Respublikada Milli Kulinariya Festivalı keçiriləcək
14-07-2011 / 10:20
İyulun 20-dən 22-dək Milli mətbəximizi özündə əks etdirən Respublika Kulinariya Fertivalı keçiriləcək. Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir ƏmiraslanovUun verdiyi məlumata görə, festival Şıxovda yerləşən “Min bir gecə” istirahət mərkəzində saat 18:00-da baş tutacaq.
FaktXeber.com-un verdiyi məlumata görə, baş aşbaz bildirib ki, festivalın birinci günü Azərbaycan kababları, ikinci günü sacüstü xörəklər, üçüncü günü isə plovlar nümayiş etdiriləcək.
Qeyd edək ki, əsas məqsədi Azərbaycan mətbəxini göstərmək, inkişafına nail olmaq və onlayn sistemində dünyaya tanıtdırılması olan festival Mədəniyyət və Turizm Nazirliyi və İctimai Televiziyanın təşkilatçılığı ilə keçiriləcək.
Xatırladaq ki, bütün rayonların özünəməxsus mətbəxini özündə əks etdirəcək Ümumrespublika Kulinariya Festivalında qonaq qismində iştirak etmək üçün Milli Kulinariya Mərkəzi bütün əhalini dəvət edir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.