ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
"ATƏŞKƏS" DAHA İKİ ƏSGƏRİMİZİ APARDI | VASİF MÖVSÜMOV | SABAH UCAR VƏŞAMAXIDA QAZ OLMAYACAQ | İRAN AZƏRBAYCANDAKI SƏFİRİNİ GERİ ÇAĞIRIB | ƏLİ HƏSƏNOV QƏRB KİV-lərinin NİYYƏTİNDƏN DANIŞDI | İSA QƏMBƏR XARİCİ JURNALISTLƏRLƏ GÖRÜŞÜB | MÜSAVAT DİVANI ARİF HACILIYA MÜRACİƏT ETDİ | "FAKTXEBER.COM"-UN SORĞUSU DAVAM EDİR | İP-İN AKSİYASINDAN VİDEOREPORTAJ | ÇİNLİ TELEAPARICIDAN TƏHQİRAMİZ AÇIQLAMA |

Foto Xəbər
FANTASTİK FİLMLƏRİN KADRAXASI
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

İnfoqrafika

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sağlamlıq

Sual-Cavab

Audio

Video

Ailə

Gündəm

Sorğu

ÖLKƏMİZDƏ GEYPARADIN KEÇİRİLMƏSİNƏ NECƏ BAXIRSINIZ?

YAXŞI
FƏRQ ETMƏZ
BİABIRÇILIQDIR

Nəticələr

Ən Çox Oxunanlar

Ən Çox Şərh Olunanlar


 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 AZƏRBAYCAN TAMAŞAÇISI BU QƏDƏR TƏHQİR EDİLMƏMİŞDİ

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

Xəbərlərimiz Sosial Şəbəkədə

 
 
 
İSLAM - İZZƏT, QEYRƏT VƏ AZADLIQ DİNİDİR!
 
 
İslam izzət, qeyrət və azadlıq dinidir. Bunu İslam aləmindən zərrə qədər xəbəri olanlar bilirlər. Bu gün İslam düşmənləri bunu hətta, bəzi müsəlmanların özlərindən də yaxşı bilir və dərk edirlər. İslam, kimliyindən asılı olmayaraq, heç bir qoluzorlu və boynu yoğunun müqabilində kiməsə bac vermir və tam şəkildə hər bir müsəlmanın izzət, ehtiram, qeyrət və azadlığını qoruyur. Ona görə də İslamda şərəf, ləyaqət və azadlıq çox mühüm rol oynayır.


04-07-2011 / 17:20


 

