Badamlıqda tikilən villaların ən aşağı qiymətdə olanı 350 min dollardır. Həmin villalar ölkənin bir qrup oliqarxlarının sifarişi ilə tikilib
30-07-2011 / 13:23
Artıq bir neçə ildir ki, tikintisi aparılan "Badam villa" barədə hamınızın məlumatı var. Gözəl formada tikilən villaların Azərbaycanın ən nadir təbbi sərvətlərindən olan Masazır duz gölünə mənzərəsi var. Yəqin ki, həmin yerdə tikilən villaların qiyməti və orada kimlərin yaşaması hər biriniz üçün maraqlı olardı. Adının çəkilməsi istənilməyən mənbənin FaktXeber.com-a verdiyi məlumata görə, "badamlıqda tikilən villaların ən aşağı qiymətdə olanı 350 min dollardır. Həmin villalar ölkənin bir qrup oliqarxlarının sifarişi ilə tikilib. Yəni həmin villalardan yalnız bir-birini tanıya biləcək yuxarı təbəqədən olan şəxsləri yaşaya biləcəklər. Əgər sabah hər hansı imkanlı adi vətəndaş oradan ev almaq istəsə, ona imkan verməzlər."
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.