|
"(Ya Məhəmməd!) De: Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm. (O Allah ki,) göylərin və Yerin hökmü Onundur, Ondan başqa heç bir Tanrı yoxdur. O, dirildir və öldürür. Buna görə də, Allaha və Onun sözlərinə (ayələrinə, nazil etdiyi kitablarına) inanın, Peyğəmbərinə iman gətirin və Ona tabe olun ki, doğru yol tapa biləsiniz" (Əl-Ərəf, 158).
Məhəmməd Peyğəmbərin (s) xalq arasında nüfuzu getdikcə artırdı. Çox dərrakəli və gözəl sifətlərə malik Həzrət Mühəmməd Allahın əmriylə sonuncu və şərafətli Peyğəmbər olmalı idi. Məhəmməddə Adəmin dürüst əxlaqı, Asəfin dərin zəkası, İbrahimin tükənməz mərhəməti, İsmayılın bəlağətli nitqi, Yəqubun müəmmaları dərk etmə məharəti, Yusifin misilsiz gözəlliyi, Davudun təmənnasız xeyirxahlı-ğı, Musanın sarsılmaz dəyanəti, İsanın inamı toplanmışdı. Bütün bunlardan xə-bərdar olan dünyanın tanınmış şairləri Allah Rəsuluna çoxlu şeirlər, qəsidələr qoşmuşlar.
Miladi təqvimiylə 610-cu il rəcəb ayının 27-də Məhəmməd Peyğəmbərə ilk vəhy gəldi (Ənkəbut, 48-49). Bu vəhy onun öz peyğəmbərliyini elan etməsindən ötrü idi.
Həzrət Məhəmmədə (s) peyğəmbərlik verilməsi günündən bəhs edən təfsirçilər göstərirlər ki, bu məşhur gündə Peyğəmbər özünün Həra dağındakı tənha mənzi-lində idi. Qəflətə Cəbrail mələk nazil olub deyir: "Allah Təala buyurur ki, Sən öz peyğəmbərliyini elan edəsən və xalqı bütpərəstlikdən uzaqlaşdırıb bir olan Allaha inanmağa çağırasan".
Bu sözlərdən həyəcana gəlmiş Peyğəmbərimiz bir anlıq cismani sarsıntıdan sonra Allahın qüdrət və əzəmətindən titrədi, sonra isə hərəkətsiz qaldı. Cəbrail ikinci dəfə ona Allahın əmrini təkrar etdi və tək buraxdı. Bu əhvalatdan sonra özünə gələn Peyğəmbər Həra dağından enərək evlərinə gəldi. Həyat yoldaşı Xədi-cə, Peyğəmbərin üzündə qeyri-adi bir şəfəqin saçdığını gördü və dərhal soruş-du: "Ey mənim Alicənabım, bu nə nuri-şəfəqdir?". Peyğəmbər cavab verdi: "Qal-xın və deyin ki, La ilahə iləllah, Məhəmmədən Rəsulullah" (Allah birdir, Mə-həmməd onun elçisidir). Bu sözlərdən sonra o, yatağına uzandı və Xədicədən xa-hiş etdi ki, onun üstünü örtsün. Xədicə onun üstünü yenicə örtmüşdü ki, qəflə-tən gözə görünməyən bir kəsin amiranə səsi eşidildi: "Ey bürünüb yatan, qalx və təkbir - "Allahu Əkbər", - de".
Peyğəmbər tez ayağa qalxıb Kəbəyə getdi və orada ibadət etdi. Kəbəyə birinci gələn Xədicənin əmisi Vərqa oldu. Çox qoca olan Vərqa bir neçə gündən sonra vəfat etdi. Peyğəmbərə ilk iman gətirən həyat yoldaşı xanım Xədiceyi-Kübra və əmisi oğlu Əli ibn Əbutalib idi. Yeni əqidə ətraf yerlərə yayılmağa başlayanda müsəlmanların sayı 50-yə çatdı. Lakin müsəlmanlar hələ 3 il də öz etiqadlarını gizli saxlamalı oldular.
Bir gün Peyğəmbər Səfa dağına gedərək bütün nüfuzlu Qüreyşiləri yanına çağır-dı. Dəvət olunanların hamısı gəlmişdi. Maraqlısı o idi ki, orada çağırılmayan-lar da vardı. Bu zaman Həzrət Məhəmməd üzünü camaata tutub dedi: "Siz bunu təsdiq edərsinizmi ki, mən həmişə düz danışan və sizə qarşı hər işdə təmənna-sız olmuşam". Camaat Peyğəmbərin fikrini təsdiq etdikdən sonra o, sözünə davam edərək dedi: "İndi ki, belədir onda gərək siz həmişə mənə inanasınız. Mənim nəsihətlərimi yaxşı dinləyin və onlara əməl edin. Allahın qəzəbindən qorxun. Mən sizi haqq olan bir Allahı tanımağa çağırıram. Öz əllərinizlə düzəldib ha-zırladığınız bütlərə inanmaqdan, onlara ibadət etməkdən əl çəkin. İbrahimin və İsmayılın qəbul etdiyi və bizə vəsiyyət etdikləri etiqada qayıdın..."