Bu gün Qərb ideologiyasında da insanın şərəf və layəqəti kimi “mənalar” gözə dəyir, amma bu mənalar hansı məqsəd və hədəflərə xidmət edir hamının gözü qabağındadır. Əsl, şərəf, izzət və ehtiram İslam aləmində Allah-taala tərəfindən insana verilir. İnsana şərəf və ləyaqət verən Allahdır. Çünki, mütləq izzət və şərəf yalınz, Allah-taalaya məxsusdur və insan Allah-taalaya nə qədər yaxın olsa, Ona nə qədər yaxşı bəndəçilik etsə, bir o qədər həm Allah yanında, həm də insanlar içində xüsusi izzətə, ləyaqətə layiq görünəcək. Bu ilahi bir qanundur və İslam aləmində ən mühüm mövzulardan biridir. Əslində, İslamı bu amillərsiz təsəvvür etmək mümkün deyildir. İslamda izzət, şərəf və azadlığa nəzər salmaqdan ötrü Quran, İslam Peyğəmbəri (s) və Onun pak Əhli-Beytindən (ə) bizlərə çatan səhih hədislərə baxmaq kifayət edər.
Quranda İzzət, Şərəf və Azadlıq: Allah-taala Quranda izzət və ehtirmadan söz açdıqda, mütləq izzət və ehtiramın Allah-taalya məxsus olduğunu, hər kəsin izzətə və ehtirama çatmasını Allaha tərəf gəlməsi və Ona yaxınlaşmasında görür. Quranda Allah-taalaya məxsus olan izzət, qüdrət, şərəf və şöhrətin əsasları da qeyd olunur. İlk növbədə insana isbat olunmalıdır ki, sən bu böyük varlıq aləmində zərrəsən və səndən milyardarla böyük varlıqlar belə Allah-taalanın müqabilində heç və puçdur. Belə bir təsəvvürdən sonra hər bir qüdrət, izzət, şərəf və ləyaqyətin Allah-taala tərəfindən olması sübut olunur. Bu haqda müqəddəs Quranda oxuyuruq: 1) “O, bir olan, (hər şeyi) qəhr edən (hər şeyə gücü yetən) Allahdır! (Zümər surəsi 4); 2. Həqiqətən, əgər onlardan: "Göyləri və yeri kim yaratmışdır?!" - deyə soruşsan, mütləq: "Allah!" - deyə cavab verəcəklər.(Zümər surəsi 38); 3. (Allah) göyləri və yeri haqq olaraq (hikmətlə) yaratdı. O, gecəni gündüzə, gündüzü də gecəyə qatar (gah gündüzü, gah da gecəni uzadar). O günəşi və ayı ram (bəndələrinin mənafeyinə tabe) etdi. Onların hər biri müəyyən bir müddətədək (Qiyamət gününə qədər) hərəkət edər. (Zümər surəsi) və sair bu kimi ayələr hər şeyin Allahın qüdrətində qərar tutduğunu bildirir.

“İzzət” sözü ərəb dilində, qüdrət, qələbə, nüfuzolunmaz, şərəflə böyüklük olub, kiçiklik, alçaqlıq mənasında gələn “zillət” sözünün müqabil tərəfidir. (Tureyhi Fəxrəddin, Məcməul-Bəhrəyn; c.3;səh.172) İslam məktəbi azadlıq, izzət və şərəf məktəbidir. Bu məktəbdə kimliyindən asılı olmayaraq, başqasının müqabilində sınmaq, əyilmək və zillətə düşmək etiqadı qeyri mümkündür. Əgər hansısa müsəlman belə bir ruhiyyədədirsə, bu onun özünün şəxsi nəfsinin paklaşmada naqis olmasına aiddir və İslama heç bir dəxli yoxdur. Bunun da, əsl səbəbi qeyd etdiyimiz kimi mütləq izzət, şərəf və ləyaqətin Allaha məxsus olması və insana da Allah tərəfindən verilməsidir. Quranda bu mövzuda izzətin həqiqəti batil müqabilində məğlubolmaz, baş əyməmək və yalnız, Allah-taalaya arxalanmaq kimi tərif olunur: “Həqiqətən, izzət, şərəf-şan da, (qüvvət və qələbə də) yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur!” (Münafiqun surəsi 8)
Qeyd etmək lazımdır ki, İslamda azadlıqdan söz getdikdə məqsəd, insanın başqalarının müqabilində zillətə düşməməsi və onun üçün yaranmış şərait və imkanlardan doğru və düzgün istifadə etməsi nəzərdə tutulur. Əslində, hər bir insan izzəti yalnız, Allah-taalaya iman yəni, əsl izzət və qüdrətin mənbəyində axtarmalıdır. Bu mənada, azadlıq, şərəf və layəqətində izzətə bağlı olması məlum olur. Xalq və millət o zaman tam müstəqil, azad, şərəf və layəqətini tam şəkildə qoruya bilər ki, şeytan və şeytani qüvvələrə yox yalnız, Allah-taalaya iman gətirmiş olsun və yalnız Ona arxalansın.

