ERMƏNİLƏRİN SİYASİ TERRORLARI - HNÇAQ (IV-yazı)
DAŞNAKSÜTUN TARİXİ
Partiyanın əsası üç erməni millətçisi Rostom Zoryan, Simon Zavaryan və Xristofor Mikayelyan tərəfindən qoyulub. Təşkilat ilk vaxtlar "Erməni inqilabçılarının ittifaqı" adlanırdı. Daşnakların məqsədi, silah və güc tətbiqi ilə Osmanlı İmperiyasının şərqində erməni dövləti qurmaq idi.1891-ci ildə nəşr olunan və Daşnaksütunun mətbu orqanı olan "Droşak" (bayraq) qəzetində daşnaklar öz proqramları barədə bunları yazırdılar: "Bizim partiyamız öz məqsədlərinə yalnız diplomatiya yolu ilə nail olmaq istəyənlərlə heç cür razılaşa bilməz. Bizim diplomatlarımız öz marağından və güclülərin marağından çıxış edir. Avropa bizim üçün deyil, qoy ermənilər bilsinlər ki, erməni torpağı qanla suvarılmasa onlar heç bir şey əldə edə bilməzlər. Digər tərəfdən partiya Ermənistanın proletariatın köməyi ilə azad olunacağına inanmır, çünki Türkiyə şəraitində bu mümkün deyil. Torpaq məsələsi ən vacib məsələlərdən biridir, torpaq o torpaqda işləyənə məxsus olmalıdır".
1892-ci ildə partiyanın adı dəyişdirilir və partiya indiki adı ilə adlanmağa başlayır. Həmin il partiyanın proqramı da dərc edilir:
Məqsəd: Daşnaksütunun məqsədi üsyanlar yolu ilə iqtisadi və siyasi azadlıqlar əldə etməkdir. Partiya hər bir insanın bərabər hüquqa malik olduğu prinsipindən irəli qələrək, maddi nemətlərin bərabər bölünməsinin tərəfdarıdır.
1. Gələcək Ermənistanda ümumi maraqlara xidmət edən, xalq hökuməti ümumi bərabər və birbaşa səsvermə yolu ilə seçilməlidir.
2. İstənilən vasitələrlə həyatın və iş yerlərinin təmin edilməsi.
3. Müxtəlif dinlər və millətlər qanun qarşısında bərabərdir.
4. Söz və mətbuat azadlığı.
Vasitələr: Erməni inqilab ittifaqı öz məqsədlərinə çatmaq üçün silahlı dəstələr yaradır, bu dəstələr hökumətə, eləcə də tək ermənilərin yox, həm də assiriyalıların, kürdlərin və sülhsevər türklərin əziyyət çəkdiyi ümumi vəziyyətə qarşı da mübarizə aparır. Bu istiqamət çox böyük əhəmiyyət kəsb edir. Bütün bu qrupları ümumi mübarizə üçün birləşdirə bilməsək də, ən azından onların ermənilərə qarşı müxalifətini neytrallaşdıra bilərik.
1. Daşnak partiyasının əsas prinsiplərinin və məqsədlərinin təbliğatı.
2. Silahlı dəstələri təşkil etmək, eləcə də onları ideoloji və praktik cəhərdən hazırlamaq.
3. Xalqı silahlandırmaq.
4. İnqilabi komitələri və onlar arasında sıx əlaqələri təşkil etmək.
