Rosvell qəzasından əvvəl və sonra baş verən hadisələr hələ də maraqla qarşılanır
11-07-2011 / 12:46
ABŞ-ın Nyu Mexiko ştatındakı Rosvell qəsəbəsində 4 iyul 1947-ci il günü baş verən qəzayla başlayan hadisələrin ardıcıllığı, tarixin ən əhəmiyyətli UNO hadisələrindən biri olaraq qəbul edilir.
On illər boyunca haqqında çoxlu sayda kitab yazılan, saysız sənədli film çəkilən və ən yüksək səviyyəli siyasətçilərdən belə gizlədilən sənədlərə mövzu olan hadisələr, özündə bəşəriyyətin yerdənkənar həyat haqqında uzun illərdir cavabını axtardığı sualların cavablarını saxlayır.
Tarixə "Rosvell qəzası" kimi düşən əsrarəngiz hadisədən əvvəl və sonra baş verənlər haqqında ətraflı məlumatlar əldə etmək üçünsə aşağıdakı başlıqlardan ibarət bir araşdırma aparmaq lazım gəlir:
* Rosvell qəzasından əvvəl və sonra baş verən hadisələr,
* ABŞ ordusunun uçan dairəyə aid olduğu iddia edilən qalıqları aşkarladıqdan sonrakı durumu,
* Hadisə şahidlərinin danışdıqları,
* Qəzanın ABŞ və dünya mətbuatında necə əks-səda yaratdığı,
* Ordunun bütün dünyanı ayağa qaldıran bu hadisəni ört-basdır etdiyini düşündürən səylər,
* Rosvellə düşdüyü bildirilən uçan dairənin qalıqlarının gizli hərbi birlik tərəfindən yığışdırılmasının iddia edilməsi,
* Uçan dairənin əslində ABŞ ordusu tərəfindən çox gizli bir silahla vurulması ehtimalı,
* Qəzadan canlı xilas olduğu iddia edilən yadplanetlinin başına nə gəlmiş ola biləcəyi,
* Ordunun Rosvell qəzası haqqındakı məlumatları illər uzunu necə saxlamağa çalışdığı,
* 90-cı illərdə dünyanı təsiri altına alan yadplanetlinin yarılması filminin altında yatan həqiqətlər.
Üzərindən bu qədər vaxt keçməsinə baxmayaraq, Rosvell qəzası ABŞ ictimaiyyəti tərəfindən hələ də araşdırılan əhəmiyyətli mövzu olaraq qalır. Bir çox müstəqil araşdırmaçı, ABŞ mətbuatının ordu tərəfindən başladıldığını iddia etdikləri ört-basdır kampaniyasına boyun əyərək, tarixin ən böyük səhvlərindən birini etdiyini düşünür. Bəs, həqiqətən o gün nələr oldu? Bəşəriyyətin taleyini dəyişdirə biləcək bir hadisə hər kəsdən gizlədildimi? Yoxsa hər şey həyəcan və təxəyyül məhsuludur?
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.