Amma qərb təfəkküründə insanın öz işlərinin özünün həva-həvəslərinə uyğun olaraq yerinə yetirməsi əslində, azadlıq yox, bir növ insanın nəfsinin əsiri olmasıdır. Qərbin bu təfəkkürü ilə İnsanın cəmiyyətdə əməl və rəftarlarında tam azad olması əslində, cəmiyyətdə bütün mənəvi və ictimai dəyərlərin məhv olması və aradan getməsi deməkdir. Qərbin belə azadlığı əslində, heyvanlar aləminə məxsusdur. Bu aləmdə hər hansı heyvan öz zehninə nə gəlirsə və daha güclüdürsə, onu da edir. Belə azadlıqda abır və həya adlı bir məna və məfhum artıq qərbin heç bir lüğət kitabında yoxdur. Belə bir aləmdə öz abır, həya, şərəf və ləyaqət sözün əsl mənasında öz mənasını itirir. Qərbin də bizə sırımaq, istədiyi azadlıq elə bu mənadadır. Ona görə də ölkəmizdə qərb proqramlarının bu sahədə daha çox icra olunması gözə dəyir. Allah-taala Quranda öz təfəkküründən istifadə edib əsl həqiqəti, həqiqi azadlığını, şərəf və ləyaqətini tapa bilməyən insanları heyvanlar aləminə aid edir və hətta, ondan aşağı səviyyəli sayır: “Onların qəlbləri vardır, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, həqiqəti və düzgün yolu tapıb) anlamazlar. Onların gözləri vardır, lakin onunla (Allahın möcüzələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət və haqqın səsini) eşitməzlər. Onlar heyvan kimidirlər, (çünki, həyatları heyvani həyatdır) bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!” (Ənam surəsi 179) Başqa bir ayədə izzət və şərəf və azadlıq haqqında oxuyuruq: “Hər kəs (dünyada) izzət-qüdrət (şərəf-şan) istəsə, (bilsin ki, dünyada da, Axirətdə də) bütün izzət-qüdrət (şərəf-şan) ancaq Allaha məxsusdur. (Buna yalnız, Allaha itaət və ibadət etməklə nail olmaq mümkündür).” (Fatir surəsi 10)

