ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
"ATƏŞKƏS" DAHA İKİ ƏSGƏRİMİZİ APARDI | VASİF MÖVSÜMOV | SABAH UCAR VƏŞAMAXIDA QAZ OLMAYACAQ | İRAN AZƏRBAYCANDAKI SƏFİRİNİ GERİ ÇAĞIRIB | ƏLİ HƏSƏNOV QƏRB KİV-lərinin NİYYƏTİNDƏN DANIŞDI | İSA QƏMBƏR XARİCİ JURNALISTLƏRLƏ GÖRÜŞÜB | MÜSAVAT DİVANI ARİF HACILIYA MÜRACİƏT ETDİ | "FAKTXEBER.COM"-UN SORĞUSU DAVAM EDİR | İP-İN AKSİYASINDAN VİDEOREPORTAJ | ÇİNLİ TELEAPARICIDAN TƏHQİRAMİZ AÇIQLAMA |

Foto Xəbər
FANTASTİK FİLMLƏRİN KADRAXASI
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

İnfoqrafika

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sağlamlıq

Sual-Cavab

Audio

Video

Ailə

Gündəm

Sorğu

ÖLKƏMİZDƏ GEYPARADIN KEÇİRİLMƏSİNƏ NECƏ BAXIRSINIZ?

YAXŞI
FƏRQ ETMƏZ
BİABIRÇILIQDIR

Nəticələr

Ən Çox Oxunanlar

Ən Çox Şərh Olunanlar


 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 AZƏRBAYCAN TAMAŞAÇISI BU QƏDƏR TƏHQİR EDİLMƏMİŞDİ

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

Xəbərlərimiz Sosial Şəbəkədə

 
 
 
SOÇİDƏ HƏLLEDİCİ QARABAĞ SAMMİTİ GÖZLƏNİLİR
 
 
Üç ölkə prezidenti Əliyevlə Sərkisyanı görüşdürür
Rusiya prezidenti administrasiyasındakı mənbələrə görə, əgər tərəflər razılaşma imzalamağa təminat versə, Obama ilə Sarkozi də danışıqlara qatılacaq, lakin Ermənistan gərginliyi artırmaq üçün hər şey edir


29-07-2011 / 10:36


Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesində yaranmış sükut tezliklə pozula bilər. “Sochi.ru” saytının Rusiya Prezident Administrasiyasındakı mənbələrə istinadən yaydığı xəbərə görə, yaxın vaxtlarda Soçidə Ermənistan və Azərbaycan prezidentləri arasında növbəti görüşün təşkili planlaşdırılır. Gözlənilir ki, bu dəfə də görüşün vasitəçisi Rusiya prezidenti Dmitri Medvedyev olacaq. Lakin mənbə deyib ki, bu dəfə Əliyevlə Sərkisyanın görüşünə ABŞ və Fransa prezidentlərinin də qatılacağı istisna deyil.

Hər şey ondan asılı olacaq ki, tərəflər təqdim olunmuş baza prinsiplərini razılaşdırmağa, ən problemli məsələlərə dair dönüş yaratmağa nə dərəcədə təminat verəcəklər. Xəbər verildiyi kimi, Rusiya prezidenti nəticəsiz başa çatan Kazan görüşündən az sonra tərəflərə yeni təkliflər təqdim edib. Azərbaycan tərəfinin bu təkliflərə cavabını xarici işlər naziri Elmar Məmmədyarov artıq 10 gündür Moskvaya çatdırıb. Ermənistan prezidentinin də cavabı bir həftədən çoxdur çatdırılıb, lakin Rusiya tərəfi indiyə kimi bu cavablarla bağlı heç bir şərh vermir. Bu da belə ehtimallara səbəb olur ki, Medvedyevin təkliflərini bu və ya digər tərəf, yaxud tərəflərdən hər ikisi rədd edib.

