ERMƏNİLƏRİN SİYASİ TERRORLARI - DAŞNAKSÜTUN (V-yazı)
ASALA (Ermənistanın qurtuluşu üçün gizli erməni ordusu)
* Yaranması və Təşkilat Quruluşu
* Məqsəd və Hədəfləri
* Strategiyaları, Tutum və Davranışları
* Siyasi hadisələr
* Dəstək və Əlaqələri
* Mətbuat orqanları
ASALA (erm. Hayastani Azatagrut'yan Hay Gaghtni Banak) -1975-1991-ci illərdə fəaliyyət göstərmiş erməni terror təşkilatıdır. Türkiyə Cümhuriyyəti Təhlükəsizlik xidməti tərəfindən terror təşkilatı kimi tanınmışdır.
"Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu" adlanan bu təşkilatın adının abreviaturası ingiliscə"Armenian Secret Army for the Liberation of Armenia" kimidir. Təşkilat müstəqil Ermənistan dövlətinin qurulması və 1915-ci ildə baş verdiyi iddia edilən "erməni soyqırımının" dünya ölkələri tərəfindən tanınması üçün çalışmışdır. Təşkilat 1975-ci ildə yaradılıb. Təşkilatın qurucuları Akop Akopyan və Akop Tarakçıyandır. Təşkilatın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir. ASALA-nın əsas məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ bölgələrinin də daxil olduğu bir ərazidə "Böyük Ermənistan" dövləti qurmaqdır. ASALA əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir. Təşkilatın "Abu Nidal", "Qara sentyabr" kimi terror qrupları ilə əlaqələrinin yaradılmasında onun lideri Akop Akopyanın böyük rolu olmuşdur. Afinada 1980-ci ildə qətlə yetirilmiş türk səfirinin ölümünə görə məsuliyyəti öz üzərinə götürmüş A.Akopyan 01.08.80-ci ildə "Nyu-York Tayms" qəzetinə verdiyi müsahibədə bildirmişdir: "Bizim düşmənimiz türk rejimi, NATO və bizlə əməkdaşlıq etməyən ermənilərdir".
Yeni Erməni terrorunun hazırlayıcı faktorları nəzərə alındıqda və xüsusilə Hnçakların terror təşkilatı olaraq, məqsədləri, siyasətləri, hədəfləri araşdırıldığında ASALAnın Hnçakların terror qrupu olduğu qənaətinə gəlmək olar. Tarix boyu bu iki erməni terror təşkilatı səhnədə olub. Biri, daha diqqətə çarpandır, qurduğu terror qrupları və komandoları ilə fəaliyyətdədir. Digəri isə görünməməkdə bütün mənəvi, psixoloji dəstəkdən əlavə, hər cür insan gücünü, təcrübəsini təsis etdiyi bir erməni terror təşkilatıdır.
YARANMASI VƏ TƏŞKİLAT QURULUŞU
ASALA, 1975-ci ildə yaranmışdır. 6 - 7 üzvdən ibarət olan rəhbərlik içərisində, terror təşkilatının ən aktiv iki üzvündən biri olan Aqop Aqopyan, təşkilatın lideridir. İkincisi isə terror hadisələrini şəxsən reallaşdıran, terror hadisələrinin törədən və Aqop Aqopyanın yoxluğunda təşkilatın ayaqda qalmasını təmin edən Aqop Tarakçıyandır. 1981-ci ildə ölüb. Aqopyan isə müxtəlif zamanlarda yaralanmasına baxmayaraq təşkilatın lideri olaraq qalmışdır. ASALA 1975-ci ildə qurulmuş, həmin il Paris erməni konfransında ASALA-ya yerli qüvvələr qoşulmuşdur. 1981-ci ildə təşkilat zirvə nöqtəsinə çıxmış, ancaq 1983-cü ildə ikiyə bölünmüşdür. 1979-cu ildə təşkilata qoşulanlar arasında ən tanınmış simalar Alex Yenikomşiyan və Monte Melkonyandır. 1981-ci ildə bir çox terror hadisələri törədən ASALA, bir tərəfdən İsveçrəni, digər tərəfdən isə Fransanı hədələməyə başlamışdır. Fransadakı bir çox qruplar, Kanadadakı “Azad Hay”, İngiltərədəki “Kaytzer” qrupları ASALA-ya qoşulduqlarını elan etdilər. Bu illərdə mərkəzdə artıq parçalanmalar başlamışdı.
