Stinq Qazaxıstana səfərini repressiyalara etiraz olaraq ləğv etdi
05-07-2011 / 10:20
FaktXeber.com-un verdiyi məlumata görə, britaniyalı pop ulduz Stinq Qazaxıstana konsert səfərini ləğv edib. O, bununla bir neçə həftədir ki, tətilə çıxmış neftçilərə qarşı repressiyalara etiraz etdiyini deyib. Öz veb saytında yayımladığı bəyanatda Stinq bildirib ki, əgər Astanada konsert versəydi, Qazaxıstan prezidenti Nursultan Nazarbayevi dəstəkləmiş olardı. Bu barədə BBC məlumat yayıb.
Xatırladaqki, Stinqin Astanada konserti bazar ertəsi keçirilməli idi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.