 

***

 

Ermənistan tərəfinin Rusiyanın təkliflərinə münasibətinin müsbət olmadığını neçə gündür müşahidə etmək mümkündür. Belə ki, əvvəlcə hakimiyyətə bağlı keçmiş səhra komandirləri sərt xəbərdarlıqla çıxış edərək Sərkisyandan Rusiyanın təkliflərini rədd etməyi tələb ediblər. Onların dediyinə görə, Medvedyev Azərbaycan tərəfinin Kazanda irəli sürdüyü şərtlərdən 5-ni qəbul edib. Digər tərəfdən, Ermənistan rəhbərliyi danışıqlar prosesi ətrafında atmosferi gərginləşdirmək üçün sərt ritorikaya keçib. Belə vəziyyətdə Rusiya prezidentinin vasitəçilik missiyasının fiaskosu haqda danışmaq lazım gəlir. Ona görə də Medvedyevin bu vəziyyətdən qaçmaq üçün tərəfləri yenidən bir masa arxasına gətirməyə yönələn səylərinin davam edəcəyini gözləmək olar. Maraqlıdır ki, eyni gündə Ermənistan mənbələrində də Soçidə görüşə hazırlıq getdiyi barədə xəbərlər yer alıb. Müxalifyönlü “Jamanax” qəzeti yazıb ki, Rusiya prezidenti Azərbaycan və Ermənistan dövlət başçılarını Soçidə bir araya gətirməyə hazırlaşır. Bildirilir ki, bu görüş həlledici ola bilər və ancaq o zaman baş tutacaq ki, tərəflər təqdim olunmuş təkliflərə dair razılaşmaya gəlməyə yaxın olsunlar.

 

***

 

Ancaq son günlərdə baş verənlər göstərir ki, tərəflər, xüsusən də Ermənistan qətiyyən razılaşmaya meyl göstərmir, əslində vəziyyəti gərginləşdirmək üçün müxtəlif taktikalardan istifadə edir. Bura ənənəvi olaraq qoşunların təmas xəttində vəziyyəti gərginləşdirmək və mülki şəxsləri hədəf almaq da daxildir. Əvvəlcə ermənilər Tovuz rayonunda çayla buraxdıqları, oyuncaqda gizlədilmiş partlayıcı qurğu ilə 13 yaşlı azərbaycanlı qızın həyatına qon qoydular. Dünən isə Qazax rayonunda mülki şəxsin erməni snayperi tərəfindən ağır yaralanması qeydə alınıb. İnformasiya agentliklərinin məlumatlarına görə, snayper atəşi ilə yaralanan mülki şəxs Qazax rayonunun Ermənistanla sərhədində yerləşən Məzəm kəndi ərazisində ailəsi ilə istirahət edən 1988-ci il təvəllüdlü Rahibə Firudin qızı Poladovadır. Hadisə 27 iyul saat 16:00 radələrində Coğaz çayı üzərində yerləşən su anbarının kənarında baş verib. Yaralı kənd sakinləri və hərbçilərin köməyi ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına gətirilib. R.Poladovanı xəstəxanaya gətirən Məmməd Əliyev adlı sakinin sözlərinə görə, qadın çox qan itirib.

 

***

 

Qazax Rayon Mərkəzi Xəstəxanasında həkimlər yaralının vəziyyəti haqqında heç bir məlumat verməyiblər. Yalnız növbətçi həkim Gülər Vəkilova xəstənin vəziyyətinin ağır olduğunu bildirib. “Xəstə ağır vəziyyətdə daxil olub. Sağ yuxarı bazu nahiyəsindən güllə yarası alıb. Xəstə cərrahi əməliyyat olunub. Hazırda onun vəziyyəti ağır olaraq qalır, növbəti tədbirlərə ehtiyac var”. Xəsarət alan qadın 1 uşaq anasıdır və Qazax rayonun 90-cı illərin əvvəllərində ermənilər tərəfindən işğal olunmuş Bağanıs Ayrım kəndindən müvəqqəti köçkündür. O, hazırda Qazax rayonunda məskunlaşıb. Ermənistan Müdafiə Nazirliyi cəbhə xəttinin həmin istiqamətində atışmaların olduğunu təsdiqləyir. Düşmən tərəf mülki şəxsin atəşə tutulmasından növbəti dəfə yaxasını kənara çəkməyə çalışıb və Azərbaycan tərəfini insidentlə bağlı beynəlxalq araşdırma aparılması üçün müraciət etməyə çağırıb. Erməni KİV-ləri isə xəbər verir ki, cəbhə xəttinin bu istiqamətində atışma zamanı üç erməni əsgəri qəlpə yarası alıb.

