DÜNYANIN ƏN BÖYÜK KƏŞFİYYAT ORQANI (VI HİSSƏ)
Bilderberg Qrupu 1954-cü ilin mayında Hollandiyanın Osterbeek şəhərindəki "Bilderberg" otelində toplanan bir qrup mason tərəfindən yaradıldı. Qrupu hazırlayıb ortaya çıxaran əsl qurucu İsveç Franmasonluğunun böyük ustadı Jozef Retingerdir (1887-1960). Bu gizli qrupun maliyyəsinin əhəmiyyətli bir qisimi Amerikadakı Rockefeller Fondu tərəfindən ödənilir. Digər maliyyəçisi isə məşhur bankir Rothschild ailəsidir. Bilderberg çox millətli bir hökumət kimidir.
Bilderberg bir çox mənbədə "Dünyanın rəhbərləri" şəklində göstərilir. Bilderberg qrupunun keçmişinə bağlı ətraflı məlumat tapa bilmək çox çətindir. Müraciət edilən mənbələrdə yarandığı yer, tarix və toplantılara qatılan bəzi əhəmiyyətli şəxslərin adından başqa məlumat tapmaq mümkün deyil. Yaradıldıqdan bu yana Bilderberg toplantılarının hamısı mətbuatdan və ictimaiyyətdən gizli saxlanılmış, orada aparılan danışılanlar haqqında heç kim məlumat ala bilməmişdir. Bu yığıncaqlara qatılanlar, burada danışılanları nəyin bahasına olursa-olsun açıqlamayacaqlarına and içirlər.
Təşkilat, sərmayə, siyasət, gizli təşkilatlar və sahibkarlardan ibarət məşhurları bir yerə toplayır. Hər il keçirilən yığıncaq üç gün davam edir. Gizli bir mason təşkilatı olan Bilderbergin ən nəzərə çarpan xüsusiyyəti, dövlətlərin əsas nöqtələrində xidmət edən yüksək səviyyəli masonları tərkibində cəmləşdirməsidir. Bu səbəbdən Bilderberg, bir növ mason sammiti kimi qəbul edilməkdədir. Yığıncaqlar əsnasında mövzuların gizli qalacağına söz verilir. Görüşlərdən sonra yalnız iştirakçılara xüsusi bir hesabat paylanılır. Bu təşkilatla əlaqədar ən ətraflı məlumat İspan Kəşfiyyat Təşkilatının yüksək səviyyəli əməkdaşı Luis Gonzales Matanın kitabıdır. "Dünyanın Həqiqi Rəhbərləri" adlı kitab 1975-ci ildə Parisdə "Bernard Grassed" nəşriyyatı tərəfindən nəşr olunmuş, bazardan topdan satın alınmış və oxucuya çatmasının qarşısı alınmışdır.
Bilderberg, CFR (Xarici Əlaqələr Komitəsi - XƏK) və o biri təşkilatlar dünyanın rəhbərliyi və qlobalizasiya mövzusunda hər il fərqli ölkələrdə toplantılar keçirirlər. Yığıncaqlar son dərəcə gizli şərtlər altında və xüsusi yerlərdə keçirilir. Toplantı iştirakçıları bu mövzuda heç bir məlumat vermirlər. "Spotlight" adlı jurnalları da var. Liberty Lobby Inc, 300 Independence Ova., SE, Vaşinqton D. C. 20003 ünvanında nəşr olunur.
Bilderberg təşkilatının Avropa ünvanı: Maja-Banck Polder-man, Bilderberg Meetings, Amstel 216, 1017 AJ, Amsterdam, Hollandiya.
Bilderbergin ABŞ ünvanı isə: Charles W. Muller, American Friends of Bilderberg, Inc. 477 Madison Ova., 6th Floor, New York, NY 10022.
Bilderbergin yaradıcıları arasında Hollandiya şahzadəsi Bernhard və polşalı sosioloq Dr.Jozeph Hieronim Retinger də var. Retinger Bilderbergin atası kimi tanınır. Bilderbergin yaradılmasında ABŞ kəşfiyyat təşkilatlarının, xüsusilə MKİ-nin rolu olduğu açıq aşkardır. Şahzadə Bernhard isə keçmiş faşist təşkilatı olan SS üzvüdür. 1937-ci ildə Hollandiya şahzadəsi ilə evlənmişdir, amma faşistlərlə əlaqələri də çox yüksək səviyyədə olub. Ayrıca;
Neft milyarderi David Rockefeller,
NATO rəhbəri mason Brosio,
MKİ Avropa şöbəsinin rəhbəri mason Gigliotti,
İtalyalı böyük ustad Cartini,
MKİ yaradıcılarından olan mason Ailen Dulles,
MKİ Beynəlxalq İşlər müdiri, Bilderberg rəhbəri, eyni zamanda mason Jozef Retinger,
MKİ rəhbəri mason William Donnovan,
MKİ əməkdaşı mason Braden,
Amerikalı senator mason Martin,
Belçikanın xarici işlər naziri mason Van Zeeland.
Yuxarıda adı çəkilən şəxslər Avropa təşkilatında əhəmiyyətli rol oynadılar. Avropa İqtisadi Birləşmə İdarəsi, Avropa Mədəniyyət Mərkəzi, Avropa Hərəkatı, Avropa Şurası kimi təşkilatların hamısında bu adları görmək mümkündür.
