdırmanın sonrakı mərhələsində mütəxəssislər sözügedən molekulun insan bədənində istifadə edilməsinin etibarlı və təsirli olacağından əmin olacaqlar. Buna da bir neçə il sərf olunacağı qeyd olunub.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.