 

***

 

Gərginliyi artırmağa şəxsən prezident Sərkisyan da səy göstərir. Məsələn, o erməni gənclərinə müraciətlə deyib ki, Qarabağı almaq missiyasının öhdəsindən gəliblər. Ağrını, yəni Türkiyənin cənub-qərb bölgələrini almaq isə erməni gənclərinin üzərinə düşür. Bu, bir tərəfdən Ermənistanın və ona rəhbərlik edənlərin başqa ölkələrin ərazilərini işğal etmək arzusu ilə yaşadıqlarını növbəti dəfə göstərir, digər tərəfdən təhrikedici və sülh prosesi ətrafında atmosferi gərginləşdirməyə yönələn ifadələrdir. Sərkisyanın sözlərinə Bakıda səfərdə olan Türkiyənin baş naziri Ərdoğan və prezident İlham Əliyev kifayət qədər sərt tonda cavab veriblər. Azərbaycan prezidenti Sərkisyanı “başdanxarab” adlandırıb və deyib ki, dəfələrlə görüşdüyündən onun xarakterinə yaxşı bələddir. Ərdoğan isə Ermənistan prezidentini təhrikedici ifadələrə görə üzr istəməyə çağırıb. Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan isə deyib ki, türk rəsmiləri Sərkisyanın çıxışına reaksiya verərkən onu tam oxumayıblar. Əslində Sərkisyanın sözləri “ciddi, əhatəli və əvvəldən hesablanaraq deyilmiş” sözlərdir.

 

***

 

Ermənistanın gərginliyin artmasında maraqlı olduğunu göstərən əlamətlərdən biri də bu ölkə daxilində hökm sürən ciddi siyasi və sosial-iqtisadi gərginlikdir. Belə ki, hakimiyyətlə müxalifət arasında uzun illərdən bəri ilk dialoq başlayıb. Bu dialoqda Ter-Petrosyanın başçılıq etdiyi müxalifət hərəkatının əsas tələbi növbədənkənar parlament seçkilərinin keçirilməsidir. Hakimiyyət danışıqlarda bu məsələni müzakirə etməyə razılaşıb, bəzi xəbərlərə görə isə növbədənkənar seçkilər keçirməyə hazırdır. Əksər siyasi təhlilçilər bu qənaətdədir ki, Ermənistanda növbədənkənar seçkilər qaçılmazdır. Əks halda, Sərkisyan payızdan gec olmayaraq müxalifətin güclü təzyiqləri ilə üzləşəcək. Belə vəziyyətdə isə o, Qarabağ məsələsində hansısa qərar verməyə hazır deyil. Deməli, ən münasib yol vəziyyəti gərginləşdirərək danışıqlar prosesinə əngəllər yaratmaq və vaxt udmaqdır. Ermənistan Ümummilli Hərəkatının üzvü, keçmiş baş nazir Qrant Baqratyan isə deyir ki, müxalifət indiyədək ən azı 3 dəfə hakimiyyəti götürmək şansına malik olub. Onun dediyinə görə, belə real şanslar 2008-ci il prezident seçkilərindən az sonra, 2009-cu ildə və bu ilin yazında yaranmışdı. Baqratyana görə, hakimiyyət az qala podnosda müxalifətin qarşısında qoyulmuşdu, ancaq onlar bu şansdan istifadə etməyiblər. Çünki nəzərə aldılar ki, hakimiyyət dəyişikliyi Qarabağ məsələsinə təsir göstərəcək. Lakin keçmiş baş nazir deyir ki, əgər hakimiyyət növbədənkənar seçkilərə getməsə onlar Qarabağ məsələsində Ermənistanın maraqlarına zərbə vursa belə hakimiyyəti dəyişdirməkdə qərarlı olacaqlar.
Baqraytan Ermənistanın üzləşdiyi və Qarabağ məsələsində İrəvanın mövqelərini zəiflədən problem-kütləvi köç məsələsinə görə də hakimiyyəti tənqid edib. O deyib ki, bugünlərdə miqrasiya məsələlərinə dair keçirilən müşavirədə Sərkisyana guya ölkəni tərk edənlərin əksəriyyətinin payızda geri qayıtdığı barədə yalan məlumat veriblər. “Heç kim demir ki, miqrasiya məsələlərini araşdıran Beynəlxalq Əmək Təşkilatı var, real rəqəmləri bu təşkilatdan almaq olar. Yoxsa Sərkisyanın qulağına yalan rəqəmlər pıçıldamaqla onu inandırmaq məsələni həll etmir” deyə, Baqratyan bildirib. Keçmiş baş nazirə görə, prezident Sərkisyanın iqtisadi məsələlərdən başı çıxmır və ümumiyyətlə onun yüksək intellektual imkanları yoxdur.

