Avqustun 5-də premyerası olacaq "Meymunların üsyanı" filminin büdcəsi 90 milyon dollardır
02-08-2011 / 13:50
Filmin orijinaladı "Rise of the Planet of the Apes"dır. Film fantastika, döyül, triller və dram janrında çəkilib. Rejissoru Rupert Uayattdlr. Baş rollarda Ceyms Franko, Tom Felton, Brayan Koks, Endi Serkis, Frida Pinto və başqaları çəkilib.
Filmdə baş verən hadisələr müasir San-Fransiskoda canlandırılıb. Hadisənin əsas obyekti isə alimlərin meymunların intellektinin artırılması üzərində apardıqları təcrübədir. Primatlar özlərinin kölə vəziyyətini görərək üsyana başlayırlar və insanı təbiətin şahı titulundan məhrum edirlər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.