İzzət, şərəf və azalıq hədislərdə: İslamda izzət, azadlıq, şərəf və ləyaqət yolunun başçıları və bayraqdarları İslam Peyğəmbəri (s) və Onun pak Əhli-Beytnin (ə) əlində olub və olacaq. Əhli-Beyt (ə) dedikdə yəni, Əmirəlmöminin Əli (ə) və Fatimeyi-Zəhra (salamullahi ələyha) başda olmaqla, on iki məsum İmamlar (ə) nəzərdə tutulur. Onlar yaşadıqları zaman və məkan çərçivəsində və öz həyat yollarında azadlıq, şərəf və izzətin nə olduğunu insanlara göstərdilər. İslam aləmində bu məktəbə və onun kamil insanlarına bağlı olmayanlar heç vaxt əsl azadlıq, müstəqillik, izzət və şərəf üzünü görməzlər. Əlbəttə, bu günkü müsəlman ölkələrinin başçılarının öz günahsız müsəlman xalqlarının başlarına açdığı müsibətlər bu məsələni bir daha sübut edir. Əhli-Beyt (ə) məktəbini İslam Peyğəmbəri (s) özü şəxsən müsəlmanlara Quranla yanaşı ən yaxşı azadlıq, izzət və şərəf yolu kimi göstərmişdir. Ona görə də biz onların həyatında bu göstərişin nişanələrini açıq aydın görürük və hiss edirik. İslam Peyğəmbəri (s) buyrur: “Mən sizin aranızda iki çox dəyərli əmanət qoyub gedirəm. Biri Allahın kitabı Quran, digəri isə mənim pak Əhli-Beytimdir. Nə qədər ki bunların hər ikisindən uzaq düşməmisiniz zəlalətə düşməzsiniz!” Bu məqamda həmin, Məsum İmamlardan (ə) bizlərə çatan hədislərdə də Quran ayələri kimi izzət, şərəf və azadlığa çox diqqət olunmuş, hər bir müsəlmanın şəxsiyyətinin bu xüsusiyyətlər üzərində qurulduğu açıqlanmışdır. Onlar real həyatda bəzən elə çətin vəziyyətdə qərar tuturlar ki, adi insanların içində hər kəs o anda iman və əqidəsini qorumaqda israrlı olmazdı. Amma, onlar öz əməl və sözləri ilə əsl azadlıq, izzət, şərəf və ləyaqətin nə olduğunu insanlara başa salırlar. Bu məktəbin başçısı İslam Peyğəmbəri (s) azadlıq, müstəqillik, şərəf və ləyaqət haqqında buyurur: “Hər kəs zalım (və ya zülmkar) müqabilində sakit dayansa və ona itaət etsə, biz Əhli-Beytə yaddır!” (Biharul-Ənvar; c.74;səh.162, hədis.181). Bu məktəbin digər parlaq günəşi İmam Hüseyn (ə) həyatının ən çətin və ağır anında, yəni ölümlə üzbəüz dayananda və O həzrətə maddi cəhətdən azadlığını, müstəqilliyni və izzətini əlindən almaq şərti hər cür şərait təklif olunduqda, dəhşətli Kərbala meydanında belə buyurur: “Mən şərəfli ölümü səadət və xoşbəxtlikdən başqa bir şey bilmirəm, amma zalımlarla (zülmü qəbul edib yaşamaq) əzab və əziyyət (xarlıqdan) başqa bir şey deyildir!” (Biharul-Ənvar, c.44; səh.381; fəsl 38) Yenə də, İmam Hüsyen (ə) bu mövzuda buyrur: “İzzət, şərəf və qeyrət yolunda ölmək zillətlə yaşamaqdan yaxşıdır!” (Ləməatul Hüseyn (ə); Ayətullah seyyid Hüseyn Hüseyni Tehrani, səh.52) Başqa hədisdə var ki, İmam Hüseyn (ə) Aşura günü döyüşə başlayanda belə buyurdu: “Şərəfli ölüm, ar və qeyrətsizlik atına minməkdən daha yaxşıdır!” (Biharul-Ənvar; c.45; səh.50) Yenə də, Nəhcül-Bəlağədə Əmirəlmöminin Əlidən (ə) oxuyuruq: “..Әgәr mәğlub olsanızsl) ölüm sizin һәyatınızda, (düşmәnә) qalib gәlsәniz (һәqiqi) һәyatınız ölümünüzdә olacaq (şәrәfli vә başıuca ölüm, rәzillik vә zillәt içindә yaşamaqdan yaxşıdır).” (Nәһcül-Bәlağә, 51-ci xütbә). Yenə də Əmirəlmöminin Əli (ə) buyurur: “Əgər izzət (azadlıq və şərəf) ardıncasınızsa onu Allaha itaət və ibadətdə axtarın!” (Ğürərül-hikəm və dürəril-hikəm, hədis 4056) Nəhayət, “Heyhat! Zillət və xarlıq bizdən uzaqdır! – şüarı İslam məktəbində əsas azadlıq və müstəqillik rəmzi kimi Qiyamətə qədər davam edəcək.

Nəticədə, indi gəlin öz Vətənimizdə gedən proseslər və hadisələrə diqqət edək. Görəsən bizim müsəlman xalqı, yəni, Quran və Əhli-Beyt (ə) məktəbini özlərinə din və sevimli yol seçmiş müsəlman xalqımızı hansı tərəfə aparırlar?! Görəsən, bu millət belə getsə, hansı aqibətlə üzləşəcək və bizlərin bu hadislər müqabilində nə qədər məsuliyyətimiz var?! Görəsən bizim cavanlara hansı ruhi qidaları yedizdirib onları məst edirlər?! Və sonda görəsən, bunların hamısı dünyada misli olmayan, Quran və Əhli-Beyt (ə) məktəbinin ölkəmizdə inkişafının qarşısını almaqdan ötrü deyilmi?!
Bəs, ey alimlər, ziyalılar, cavanlar! Gəlin yaxşı-yaxşı fikirləşəyin və nə qədər ki, gec deyil nəticə çıxarıb yuxudan ayılağın!