 

F.Məmmədov/Yeni Müsavat

 

Şərh et

Çap variantı

Rəylər

Əsas bölmədəki digər xəbərlər.

n

18/05/2012 - 15:11 ADİ KAĞIZ PARÇASINA ÇEVRİLƏN MƏHKƏMƏ QƏRARLARI

n

16/05/2012 - 12:46 BİZ BAKIYA NİYƏ YIĞIŞMIŞIQ?

n

14/05/2012 - 10:47 PUTİN QARABAĞ KARTI ÜZƏRİNDƏ QƏBƏLƏ RLS RAZILAŞMASINA GEDƏ BİLƏR

n

08/05/2012 - 18:54 HOLLAND BİZƏ NƏ VERƏCƏK?

n

08/05/2012 - 15:39 FRANSANIN XARİCİ SİYASƏTİ DƏYİŞƏ BİLƏRMİ?

n

04/05/2012 - 14:00 "AZƏRBAYCANDA DEMOKRATİK SİSTEM OTURUŞMAYINCA..."

n

02/05/2012 - 13:19 PORNOQRAFİYA HAQQINDA BUNLARI BİLİRİKMİ?

n

01/05/2012 - 14:09 ÇİN ABŞ-a NİYƏ MEYDAN OXUYUR?

n

27/04/2012 - 19:00 QƏRB TÜRKİYƏNİ OYUNA SALIB

n

23/04/2012 - 18:46 DİN-in İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ İDARƏSİ OXUCUMUZUN MƏQALƏSİNƏ CAVAB VERDİ

n

18/04/2012 - 14:46 "AZƏRBAYCANI BÖYÜK TƏHLÜKƏ GÖZLƏYİR!"

n

18/04/2012 - 14:30 REGİONÇULUQ BƏLASI

n

17/04/2012 - 13:06 AZƏRBAYCAN QADINININ DUBAYA GEDƏN YOLU

n

16/04/2012 - 15:44 "BMT QARABAĞLA BAĞLI 5-Cİ QƏTNAMƏ QƏBUL ETSƏ BELƏ, HEÇ NƏ DƏYİŞMƏYƏCƏK"

n

14/04/2012 - 17:42 ABŞ, BMT VƏ FRANSANIN "İŞĞAL DƏHLİZİ" XORU

n

12/04/2012 - 14:00 "QƏBƏLƏ RLS ÜÇÜN AZƏRBAYCANDAN ƏLVERİŞLİ YER YOXDUR"

n

10/04/2012 - 17:53 "SİYASİ PARTİYALAR HAQQINDA QANUN PARTİYALARA YOX, YAP-a AİDDİR"

n

10/04/2012 - 13:53 NBC KANALI: AZƏRBAYCAN İRANA QARŞI QƏRBİN CASUSLUQ YUVASIDIR

n

08/04/2012 - 13:18 NAZİR-OLİQARXLARIN SONUNU GƏTİRƏN QƏRAR

n

07/04/2012 - 14:32 MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİNİN AZƏRBAYCAN ƏMƏLİYYATLARI

n

04/04/2012 - 13:42 "RUSİYA AZƏRBAYCANDAN BAZASI ÜÇÜN YER İSTƏYİR"

n

31/03/2012 - 15:24 BİZİM TƏHLÜKƏSİZLİYİMİZİ KİM QORUYUR?