İsrailin Beyrutu işğal etməsiylə ASALA bu şəhəri tərk etdi. 1983-cü ildə ikiyə parçalandı:
1. Akop Akopyanın qrupu Yunanıstan və Fələstin ərazilərində yerləşmiş qoca, cavan, qadın, uşaq demədən öldürürlər. Ən dəhşətli terror hadisəsəini Fransanın Orli hava limanında həyata keçirmişdirlər.
2. Təşkilatın Qərbi Avropadaki qrupu isə “Asala İnqilab Hərəkatıdır”. Bu qrup isə terror hadisələrini Türkiyə və Azərbaycanda həyata keçirirlər. Bu hərəkatın lideri isə Monte Melkonyandır. Onun ölümündən sonra liderləri Ara Torayan olmuşdur.
Akop Akopyan 1988-ci ildə Afinada öldürüldü. Bundan sonra parçalanmalar artdı. ASALA-nın Yunanıstanın Eqina adasında gizli təlim düşərgələrinin olduğu bilinir. Burda PKK terrorçularına da təlim keçirildiyi və təlimlərə yunan generalı Matafiasln rəhbərlik etdiyi məlumdur. Bundan əlavə ASALA-nın Cənubi Kipr ordusunun nəzarəti altındakı Eyanapa bölgəsində bir düşərgəsi olduğu və düşərgədən Harout Aqbaçyanın məsul olduğu bilinir. Təşkilatın quruluşu, ənənəvi erməni terror təşkilatları modelinə uyğundur. Mərkəz Komitə, təşkilatın üst rəhbərliyinin nəzarətində olub. Mərkəz Komitə Livanda yerləşirdi. Mərkəz Komitəyə Siyasi Komitə, Maliyyə Komitəsi, Təbliğat və Nəşr Komitəsi, Kəşfiyyat Komitəsi və Hərbi Komitə kimi alt quruluş və orqanları var. Hərbi komitə, terror komandolarının olduğu komitədir.
MƏQSƏD VƏ HƏDƏFLƏRİ
ASALA, 1981-ci ilin sonunda açıqladığı "siyasi proqramıyla" məqsədlərini və hədəflərini dünya ictimaiyyətinə açıqlamışdı. Buna görə ASALAnın məqsədi: "Demokratik, sosialist və inqilabçı bir hökumətin öndərliyində birləşmiş bir Ermənistanın qurulmasıdır." Burada təyin olunan hökumətin hara olduğu da açıqca aydın olmaqdadır. Sovetlər Birliyi və sosialist dövlətlərdən hər cür kömək istənməkdə və "Sovet Ermənistanı xalqın uzun döyüşü üçün bir baza olaraq" qəbul edilməkdədir. Siyasi proqramda düşmənlər, iki qrupda idi. Bunlardan birincisinə "yerli mürtəcelər" deyilməkdədir ki, bunlar, ASALA qarşısında dayananlar və ya onları dəsyəkləməyən ermənilərdir. Daşnaksütun da bu qrupda olanlardandır. İkincisi düşmən qrup isə, "Beynəlxalq imperializmin dəstəklədiyi türklərdir.
ASALA, "erməni torpaqlarının" qaytarılması üçün təməl yolun, terror aktlarından keçdiyini qəbul etmişdi. Proqramına görə, ASALA, varlı təbəqəni və hegemoniyanı rədd edən dəstəkləyəcək və beynəlxalq inqilabçı hərakat içində koalisiyalar yaradıb, güclənməsinə çalışılacaq. Bunun üçün qan tökmək və terror imtina edilməz üsuldur. ASALAda məqsədlərin reallaşdırılması üçün terror aktlarını xüsusilə türklərə və azərbaycanlılara qarşı törədirdi. Terror zamanı öldürülənlərin əksəriyyəti uşaq, qadın, türk və ya başqa bir millətdən olmaları əhəmiyyətli deyil. Ancaq, hər dəfə prioritet türklərə və Türkiyəyə tətbiq olunacaq terror aktları olub.
