Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Mədəni irs silsiləsindən növbəti seminarını Azərbaycan Turizm Universitetində keçirəcək
05-07-2011 / 12:45
Bu barədə FaktXeber.com-a İctimai bilriyin nəzdindəki Uşaq və Gənclərlə iş şöbəsinin rəhbəri Cəfər Mənsimi məlumat verib. Onun sözlərinə görə, iyulun 11-də keçirilməsi nəzərdə tutulan seminarda Milan Politexnik Universitetinin professoru Luigi Scrinzi "Azərbaycanda arxeoloji turizmin inkişafında beynəlxalq təcrübə" və Miras İctimai Birliyinin İdarə Heyətinin üzvü, tarix elmləri doktoru, professor Qafar Cəbiyev “Ağsuda arxeoloji turizmin inkişaf perspektivləri” mövzusunda çıxış edəcəklər. Eləcə də universitetin müəllim və tələbələri ilə mövzu ətrafında söhbət aparılacaq.
Tədbirin sonunda "Orta əsr Ağsu şəhəri" 3D formatlı filmi iştirakçılara təqdim olunacaq.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.