Xalq artisti Fuad Poladov tamaşada əsas rolu oynayacaq
05-07-2011 / 11:15
Bu gün Xalq artisti Fuad Poladov Akademik Milli Dram Teatrında növbəti məşqlərinə başlayacaq. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə “Azadinform” agentliyinə teatrın mətbuat xidmətindən açıqlama verilib.
Azərbaycan səhnəsinin məşhurlarından olan aktyor İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” tamaşasında baş rolu – Həsənzadə rolunu canlandıracaq.
Qeyd edək ki, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətovun quruluş verəcəyi tamaşada Poladovun tərəf-müqabili Nargilə rolunu isə aktrisa Məsmə Aslanqızı oynayacaq.
Xatırladaq ki, tamaşanın məşqlərinin bir müddət davam edəcəyi bildirilib. “Sən həmişə mənimləsən” tamaşasının təqdimatı isə sentyabr ayında, yeni mövsümdə gerçəkləşəcək.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.