Ekspedisiyanın rəhbəri: "Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımın yeganə şahidi olan Quba məzarlığındakı sümüklərlə dolu yeganə quyunu itirə bilərik"
05-07-2011 / 14:30
Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımın yeganə şahidi olan Quba məzarlığındakı sümüklərlə dolu yeganə quyu çatlayıb. FaktXeber.com-un verdiyi məlumata görə, Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Qubada aparılan arxeoloji ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev APA-ya açıqlamasında bildirib. Onun sözlərinə görə, havaların isti keçməsi məzarlıqdakı torpaqda quruma yaradıb, bu isə öz növbəsində çatlamaya səbəb olub: “Ən pis hal odur ki, çatlama sümüklərlə dolu yeganə quyunun yuxarı hissəsində də qeydə alınıb. Bu isə o deməkdir ki, biz bu quyunu itirə bilərik”.
Q. Ağayevin sözlərinə görə, artıq 4 ildir məzarlıq primitiv üsullarla qorunur: “Havalar yağışlı keçəndə məzarlığı rütubətdən qorumaq üçün quru torpaqdan istifadə edilir. İndi isə torpaq armaturla deşilib ora nəm torpaq vurulmalıdır. Amma bu primitiv üsullar uzun müddət davam edə bilməz”.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.