STRATEGİYALARI, TUTUM VƏ DAVRANIŞLARI
ASALAnın təməl strategiyası, dünyadakı qabaqcıl erməni hərakatlarını bir nöqtədə yığmaq və bir mərkəzdən istiqamətləndirməkdir. Qısaca, qabaqcıl ermənilər ASALA damı altında birləşəcək və "ASALA Xalq Hərakatını" yardacaq. Bu surətlə, ermənilərin qabaqcıl gücləri, bir-birləriylə rəsmi əməkdaşlığa girə biləcəklər və güclərini birləşdirəcəklər. ASALA strategiyasının bu hissəsini 1981-ci ilin yazında, dünyadakı bütün qabaqcıl erməniləri Livanda yığıncağa çağırmaqla işə başlamışdır.
Strategiyanın ikinci mərhələsi də, bu güc birliyinin sosialist hökumətlərində köməyiylə terroru yayaraq, döyüş dövrünü başlatmasıdır. Erməni terroru, Orta Şərqdəki qurtuluş mübarizələrinin bir parçasıdır və Türkiyənin dağılmasına yönəlmiş hər hərakatla inteqrasiya oluna bilər. Bu strategiyanın nəticəsi olaraq ASALA-PKK əməkdaşlığı yaranmışdır.
DƏSTƏK VƏ ƏLAQƏLƏRİ
ASALA, məqsədləri və izlədiyi siyasətlər gərəyi üç istiqamətli dəstək tapmışdır. Bunlar belə sıralana bilər:
1. Sovetlər - Şərq Bloku və Sosialist ölkələr,
2. Türkiyəni xarici və daxili təhdid və terrorla zəiflətmək istəyən Yunanıstan, Suriya kimi ölkələr,
3. Kommunist partiyalar, bilvasitə olaraq Qnçak erməni terror təşkilatı və erməni kilsələri.
ASALAnın əlaqələri, tətbiq etdikləri strategiyaya paralel olaraq, Türkiyə üçün təhdid meydana gətirən bölgələrdə sıxlaşmışdır. 1980-ci ilin aprel ayında Sidonda keçirilən PKK ilə ortaq hərakat razılaşmasıyla ASALA əlaqələrini genişlətmişdir. Bu yolla ASALA-PKK arasında fikir və hərəkat birliyi yaradılmışdır. 1983-cü ildən sonra başlayan mərhələdə isə ASALA əlaqələri Monte Melkoyanın strategiyana uyğun şəkildə inkişaf etmiş, Türkiyədə terror aktlarının törədilməsinə güc verilmişdir. Bunların başında yenə PKK və digər kommunist təşkilatlar gəlməkdədir.
MƏTBUAT ORQANLARI
ASALAnın ən əhəmiyyətli və rəsmi nəşr orqanı "HAYASTAN"dır. Bundan əlavə "Hay-Baykar", "Armenia" və Londonda nəşr olunan "Kaytzer" adlı jurnallar da nəşr orqanlarının başlıcaları arasındadır. ASALA ilk radio yayımlarını 1981-ci ildə Beyrutda başlayıb. "Livanlı ermənilərin səsi" adlı radio gündə bir saat yayımlanırdı.
20 oktyabr 2009-cu ildə ermənilərin məşhur saytı hayastan.com saytına hücumu olub. Amerika və İsrail hakerləri tərəfindən dağıdılan saytı bərpa etmək mümkün olmayıb. “Müsəlmanlar gəlir, hazır olun! Fələstin və Qarabağ torpaqları müsəlmanlarındır!” şüarları altında dağıdılan sayt terror təşkilatı “ASALA”ya məxsusdur. hayastan.com saytının rəhbərləri bir neçə dəfə Azərbaycan saytlarına hücüm edib. 2006-cı ildə AXCP-nin internet səhifəsi (www.axcp.org) və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) internet səhifəsi (www.avciya.org) dağıdılıb, mediaforum.az, kiv.az, apa.az gunazer.com times.az saytlarına isə bir neçə dəfə hücum ediblər.
Ardı var....
Tural Həsənli