n

30/03/2012 - 15:42 "EVROVISION" AYNASINDA TƏHLÜKƏSİZLİK ÇATI

n

30/03/2012 - 14:50 "FİNANCİAL TİMES" İNDİ DƏ ƏRDOĞANDAN YAZDI

n

29/03/2012 - 17:33 "HAKİMİYYƏTİN QƏRBƏ MEYLLƏNMƏSİ XALQIMIZ ÜÇÜN ÇOX PİS OLA BİLƏR"

n

29/03/2012 - 12:01 ƏMANƏTLƏRİN QAYTARILMASI İLƏ BAĞLI 6 VACİB MƏQAM

n

27/03/2012 - 09:16 ƏMANƏTLƏRİN QAYTARILMASI İNFİLYASİYAYA NECƏ TƏSİR EDƏCƏK

n

19/03/2012 - 15:33 AZƏRBAYCAN QAZ SİYASƏTİNDƏ AB-nin MARAQLARINI NƏZƏRƏ ALACAQ

n

16/03/2012 - 12:23 BANKLARDA MARAQLI "AVRO" PROSESİ BAŞLAYIB

n

15/03/2012 - 13:18 ALMANİYALI NAZİRİN AZƏRBAYACANI SƏFƏRİ NƏYİ DƏYİŞƏCƏK?

n

12/03/2012 - 16:00 "AZƏRBAYCAN KONKRET OLARAQ ABŞ, İSRAİL VƏ QƏRBƏ TƏRƏF ADDIMLAR ATIB"

n

10/03/2012 - 15:53 "QARABAĞ MƏSƏLƏSİ HAVADA QALIB"

n

07/03/2012 - 13:53 "MƏMURLARIN 99%-i QUBA İCRA HAKİMİ SƏVİYYƏLİ ADAMLARDIR"

n

06/03/2012 - 17:15 RUSİYA BAHARININ BAŞ TUTMASI MÜMKÜN DEYİL

n

02/03/2012 - 13:07 "XALQ HAKİMİYYƏT SƏVİYYƏSİNDƏ ALDADILIR"

n

28/02/2012 - 15:44 "SÜLH VƏ MÜHARİBƏ QARABAĞI İTİRMƏYİMİZƏ SƏBƏB OLACAQ"

n

21/02/2012 - 17:35 "TÜRKİYƏ 1980-Cİ İLLƏRİN HƏRBİ AVTORİTAR REJİMİNƏ QAYIDIR"

n

20/02/2012 - 14:35 BARIŞ İSTƏYƏN, SƏHƏRDƏN AXŞAMA QƏDƏR ERMƏNİNİ SÖYMƏZ

n

17/02/2012 - 16:47 BMT 4 QƏTNAMƏ İLƏ AZƏRBAYCANI BAŞDAN EDİB

n

17/02/2012 - 13:06 PROSESLƏR SURİYA İLƏ BİTMƏYƏCƏK

n

17/02/2012 - 12:42 ASİF ATANIN İNSANLAŞMA VƏ İNSANLAŞDIRMA "DÜSTURU"

n

14/02/2012 - 14:45 KİSSİNCER: SURİYA XALQININ ƏKSƏRİYYƏTİ ƏSƏDİ SEVİR, BU ÖLKƏNİ DAXİLDƏN ODLAMAQ LAZIMDIR

n

07/02/2012 - 16:13 "ƏRƏB ÖLKƏLƏRİNDƏ DƏ AZƏRBAYCAN HAKİMİYYƏTİNİN DEDİKLƏRİ SÖYLƏNİLİRDİ"

n

06/02/2012 - 13:08 HAKİMİYYƏTİN QARABAĞLA BAĞLI ƏN CİDDİ SƏHVİ

n

03/02/2012 - 13:43 "ERMƏNİLƏR ÜRƏKLƏRİNİ BUZ KİMİ SAXLASINLAR"

n

02/02/2012 - 17:33 SARKİSYAN VƏ KÖÇƏRYANIN ADLARININ XOCALI QATİLLƏRİNİN SİYAHISINDA OLMAMASININ SƏBƏBLƏRİ BƏLLİ OLDU

n

02/02/2012 - 15:15 "ÖLKƏNİN XARİCİ SİYASƏTİ İLƏ BAĞLI QƏRAR VERƏN İNSANLAR XALQDAN TƏCRİD OLUNUBLAR"

n

01/02/2012 - 15:12 RUSİYADAN ÖLKƏMİZƏ SOSİAL BƏLA GƏLİR!