Faiq Vəlizadə
Əl-Mustafa (s) adına beynəlxalq İslam univeristetinin doktorantı

 

Şərh et

Çap variantı

Rəylər

səbillilləh 04-07-2011, 17:20
sizcə indi izzətli olan mucahidlərdi.yoxsa səhərdən axşama izraili hədələyib . indiyə kimi bir şey etməyən
 

Əsas bölmədəki digər xəbərlər.

n

18/05/2012 - 14:22 KADIROV QROZNIDA QURAN HAFİZİ MƏKTƏBİ AÇDI

n

14/05/2012 - 16:24 İRANDA OXUYAN AZƏRBAYCANLI TƏLƏBƏLƏR BƏYANAT YAYDILAR

n

14/05/2012 - 10:16 İLAHİYYATÇI ALİM DİNİ KOMİTƏ SƏDRİNİN İDDİALARINI ALT-ÜST ETDİ

n

12/05/2012 - 15:52 NARDARANDA PEYĞƏMBƏR QIZININ MÖVLUDU QEYD OLUNDU

n

12/05/2012 - 15:32 BU GÜN İKİ DÜNYA XANIMI - FATİMEYİ ZƏHRA (S)-NIN MÖVLUDUDUR

n

10/05/2012 - 11:35 AZƏRBAYCAN İSLAM PARTİYASI MÖVLUD TƏDBİRİ KEÇİRDİ

n

09/05/2012 - 11:56 TÜRKİYƏDƏ RƏSMİ DİNİ TELEVİZİYA ÜÇÜN PROTOKOL İMZALANDI

n

03/05/2012 - 14:44 KILIÇDAROĞLUNUN PARTİYASINDAN MƏSCİDLƏRƏ SSRİ YANAŞMASI

n

02/05/2012 - 16:34 QƏRBİN CAVAB TAPA BİLMƏDİYİ SUALLAR

n

28/04/2012 - 13:33 AŞKARDA ŞEYTANA LƏNƏT EDİB, GİZLİNDƏ ONA İTAƏT ETMƏYƏK

n

23/04/2012 - 11:19 KİLSƏYƏ TƏHQİR RUSİYANI AYAĞA QALDIRDI

n

20/04/2012 - 17:44 2030-cu İLDƏ İNGİLTƏRƏDƏ XRİSTİANLIQ AZLIQDA QALACAQ

n

05/04/2012 - 16:16 TÜRKİYƏDƏ MƏSCİD İMAMINA CİNAYƏT İŞİ AÇILDI

n

05/04/2012 - 12:05 BU GÜN XANIM FATİMƏNİN (S.Ə) ŞƏHADƏT GÜNÜDÜR

n

03/04/2012 - 11:31 PEYĞƏMBƏRİ TƏHQİR EDƏN VƏHHABİ MÜFTİSİ TÖVBƏ EDİB

n

02/04/2012 - 10:05 QURANIN AZƏRBAYCAN DİLİNDƏ TƏRCÜMƏSİNİN ELEKTRON VERSİYASI HAZIRLANIB

n

31/03/2012 - 18:54 QƏFLƏT İÇİNDƏ OYNAYIB ƏYLƏNMƏYƏK

n

28/03/2012 - 10:04 BU DÜNYANIN SEVİNCİ

n

16/03/2012 - 15:04 RUSİYANIN ƏN UCQAR NÖQTƏSİNDƏ YERLƏŞƏN NORİLSK ŞƏHƏR MƏSCİDİ "GUİNNES"Ə DÜŞDÜ

n

14/03/2012 - 16:40 MƏSCİDLƏR KİMİN TABEÇİLİYİNDƏ OLMALIDIR: QMİ-nin, YA BƏLƏDİYYƏLƏRİN?

