Osmanlı Sultanlarının ölüm səbəbləri müxtəlif olub
01-08-2011 / 17:58
OSMAN QAZİ: Osmanlı İmperatorluğunun qurucusu olan Osman Qazi 1326-cı ildə ürək çatmazlığından ölüb.
ORHAN QAZİ: 82 yaşındaykən iflicdən 1362-ci ildə ölüb.
ŞƏHİD OLAN YEGANƏ PADŞAH - I MURAD: Birinci Kosova Müharibəsinin sonunda, Serb Kralının kürəkəni Miloş Obroneviç padşahın hüzuruna gəldiyi vaxtda sinəsində saxladığı xəncəri I Murada soxaraq sultanı şəhid edib.
İLDIRIM BƏYAZİD: 1402-ci ildə Ankara Müharibəsində Teymura əsir düşür. Düşdüyü vəziyyəti həzm edə bilməyən padşah, üzüyündəki zəhəri içərək 8 mart 1403-cü ildə Akşəhirdə intihar edib.
II MURAD: Şiddətli baş ağrısı üzündən yatağa düşür və üç gün sonra 3 fevral 1451-ci ildə ölür. Ölüm səbəbi beyindaxili qanaxma və ya beyindəki bir şişdir.
FATEH SULTAN MEHMET: Osmanlı tarixinin ən sirrli ölümü Fateh Sultan Mehmedinkidir. Fateh Sultan Mehmet, 1481-ci ilin mayında Misir Məmluk Dövlətinəsəfərə çıxır. Qebze yaxınlığında xəstələnir. Bütün müdaxilələrə baxmayaraq, onu həyata qaytarmaq mükün olmur.
II BƏYAZİD: 1512-ci ildə ölüb. II Bəyazidi oğulu Yavuzun zəhərlədiyi bildirilir.
YAVUZ SULTAN SƏLİM: 21 sentyabr 1520-ci ilin gecəsi xərçəngdən vəfat edib.
QANUNİ SULTAN SÜLEYMAN: 1566-cı ildə Sigetvar mühasirəsinin son günü 6-7 sentyabr gecəsi beyin qanaxmasından ölüb.
II SƏLİM: 1574-ci ildə sinə boşluğunda baş verən qanaxmadan ölüb. İddialara görə, hamamda yıxılıb yaralanıbmış.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.