5. Hakimiyyət nümayəndələri, sələmçilər, satqınlar və hər cür istismarçılara qarşı terror tətbiq etmək.
6. Xalqı quldur və soyğunçuların hücumundan qorumaq.
7. Adamların və silahların göndərilməsi üçün yollar və vasitələr tapmaq.
8. Dövlət idarələrinin dağıdılması və talan edilməsi.
Əsas təşkilati prinsip kimi yerli komitələrin muxtariyyəti ütünlük təşkil edirdi. Hər hansı bir rayonun bir neçə komitəsi, rayonun mərkəzi komitəsini seçirdi. Partiyanın başında büro dururdu, əvvəl Rusiya və İranda, sonra Avropada, daha sonra isə Osmanlı İmperiyasında komitələr quruldu. Rusiya İmperiyasında partiyanın yaradılmasından dərhal sonra, Qarsda, Aleksandropolda (indiki Gümrü), İrəvanda, Tiflisdə, Bakıda, Şuşada, Yelizavetpolda (indiki Gəncə) və Rostovda komitələr təşkil olundu. O zaman daşnakların əsas fəaliyyəti Osmanlı İmperiyasının ermənilər yaşayan ərazilərinə “fədailər” üçün silah və sursatın göndərilməsindən, həmçinin yerli erməni əhalisinin, silahlandırılmasından və türk hökümətinə qarşı qaldırılmasından ibarət idi. XIX əsrdə daşnakların keçirdiyi ən məşhur terror aktı 1896-cı ildə Osmanlı bankına təşkil etdikləri hücum idi. Lakin İstanbulda yerləşən qərb dövlətlərinin səfirliklərinin müdaxiləsi nəticəsində, Osmanlı hökuməti hücumda iştrak edən terrorçuların Avropaya qetməsinə razılıq verir. XX əsrin əvvələrindən etibarən daşnaklar Rusiya İmperiyasında öz fəaliyyətlərini aktivləşdirir. 1905-ci ildə azərbaycanlılara qarşı törədilən qırğınlarda daşnaklar da aktiv iştrak edir, bu məqsədlə onlar əvvəllər Türkiyəyə göndərdikləri “fədailəri” geri çağırır. Daşnaklar Bakı qubernatoru Nakaşidzeni “müsəlmanlara kömək edir” bəhanəsi ilə qətlə yetirir, qubernatoru sonradan “general Dro” kimi tanınan Drastanat Kamayan qətlə yetirir. ABŞ türkoloqu Tadeuş Svatxovskinin fikrincə 1905-1906-cı illər ərzində ermənilər azərbaycanlıların yaşadığı 158 yaşayış məntəqəsinə hücum edirlər. 1905-ci ildə daşnaklar İstanbulda sultan II Əbdülhəmidə sui-qəsd təşkil edir, təsadüf naticəsində sultana zərər dəymir, lakin partlayış nəticəsində, 26 nəfər həlak olur 58 nəfər yaralanır.
1906-cı ildə Sofiyada keçirilən koqresdə daşnaklar Rusiyanın siyasi həyatında aktiv iştirak etməyi qərara alırlar. Osmanlı İmperiyasında “gənc türklər” hakimiyyətə qəldikdən sonra daşnaklar müəyyən müddət də olsa yeni qurulmuş türk hökuməti ilə silahlı mübarizədən çəkinir. 1910-11-ci illərdə Sankt-Peterburqda terrorçuluqda günahlandırılan daşnaklar üzərində keçirilmiş məhkəmə prosesi nəticəsində 52 nəfər həbs cəzasına layiq görülür, 4 nəfər isə Sibirə sürgünə gondərilir. Bu proses zamanı daşnaklarım müdafiəçiləri sıralarında Aleksandr Kerenski də var idi.
TƏŞKİLATIN QURULUŞU
Büro - Təşkilatın ən üst orqanıdır. Təşkilat rəhbərliyi "Büro"nun qərarları istiqamətində iş görür. Büro, görünüşcə kollektif liderlik şəklindədir. Kaliforniyadan, Fransadan, İrandan bir, Livandan beş üzvdən formalaşmışdı. Üzvlər öz aralarından birini başçı seçirdilər. Livan vətəndaş müharibəsisinə qədər Büro, Livanda idi. Vətəndaş müharibəsi sonunda sırayla ABŞ, Yunanıstan və Fransaya keçdi. Hal-hazırda yenidən ABŞ-dadırlar. "Büro" üzvləri, rəhbərlik əsasları, qərarları gizlidir. 1985-ci ilə qədər, Yunanıstanda yaşayan, Hrair Marukiyanın Büronun rəhbəri olub.
Mərkəz Komitəsi - Təşkilatın üst rəhbərlik orqanıdır. Büro ilə yerli qruplar və təşkilatlar arasındakı əlaqəni təşkil edir. Ermənilərin əhali baxımından əhəmiyyətli olduqları yerlərdə yaradılıb. Livan və Fransada "Mərkəz Komitəsi" olmasına qarşılıq, ABŞ-da "Qərb Seqmenti Mərkəz Komitəsi", "Şərq Seqmenti Mərkəz Komitəsi" adı altında iki komitə var. Pramidaya bənzəyən bu quruluşun altında yerli təşkilatlar, orqanlar yerləşir. Bunlar, müxtəlif erməni mövzularını daşıyan adlarla xatırlanarlar. "Erməni Gənclik Federasiyası", "Gənclik Təşkilatı", "Oğlan və Qız Tələbələr Təşkilatı" və "İdman və Mədəniyyət Təşkilatları" kimi adlarla yaradılmışdı. Mərkəz Komitəsinə və ya Mərkəz Komitələrinə əlavə təbliğat və Mətbuat, Hüquq, Maliyyə, Hərbi, Təhsil və Erməni köçünü nəzarət etmə komitəsi adı altında müxtəlif təşkilatlar bağlıdır. Bunlar daha çox məlumat və texniki xidmət sahələridir.