MKİ və XƏK üzvlərinin bəziləri də Bilderberg üzvüdür. Retinger ABŞ-a XƏK başçılarından olan Averell Harriman tərəfindən gətirilib. David və Nelson Rockefeller, John Foster Dulles və MKİ direktoru Valter Smith ilə görüşdükdən sonra MKİ tərkibində bu gizli təşkilatı yaratmışdır.
Bilderbergin yaranmasımda əsas adlardan biri də prezident Eyzenhauerin psixoloji müharibə məsləhətçis C.D.Jacksondur. Bilderberg, mərkəzi Hollandiya olmaq və içinə İngilis kral ailəsini də daxil etməklə XƏK-in Avropa qolunu əmələ gətirirdi. Dünyaca məşhur sahibkarlar, siyasətçilər, bankirlər, media sahibləri, generallar və kəşfiyyat təşkilatlarının yüksək səviyyəli əməkdaşları ilə əlaqə yaradıb onları üzv etdilər və hər il gizli toplantılar keçirməyə başladılar.
1991-ci ildə Bilderberg rəhbəri ingilis Lord Peter Carrington idi. Carrington NATO-nun baş katibi, kabinet üzvü, XƏK-in ingilis qolu olan Royal İnstitute of International Affairs-in başçısı idi. Özü Rothschild imperatorluğu ilə həm evlilik, həm biznes əlaqələrinə sahib idi.
XƏK-in rəsmi olmadan beynəlxalq səviyyəyə çıxarılmış forması olan Bilderberg, İngiltərə və ABŞ Xarici Əlaqələr Komitəsi, həmçinin MKİ-nin qapalı ödənişləri vasitəsiylə dəstəklənidi. Bilderberg, digər bir qardaşı olan Trilateral Komissiyasına çox oxşayır. Bu təşkilatlarda mason rituallarına nə qədər çox yer verilməsə belə, təşkilata daxil olan şəxslərin böyük əksəriyyəti mason təşkilatlarının tanınmış simalarından və idarəedicilərindəndir. Hər il keçiriləb gizli toplantılara həm MKİ, həm də o ölkənin kəşfiyyat orqanları nəzarət edir.
Bilderbergi ilk olaraq MKİ yaratsa da, sonradan özü Bilderberg siyasətinin aləti halına çevrildi. Hazırda MKİ başçısını Bilderberg Qrupu seçir.
MKİ VƏ MASONLAR
Masonların MKİ üzərindəki təsiri əksəriyyət insanlara naməlumdur. Halbuki, MKİ-nin daxili və xarici fəaliyyətlərində masonların istiqamətləndirməsinin açıq olduğuqu bir çox hadisə var. Bu hadisələri yoxlamağın ən əhəmiyyətli üsullarından biri, atılmış addımın nəticəsinin kimin lehinə olduğunun düzgün müəyyənləşdirilməsidir. Bu istiqamətdə araşdırma aparıldıqda, MKİnin vaxtaşırı olaraq masonlar və sionistlərə fayda verəcək siyasətlər həyata keçirdiyi açıq şəkildə ortaya çıxır.
1953-1961-ci illərdə MKİ başçısı olmuş, Amerika kəşfiyyat xidmətlərini yenidən təşkil edən və MKİ-ni yaradan mason Aillen Dulles,
Amerikalı senator və mafiya vəkili mason Tomas Dewen,
MKİ və mafiyaya maddi dəstək verən milyarder H.Hughes,
Hollandiya şahzadəsi Bernardın ortağı mason Maximilian Kohnstamm,
MKİ başçısı əvəzi Smith,
ABŞ Beynəlxalq İşlər Xidmətinin direktoru Braden,
Yəhudi mafiya başçısı və mafiyanı MKİ-nin xeyrinə yönəldən Meyer Lansky,
MKİ-nin Avropa Hərəkatını idarə edən mason Jozef Retinger;
Bu şəxslər yeni dünya idarəetməsini MKİ-Mafiya-Masonluq üçlüyü vasitəsiylə həyata keçirmək üçün işlər görənlərdir.
Bu şəxslər və onlarla əməkdaşlıq edənlər, 50-ci illərin əvvəlindən etibarən həyata keçirdikləri siyasətin, Avropada narahatlıq yaratdığını görüb, daha təsirli siyasətlə Avropaya hökm etməyə qərar verdilər. Bu da lobbi təşkilatlarıyla həyata keçiriləcəkdi:
1952-ci ildə Avropa Hərəkatının baş katibi, mason Joseph Retinger Avropaya qayıtdıqda beynəlxalq təşkilat qurmağın lazımlılığını açıqlayır. İlk təsis yığıncağında MKİ başçısı William Donovan, MKİ-dən Bedell Smith, Hollandiya şahzadəsi Bernhard və NATO-nun baş katibi Jozef Lunsin rəhbərliyi altında toplaşan şəxslər gələcəkdəki Bilderberg klubunun ilk təməllərini müəyyənləşdirirlər. Bu yığıncağa qatılan digər şəxslərin çoxu da mason olub.
Davamı var
Cavad Turan