n

13/03/2012 - 09:51 RƏHMƏT YAĞIŞI

n

09/03/2012 - 13:48 FÜRSƏT, BU FÜRSƏT

n

09/03/2012 - 09:57 ARZULADIĞIN ZİRVƏ SƏNİ GÖZLƏYİR

n

05/03/2012 - 11:57 BÖYÜK DÜŞÜNMƏYİN SİRRİ

n

24/02/2012 - 12:19 1500 YAŞI OLAN KİTABIN "BARNABA İNCİLİ" OLDUĞU BİLDİRİLİR

n

18/02/2012 - 22:55 BAŞ BƏLASI

n

15/02/2012 - 13:10 MƏŞHUR AKTYOR VƏ SSENARİST İSLAMI SEÇDİ

n

13/02/2012 - 16:22 "YOX! İCAZƏ VERİN ÖZÜM İŞLƏYİM"

n

13/02/2012 - 14:33 14 FEVRAL - "AĞILDAN KƏMLƏRİN BAYRAMI" VƏ YA "ƏXLAQSIZLIĞIN SON GECƏSİ"

n

11/02/2012 - 18:24 AİP QADINLAR ŞURASI HƏZRƏT MƏHƏMMƏDİN MÖVLUDUNU QEYD ETDİ

n

11/02/2012 - 15:02 GÜRCÜSTANDA HƏZRƏT MƏHƏMMƏD PEYĞƏMBƏRİN (S) MÖVLUDU QEYD EDİLDİ

n

// - BU GÜN ƏZİZ İSLAM PEYĞƏMBƏRİNİN DOĞUM GÜNÜDÜR

n

04/02/2012 - 16:40 İSLAM MƏZHƏBLƏRİ ARASINDA DİALOQ VƏ YAXINLAŞMA - VƏHDƏT HƏFTƏSİ

n

01/02/2012 - 13:33 İNSANIN ÖLÜM ANINDA ƏN ÇOX PEŞMAN OLDUĞU 5 MƏQAM

n

28/01/2012 - 13:30 İSLAM AĞALAR MƏMMƏDOVA ŞÖHRƏT GƏTİRDİYİ VAXT....

n

26/01/2012 - 10:59 AZANDAN TƏSİRLƏNİB MÜSƏLMAN OLMAĞA QƏRAR VERDİ

n

24/01/2012 - 11:39 BU GÜN İMAM RZANIN (Ə) ŞƏHADƏT GÜNÜDÜR

n

18/01/2012 - 11:14 GÜRCÜSTANIN MARNEULİ ŞƏHƏRİNDƏ ZİYARƏTGAH BƏRPA OLUNUB

n

11/01/2012 - 16:35 1964-2011-Cİ İLLƏRDƏ DÜNYADA HİCAB QADAĞASININ XRONOLOGİYASI

n

10/01/2012 - 15:55 ŞİZOFRENİYA

n

26/12/2011 - 14:59 FRANSADAN MÜSƏLMANLARA QARŞI ÇİRKİN ADDIM

n

26/12/2011 - 12:23 BAKIDA DİNDARLARIN İBADƏT EVİ BAĞLANILDI

n

24/12/2011 - 10:59 EVLƏRDƏN DİNİ ƏDƏBİYYAT YIĞIŞDIRILIR

n

20/12/2011 - 12:34 SEYİD FƏRAMİZİN NİFRİNİ HAL ŞAHİDİNİ TUTDU

n

19/12/2011 - 17:10 ÖLKƏDƏ HƏYACAN TƏBİLİ ÇALINMALIDIR!!!

n

17/12/2011 - 12:46 KARLARA XÜSUSİ XÜTBƏ XİDMƏTİ

n

16/12/2011 - 15:48 QMİ DİNİ QADAĞALAR QARŞISINDA NİYƏ SUSUR?