MƏQSƏD VƏ HƏDƏFLƏRİ
Daşnaksütun, kommunist olmayan bir Ermənistan qurulmasını və Türkiyənin ermənilərə qarşı işləndiyi iddia edilən "cinayətlər" qarşısında təzminat ödəməsinin təmin edilməsini məqsəd qoymuşdu. Daşnaksütun mətbu orqanlarında bu məqsəd, bu şəkildə dilə gətirilməkdədir: "Sevr razılaşması üzərində dayanmağa davam edəcəyik. Bu razılaşma iddiamızın kilometr daşlarından biridir..."
Daşnaksütunun son məqsədi isə, "Dörd T" şəklində yekunlaşdırıla bilər: Terror yoluyla soyqırım iddialarının təqdimatının keçirilməsi, iddiaların Türkiyə tərəfindən tanınması, Türkiyənin təzminat ödəməsi və türklərin işğalı altında olan iddia edilən torpaqların ermənilərə qaytarılması.
STRATEGİYALARI
Daşnaksütunun strategiyası zahirdə, "sülhsevər yollarla məqsədlərinin reallaşdırması" şəklində görsənir. Uzun illər fəaliyyətləriylə bir terror təşkilatı kimi hərəkət ediblər. "Erməni Soy qırımı Ədalət Komandoları" adlı terror qrupu daşnaklar tərəfindən yaradılıb. Təşkilatın adı daha sonra "Erməni İnqilabçı Ordusu" şəklində dəyişdirilib. Bu qrupun bütün cinayətləri və terrorları Daşnaksütun tərəfindən planlanlaşdırılıb. Ancaq Daşnaksütunun terror təşkilatı ASALAdan fərqli bir tərəfi vard: ASALA terrorda türk və ya başqa ölkələrin vətəndaşları arasında ayrı-seçkilik etmir. Daşnaksütun və ona bağlı terror qrupları, hədəf olaraq yalnız türkləri, azəriləri, türk vətəndaşlarını hədəf seçiblər. 1982-ci ildə Los Ancelesdəki Türkiyə səfirini öldürdüqkdən sonra "Ədalət Komandoları"nın etdikləri "Yeganı məqsədimiz türk diplomatları və türk təşkilatlarıdır" açıqlaması, buna sübutdur. "Erməni İnqilabçı Ordusu"nun 1983-cü ildə Lissabondakı Türkiyə səfirliyinə etdiyi hücumda da eyni bəyan təkrarlanmışdır. XIX əsr sonları və XX əsrin əvvələrində Daşnaksütun, daha çox Qərb tərəfdarı kimi davranmış və Qərb ictimaiyyətinə təsir etməyə çalışıb. Hnçaklar isə Rusiyaya yönəlib.
MALİYYƏ DƏTƏYİ VƏ ƏLAQƏLƏRİ
Daşnaksütun, dəstəyini daha çox ABŞ-dan və Avropa dövlətlərindən alıb. Adı çəkilən dövlətlərin müxtəlif erməni təşkilatlar ilə əlaqələri olub. Kilsə və Kilsələr Birliyi ilə "Erməni lobbiləri" və "Araşdırma mərkəzləri" başlıca dəstək qaynaqlarını təşkil edib.
MƏTBUAT ORQANLARI
Erməni komitələri və terror təşkilatları içərisində təbliğat mövzusunda böyük təcrübələri və dəstəkləri olan Daşnaksütun, müxtəlif davamlı, satın alınan radio proqramları, xüsusi radiolar TV və video filmləri kimi xəbərləşmə və media vasitələriylə davamlı olaraq məqsədlərini, hərakatlarını, siyasətlərini dünya ictimaiyyətə çatdırmaq imkanını əldə etmişdilər. Bir çox dövlət bu baxımdan daşnaklara xüsusi dəstək verib. Daşnaksütunun media orqanları içərisində ən əhəmiyyətliləri ABŞ-da ermənicə nəşr olunan "Hayrenik" və "Asbarez" ilə ingiliscə nəşr olunan "Armenian Weeky"dir.