n

30/01/2012 - 11:56 AZƏRBAYCAN VƏ TÜRKİYƏ ARASINDA PROBLEMLƏR VAR

n

27/01/2012 - 14:01 HAKİMİYYƏTİN ƏNDRƏBADİ MÜQAYİSƏLƏRİ

n

27/01/2012 - 13:23 TÜRKİYƏ NƏ ETMƏLİDİR?

n

27/01/2012 - 12:01 NAXÇIVAN KLANININ RƏSUL QULİYEV PLANI

n

24/01/2012 - 17:54 AZƏRBAYCANIN TÜRKİYƏYƏ VƏFA BORCU VAR

n

24/01/2012 - 17:29 AZƏRBAYCAN TƏRƏFİ UDUZA BİLƏR

n

23/01/2012 - 10:25 "QƏBƏLƏ RLS HƏM DƏ TÜRKİYƏYƏ QARŞI YÖNƏLİB"

n

21/01/2012 - 16:01 RAFİQ TAĞININ QƏTLİ BARƏDƏ APARILAN TƏDQİQATIN NƏTİCƏLƏRİ AÇIQLANDI

n

19/01/2012 - 16:12 AVROPA MƏRKƏZİNDƏ OTURAN SARKOZİNİN ORTA ƏSR TƏFƏKKÜRÜ

n

19/01/2012 - 13:39 BİR AYIN İKİ ZİDDİYYƏTLİ ADDIMI

n

10/01/2012 - 18:12 "TÜRKİYƏ HAKİMİYYƏTİNDƏN EHTİYAT EDİRƏM"

n

10/01/2012 - 14:29 ABŞ-ın İRANLA BAĞLI YEGANƏ MƏQSƏDİ!

n

06/01/2012 - 15:40 MDB-nin TALEYİ NECƏ OLACAQ?

n

29/12/2011 - 16:24 2011-Cİ İLİN İQTİSADİ YEKUNLARI; QAZANCIMIZ VƏ İTİRDİKLƏRİMİZ

n

29/12/2011 - 15:05 VƏTƏNDAŞ CƏMİYYƏTİ VƏ VİCDAN AZADLIĞI HAQDA MÜLAHİZƏLƏR...

n

29/12/2011 - 13:29 2011-Cİ İL ƏRƏB TİRANLARININ DEVRİLDİYİ VƏ AVROPANIN BÖHRAN İLİ

n

28/12/2011 - 15:06 "DOVŞAN" BİZİ QOVUB "ƏJDAHA"NIN AĞZINA SALDI

n

28/12/2011 - 13:51 2011 AZƏRBAYCAN DİNDARLARININ YADINDA BELƏ QALACAQ

n

24/12/2011 - 11:05 DEMOKRATİYA ÖZÜNÜ DƏ MƏHV ETMƏYƏ QADİRDİR

n

24/12/2011 - 10:37 AYDIN BALAYEV: BOLŞEVİZM, NİHİLİZM, YOXSA DOQMOSEKULYARİZM?

n

23/12/2011 - 17:01 "HAKİMİYYƏT UŞAQ XƏSTƏLİYİNƏ TUTULUB"

n

22/12/2011 - 16:18 "İŞĞALÇI ELAN ELƏDİYİMİZ TƏRƏFDAŞIMIZ OLA BİLMƏZ"

n

22/12/2011 - 13:07 QARABAĞ ERMƏNİLƏRİ ÜÇÜNCÜ TƏRƏF KİMİ QƏBUL OLUNARSA...

n

20/12/2011 - 17:56 "BƏLKƏ BERNARD FASYEYƏ HEYKƏL QOYAQ?"

n

19/12/2011 - 14:44 YAXIN İLLƏRDƏ ÖLKƏDƏ ÇOX ŞEYLƏR DƏYİŞƏCƏK!

n

17/12/2011 - 13:03 PREZİDENT SEÇKİLƏRİ 2013-CÜ İLDƏN TEZ OLA BİLƏR

n

15/12/2011 - 14:48 HAKİMİYYƏTİN QARABAĞ MARAĞI

n

15/12/2011 - 13:19 İRANDA MÜHARIBƏ OLARSA...