n

16/12/2011 - 12:38 YUNANLARDAN AZANA ÇİRKİN MÜDAXİLƏ

n

14/12/2011 - 20:49 BAŞQALARINA ÖYRƏDİB, ÖZÜMÜZ MƏHRUM OLDUQ

n

12/12/2011 - 17:55 İSRAİL QÜDSDƏKİ MÜQƏDDƏS MƏSCİDƏ GİRİŞİ YASAQLAYIB

n

12/12/2011 - 16:48 MƏKKƏ GENİŞLƏNDİRİLİR

n

06/12/2011 - 17:00 KƏRBƏLAYA REKORD SAYDA ZƏVVAR TOPLANIB

n

06/12/2011 - 10:38 GÜRCUSTANDA MÖHTƏŞƏM TASUA YÜRÜŞÜ

n

06/12/2011 - 09:30 BU GÜN AŞURADIR

n

05/12/2011 - 13:41 MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ AŞURA HAQQINDA

n

03/12/2011 - 15:46 İLAHİYYATÇI ALİM ŞEYXİN İDDİALARINA CAVAB VERDİ

n

28/11/2011 - 12:26 TÜRKİYƏ RƏSMƏN MƏHƏRRƏMLİK AYINI MATƏM AYI ELAN ETDİ

n

21/11/2011 - 16:07 RUSLARIN MÜSƏLMAN QEYRƏTİ, İSLAM SEVGİSİ

n

18/11/2011 - 10:50 CƏMİYYƏTİN İNKİŞAFININ KÖKÜNDƏ NƏ DAYANIR?

n

15/11/2011 - 16:27 İSLAM PEYĞƏMBƏRİNİN HƏDİSLƏRİ AVROPA KÜÇƏLƏRİNDƏ

n

15/11/2011 - 10:36 BU GÜN QƏDİR-XUM BAYRAMIDIR

n

09/11/2011 - 14:10 AZƏRBAYCAN SƏFİRİ İRANDA MÜCTƏHİDLƏRLƏ GÖRÜŞÜB

n

04/11/2011 - 10:51 BU GÜN İMAM MƏHƏMMƏD BAQİRİN (Ə) ŞƏHADƏT GÜNÜDÜR

n

02/11/2011 - 12:15 ALLAHIN LƏNƏTİNİ YOX, RƏHMƏTİNİ QAZANIN!

n

02/11/2011 - 10:08 MİSİR MÜFTİSİ BÜTÜN DÜNYANI HEYRƏTLƏNDİRDİ

n

31/10/2011 - 17:31 DÜŞÜNCƏ FƏRQLİLİYİ

n

25/10/2011 - 08:57 QAFQAZIN DİNİ LİDERLƏRİ İRƏVANA TOPLAŞACAQ

n

24/10/2011 - 09:18 AZƏRBAYCANDAN İKİNCİ HƏCC KARVANI YOLA DÜŞDÜ

n

21/10/2011 - 10:00 DÜNYADA İLK DƏFƏ. BUZDAN MƏSCİD TİKİLƏCƏK

n

14/10/2011 - 13:04 EVDAR QADIN OLMAQ İSTƏYİRƏM! EŞİDƏN YOXDUMU!

n

07/10/2011 - 17:20 ORTA ASİYANIN ƏN BÖYÜK MƏSCİDİ TİKİLƏCƏK

n

24/09/2011 - 12:21 HƏR CÜMƏ NAMAZ QILDIRAN DÖVLƏT BAŞÇISI

n

20/09/2011 - 18:38 BİZƏ QEYRƏTSİZLİK AŞILAYIRLAR

n

24/08/2011 - 17:27 İSLAMI QƏBUL EDƏN MƏŞHUR ULDUZLAR

n

23/08/2011 - 16:55 GÜRCÜSTAN AZƏRBAYCANLILARI GMİ-yə QARŞI

n

22/08/2011 - 15:08 TÜRKİYƏDƏ İFTAR TEZ AÇILIR, NAMAZ ERKƏN QILINIR

n

20/08/2011 - 15:16 BÖYÜKLƏRİMİZƏ NİYƏ VAXT AYIRA BİLMİRİK?!