DAŞNAKLAR MÜASİR DÖVRDƏ
1980-cı illərin sonunda SSRİ-də baş qaldıran iqtisadi-siyasi problemlər Daşnaktütyunun burada aktivləşməsinə səbəb oldu, öz imkanlarından istifadə edərək Daşnaklar Avropa Amerika sonradan isə mərkəzi Sovet mətbuatında “Miatsum” ideyasını təbliğ etməyə başladılar. Lakin daşnaklar tək təbliğatla kifayətlənməyib, Ermənistana və Qarabağa silah sursat, adamlar göndərirdilər. Azərbaycan barədə təhrif olunmuş yalan məlumatların yayılmasında Daşnaktütyunun nəzarətində və yaxud təsirində olan KİV-lərdən aktiv istifadə adi hal alır. Daşnaklar gürcü-abxaz münaqişəsində də aktiv iştrak edirlər, onların iştrakı və köməyi ilə "Marşal Baqramyan adına erməni batalyonu" yaradılır, ki bu batalyon gürcü ordusuna qarşı döyüşlərdə iştrak edir. 1994-cü ildə Ermənistanda Levon Ter-Petrosyanın əmri ilə Daşnaktütunyun fəaliyyəti dayandırılır, bəzi üzvləri isə həbs olunur. 1998-ci ildə prezident postunda Ter-Petrosyanı əvəz etmiş, Robert Koçaryan Daşnaktütunyun fəaliyyətinə icazə verir. Bü gün Daşnaktütyun Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində, aparıcı siyasi güclərdən biridir. Daşnaktütünyun tələbləri illərdən bəri dəyişməyib, partiya əvvəllər olduğu kimi Türkiyədən qondarma erməni soyqırımını tanımağı, ermənilərə təzminat ödəməyi və Türkiyənin şərqində 7 vilayəti Ermənistana verməyi tələb edir. Azərbaycana qarşı isə ərazi iddiaları dava edir, işğal olunmuş ərazilərdən savayı daşnaklar keçmiş Şaumyan rayonunun (Goranboy rayonunun cənub hissəsi) ərazisinə və Naxçıvan muxtar respublikasının ərazilərinə iddialıdırlar.
AMERİKA ERMƏNİLƏRİ MİLLİ KOMİTƏSİ
Amerika Erməniləri Milli Komitəsi - Komitəni bəzən “Ay Dat” da adlandırırlar. Komitə Amerikadakı erməni diasporunun fəaliyyətinin koordinasiyası ilə məşğuldur. Amerikanın eləcə də Avropanın bir çox şəhərlərində ofisləri fəaliyyət göstərir, AEMK Daşnaksütun partiyası ilə sıx əlagələrə malikdir. Digər erməni təşkilatıarı ilə birgə “erməni soyqırımı” nın tanınması məqsədi ilə kompaniyalar təşkil edir, və digər lobbiçilik fəaliyyəti ilə məşğul olur. 1999-cu ildə komitənin sədri Murad Topalyan terror aktlarının təşkilinə və qanunsuz silah sursat saxlamasına görə, ABŞ hüquq mühafizə orqanları tərəfindən həbs olunmuşdur. Hal hazırda komitənin fəaliyəti əsasən üç istiqamətdə təşkil olunub:
-Ermənistana və Qarabağ seperetçılarına maddi və siyasi yardım göstərmək.
-ABŞ pprezidentinə və siyasi elitasına təsir və təzyiq göstərərək qondarma erməni soyqırımını tanıdmaq və Türkiyədən təzminat alınmasına nail olmaq.
-Azərbaycana qarşı olan istiqamətdir, burada onların məqsədi, Qarabağ məsələsində ermənilərin düz mövqedə olmasını ABŞ və dünya ictimaiyyətinə qəbul etdirmək. Azərbaycana qarşı aparılan informasıya müharibəsinin təşkilinə kömək və onu maliyyələşdirmək də AEMK prioritet məsələlərindən biridir.
Ardı var
Tural Həsənli