n

13/12/2011 - 10:53 ƏLİMİZƏ RLS-dən QURTULMAQ FÜRSƏTİ DÜŞÜB

n

12/12/2011 - 14:07 RUSİYA İNQİLAB İSTƏYİRMİ?

n

12/12/2011 - 13:23 "KLİNTONA NÖVBƏTÇİ MİLLƏT VƏKİLLƏRİ CAVAB VERƏCƏK"

n

10/12/2011 - 13:13 GÜRCÜSTANIN BAŞI ÜZƏRİNDƏ QARA BULUDLAR DOLANIR

n

10/12/2011 - 12:07 QARABAĞ PROBLEMİ DEYİLƏN BİR ŞEY YOXDUR!

n

09/12/2011 - 16:51 RUSİYADA ETİRAZ EDƏNLƏR KİMLƏRDİR?

n

05/12/2011 - 10:53 RUSİYANIN "İDARƏ OLUNAN" DEMOKRATİYASI

n

24/11/2011 - 11:08 "TRANSXƏZƏR"İN DÜSTURU: 2+2+1

n

23/11/2011 - 14:29 LƏĞV OLUNMAMIŞ PROBLEM

n

19/11/2011 - 10:34 AVROPA PARLAMENTİNİN QARABAĞ QƏTNAMƏSİ NİYƏ GECİKİR?

n

11/11/2011 - 16:22 AMERİKANIN "DEMOKRATİK SEÇKİ"Sİ EURONEWS BAXIŞI İLƏ

n

10/11/2011 - 13:46 MÜHARİBƏSİZ SÜLH İMKANLARI

n

02/11/2011 - 09:58 BU DA DEMOKRATİYA NÜMUNƏSİ!

n

02/11/2011 - 09:12 "MANAS" BAZASINI AZƏRBAYCANA KÖÇÜRÜRLƏR?

n

27/10/2011 - 17:51 AZƏRBAYCAN QƏRBƏ QAZLA İRƏLİLƏMƏKDƏDİR...

n

26/10/2011 - 16:50 VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...

n

25/10/2011 - 11:25 QƏZZAFİNİ KİM CƏZALANDIRIR?

n

24/10/2011 - 10:26 ERMƏNİLƏR GÜRCÜSTANDA DA "SU BULANDIRIRLAR"

n

17/10/2011 - 13:15 SARKOZİDƏN BİZƏ NƏ QALDI?

n

17/10/2011 - 10:32 PARTİYALAR SİYASİ FONDLARINI YARATSINLAR

n

04/10/2011 - 11:09 SARKOZİ NƏ GƏTİRİR, NƏ APARACAQ?

n

03/10/2011 - 17:52 SİYASƏT, ŞEYTAN, DEMOKRATİYA

n

30/09/2011 - 14:20 "FELLER" "QAFQAZ BAHARI" BARƏDƏ AÇIQLAMA VERDİ

n

22/09/2011 - 15:30 "AZƏRBAYCAN BIĞLA SAQQAL ARASINDA QALIB"


Google-də Axtar
FaktXeber-də Axtar

Günün Sitatı
VASİF MÖVSÜMOV
"Korrupsiyaya qarşı mübarizənin uğuru ondan ibarətdir ki, korrupsiya üçün yaradıllan şərait aradan götürülsün"
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

BİZƏ BU DA AZDIR
Aqil Mehdi
aqilmehdi@gmail.com

"EUROVİSİON" NƏ QƏŞƏY ŞEY İMİŞ
Emilya Tağıyeva

AŞKARDA ŞEYTANA LƏNƏT EDIB, GIZLINDƏ ONA ITAƏT ETMƏYƏK
Xəyal Şükür

BİRDƏN GEYLƏR "AZADLIQ" MEYDANINI İSTƏDİLƏR
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

ÖZ DƏRDİNƏ GÜLƏN İNSANLAR
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

FÜRSƏT, BU FÜRSƏT
 
Türk yazarlar
Fuat Türker

Allah Kadını İşitti
İbrahim Akın

Kadrolu Din Adamı Olunmaz
 
Arxiv



Valyuta Çevirici
Valyuta.com
 
Sayğac

Hava Haqqında
 


 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR  . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.