n

19/08/2011 - 18:14 ALÇALDICI SUALLARA MƏHŞURLARIN CAVABI

n

12/08/2011 - 18:00 GÜRCÜSTAN DİNDARLARININ ÜGMİ-yə EİRAZLARI VAR

n

08/08/2011 - 16:18 İSLAMIN İNTELEKTUAL İNSANLARA MESAJI

n

05/08/2011 - 15:13 DUA ETMƏYİN 10 QAYDASI

n

04/08/2011 - 16:31 DİN İFTİRAÇILARNIN ARXASINDA KİM DURUR?

n

03/08/2011 - 19:28 ATEİST İFTİRALARINA CAVAB

n

02/08/2011 - 16:20 FTB İSLAMI ÖYRƏNİR

n

29/07/2011 - 12:14 TERRORÇUYA TERRORÇU DEMƏYƏ ÇƏKİNƏN QƏRB

n

28/07/2011 - 15:48 DÜNYANIN ƏN BÖYÜK TORPAQ MƏSCİDİ

n

13/07/2011 - 12:51 AVSTRALİYADA İSLAM MUZEYİ AÇILACAQ

n

12/07/2011 - 12:51 XRİSTİAN PREZİDENTİN OĞLU MÜSƏLMAN OLDU

n

07/07/2011 - 15:42 "MƏNƏVİYYATSIZLIĞIN BAİSKARI HAKİMİYYƏTDİR"

n

06/07/2011 - 17:41 MİLLİ MENTALİTETİMİZ AVROPAYA İNTEQRASİYA İLƏ UZLAŞIRMI?

n

04/07/2011 - 17:20 İSLAM - İZZƏT, QEYRƏT VƏ AZADLIQ DİNİDİR!

n

04/07/2011 - 11:13 ŞƏBAN AYI NƏDİR?

n

02/07/2011 - 16:49 DİNLƏYİN, QAYĞI GÖSTƏRİN, SEVGİNİZİ HİSS ETDİRİN!

n

30/06/2011 - 13:45 BU GÜN İSLAM DÜNYASINDA ƏLAMƏTDAR GÜNDÜR

n

23/06/2011 - 11:26 "ZALIMLAR HEÇ VAXT SƏADƏT ÜZÜ GÖRMƏZLƏR!"

n

17/06/2011 - 12:32 ÖLÜMDƏN QABAQ SORUŞULMASI LAZIM OLAN 40 SUAL

n

16/06/2011 - 15:25 ABŞ HƏBSXANALARINDA İSLAMIN YÜKSƏLİŞİ

n

16/06/2011 - 10:30 BU GÜN İMAM ƏLİ (Ə)-ın DOĞUM GÜNÜDÜR

n

11/06/2011 - 13:04 BƏDBİNLİK (Pessimism)

n

04/06/2011 - 13:01 NİKBİNLİK


Google-də Axtar
FaktXeber-də Axtar

Günün Sitatı
VASİF MÖVSÜMOV
"Korrupsiyaya qarşı mübarizənin uğuru ondan ibarətdir ki, korrupsiya üçün yaradıllan şərait aradan götürülsün"
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

BİZƏ BU DA AZDIR
Aqil Mehdi
aqilmehdi@gmail.com

"EUROVİSİON" NƏ QƏŞƏY ŞEY İMİŞ
Emilya Tağıyeva

AŞKARDA ŞEYTANA LƏNƏT EDIB, GIZLINDƏ ONA ITAƏT ETMƏYƏK
Xəyal Şükür

BİRDƏN GEYLƏR "AZADLIQ" MEYDANINI İSTƏDİLƏR
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

ÖZ DƏRDİNƏ GÜLƏN İNSANLAR
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

FÜRSƏT, BU FÜRSƏT
 
Türk yazarlar
Fuat Türker

Allah Kadını İşitti
İbrahim Akın

Kadrolu Din Adamı Olunmaz
 
Arxiv



Valyuta Çevirici
Valyuta.com
 
Sayğac

Hava Haqqında
 


 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR  . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.