Qazıntıları Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı-Ağsu Arxeoloji Ekspedisiyası həyata keçirir
15-07-2011 / 12:30
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı-Ağsu Arxeoloji Ekspedisiyasının rəisi Akif Quliyevin FaktXeber.com-a verdiyi məlumata görə, rəhbərlik etdiyi ekspedisiya qrupu Şamaxı rayonunda VIII əsrə aid Gülüstan qalasında arxeoloji qazıntılara başlayıb. O bildirdi ki, Gülüstan qalasında aparılan tədqiqatlar orta əsr Şirvanşahlar dövləti tarixi və eləcə də Azərbaycan tarixinin qaranlıq səhifələrinin öyrənilməsində mühüm yer tutur: "Xatırladım ki, Azərbaycanın dövlətçilik tarixində mühüm yerə malik Gülstan qalası arxeoloji turizm baxımından da böyük önəm daşıyır. Bu tək regionun deyil, ümuilikdə Azərbaycanın beynəlxalq aləmdə tanınmasında böyük rol oynaya bilər.
Gələcəkdə bu abidənin konservasiya və bərpası Azərbaycana gələn turizm axınını gücləndirə bilər."
Qeyd edək ki, qalaya gedən yolun yarasız hala düşməsi ekspedisiyanın işində və həmçinin turistlərin qalaya gəlməsində böyük çətinliklər törədir. Mütəxəssislərin fikrincə, bu problemin həlli böyük bir vəsait təşkil etmir. Müvafiq icra hakimiyyəti orqanları bu problemi yaxın müddətdə həll edə bilər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.