Səfa dağına toplaşanlar Həzrət Məhəmmədin nitqini diqqətlə dinləyirdilər. Pey-ğəmbər nitqini təzəcə qurtarmışdı ki, əmisi Əbu Ləhəb irəli sıçrayaraq "bizim baş bütümüz Sənə qənim olsun!" deyib Allah Rəsulunu təhqir etdi və yerdən daş götürüb ona tərəf atdı. Bu hadisədən sonra oraya toplaşanlar dağılışdılar.
Peyğəmbər ordan Kəbəyə getdi və vaxtilə İsmayıl peyğəmbərin oturduğu daşın üzərində əyləşdi. Burada da Qüreyşləri yeni dinə gəlməyə, özünü də bir Peyğəm-bər kimi tanımağa çağıran Həzrət Məhəmməd əlavə etdi ki, "bu dünyada çox ölkə-lər dini qəbul edəcəklər ki, Axirətdə əzab -əziyyətdən azad olsunlar" və bütün bütlərə lənət oxumağa başladı. Əhalinin çox hissəsi ona istehza edib dağılış-dılar. Çox keçmədən Qüreyş ağsaqqalları toplaşıb məsələ ilə bağlı Əbu Talibə xəbər vermək qərarına gəldilər. Onlar hətta Əbu Talibin qardaşı oğlunu cəza-landırmayacağı təqdirdə, özləri onun barəsində tədbir görəcəklərini söylədilər. Əbu Talib isə onları sakitləşdirməyə çalışdı.
Artıq bu zaman Həzrət Məhəmmədə yeni -yeni vəhylər gəlirdi. Bu vəhylərlə Al-lah-Təala Məhəmmədə İslam dini haqqında qohum və tanışlara məlumat verməyi tapşırırdı. Bildirirdi ki, bu dini qəbul edib itaət edənləri "müsəlman" adlandırsın.
Həzrət Peyğəmbər qohum tanışlardan 40 nəfəri evinə dəvət etdi. Sonra üzünü on-lara tutub qətiyyətlə dedi: "Mən sizə indiyə qədər heç kəsdə görmədiyiniz bir ecaz gətirmişəm. Əgər desəm ki, üstünüzə düşmən hücum çəkəcək, inanarsız?". Qohumları onun sözlərini təsdiq etdikdən sonra sözünə belə davam etdi: "...İnanın ki, Allah məni düz yola çəkmək, müqəddəs iradəsini sizə çatdırmaq, siz bəndələri Onun qəzəbindən qorxutmaq üçün göndərib. Kim qardaşım və davam-çım olub mənimlə işləmək istəyir?" Qohumlardan səs-səmir çıxmadı. Təkcə Məhəm-mədin qardaşı oğlu gənc Əli ibn Əbu Talib ayağa qalxıb dedi: "Ey Peyğəmbər! Mən səninlə olmağa hazıram. Əgər bir kimsə sənə xəta toxundurmaq istəsə, onu öldürərəm". Həzrət Əli (ə) doğrudan da, hər zaman Məhəmmədə sadiq oldu, ən çə-tin anlarda belə onu tərk etmədi.
Həzrət Məhəmmədin peyğəmbərliyini təsdiq edən yeni-yeni ayələr nazil olmaqda idi. Bu ayələrdə o, şahid, nur, müjdəçi kimi tanınırdı. Artıq Məhəmməd Peyğəm-bərin Ərəbistanın hər tərəfinə yayılmış yeni nəzəriyyəsi ilə maraqlananlar dəstə-dəstə Məkkəyə gəlirdilər. Lakin Qüreyşlər Həzrət Məhəmmədi təhqiedici ifadələrlə nüfuzdan salmağa çalışırdılar. Bəziləri isə Onu mal-dövlətlə ələ alıb fikrindən döndərmək istəyirdilər. Bütün cəhdlərin əbəsliyini gördükdə isə Məhəmməd Peyğəmbəri və ona iman gətirənləri təqib etməyə başladılar. Onlardan bir çoxuna zireh geyindirib qızmar günəş altında uzadır, döyür, işgəncə verir-dilər.
Lakin bütün məhrumiyyətlərə, çətinliklərə baxmayaraq sonunda Allahın dini qa-lib gəldi və nəinki Ərəbistanda, bütün dünyada yayıldı...
Tural Həsənli
|