|
Sağlam övlad böyütmək üçün onların maddi olan hər ehtiyacını ödəmək deyil, ünsiyyətin, söhbətin və dincliyin hakim olduğu, ana, ata və uşaqların birlikdə vaxt keçirdiyi, sevgi və inamının ödəndiyi ailə mühiti yaratmaqdır. Ataların gündə ən azı 1 saat uşağıyla xüsusi vaxt keçirməsi, uşağına sevgi və maraq göstərməsi, uşağının məsuliyyətlərini izləməsi, müvəffəqiyyətlərini və gözəl davranışlarını təqdir etməsi, uşağına "ehtiyacın olanda yanındayam" mesajını verməsi, uşağına nəsihət verməkdən əlavə, nümunə kimi inkişafına dəstək olması çox əhəmiyyətlidir.
Ana uşağa əsas istiqamət verən, ata ictimai etibarı və gücü verəndir. Ata uşaq və həyat yoldaşına güc nümayiş etdirən deyil. Ata, həyat yoldaşına və uşağına güc verən bir rolun ifaçısıdır. Atanın uşağın dünyasına girməyə başladığı yaş 3 yaşdan sonradır. Çünki uşaq 3 yaşa qədər anaya bağlanır. Uşağın anaya bağlanması qədər anadan müstəqilləşməsi də çox əhəmiyyətlidir. Uşağın müstəqilləşməsində ata təsirli rol oynasa, uşaq özünü müstəqil və etibarlı hiss edər.
Ata uşağın dünyasına girə bilmirsə və sevgi göstərmirsə, uşaq oğlandırsa anaya meyl edir. Belə olan halda, ata ilə münasibət qura bilmədiyi üçün şəxsiyyət problemi başlayır. Qız uşağı isə kişi sevgisinə olan ehtiyacını qarşılamaq üçün sevgini başqa kişilərdə axtarır.
Ata sevgisi görməyən və atasına güvənə bilməyən uşaqlar öz ailələrində də problemlərlə qarşılaşır. Kişi atasının rəftarından narahat olsa da, eynilə atası kimi davranır. Qız narahat olduğu atasının şəxsiyyət xüsusiyyətləriylə eyni olan kişini seçmir. Əslində isə ana və atalar uşaqlarının yalnız şəxsiyyət, ruhi və ictimai inkişafı üzərində deyil, evlilik əlaqələrində də təyinedici rol oynayırlar.
Valideynin uşaqla pis təftarına misal olaraq bir hekayəni nəzərinizə çatdırmaq istərdik:
“İslamın müqəddəs etiqadlarını ələ salıb məsxərə edən bir həkim olur. İslami mühitdə böyüyüb, tərbiyə almasına baxmayaraq, İslama qarşı çox bədbin olması təəccüb doğururdu. Təhqiqat aparılandan sonra məlum oldu ki, bu həkimin xəstəliyi atasının həddən artıq tələbkar olmasından irəli gəlmişdir.
Həkimin dediklərindən: “Atam hər sübh əlində çubuq başımın üstünü kəsdirib, məni sübh namazı qılmağa oyadardı. Əgər bir an gec dursaydım, çubuqla baş, üz və bədənimə vurardı.”
Beləliklə o, uşaq yaşlarından atasının kobud, düzgün olmayan və qeyri-İslami rəftarı nəticəsində ruhi xəstəliyə düçar olub, ürəyi kin bağlamışdır və yetkinlik həddinə çatdıqdan sonra da həmin kin-küdurət onun İslam və dini müqəddəsata qarşı bədbin olub, onlara hörmətsizlik etməsinə səbəb olmuşdu.”
Əgər valideynlər uşağın düzgün tərbiyə olunmasında çalışıb İslamın tərbiyə qayda-qanunları ilə tanış olsalar və bu qaydalardan istifadə etsələr, bir çox çatışmazlıqlar, o cümlədən irsi və ruhi müşküllər həll olunar. Başqa sözlə, əgər uşaqda müəyyən səbəblərə görə, daşürəkli olmaq hissi yaranarsa, bunu aradan aparmaq üçün düzgün və səhih İslami tərbiyə mühüm amildir. Belə ki, insanın yoldan çıxmasına hətta pozğun mühit, pis yoldaş, dinsiz müəllim və s. təsir edə bilmir.
Beləliklə, tərbiyə əsas amildir ki, ona çox diqqət etmək lazımdır.
Validenylər İslamda tərbiyə qaydalarını öyrənməklə yanaşı uşağın müxtəlif yaş dövrlərində bu qaydaları həyata keçirməlidirlər.
Ən yaxşı tərbiyə üsulu, əməli tərbiyədir. Əgər insan evdə İslami və insanlıq qaydalarına riayət edib ailə üzvlərinin hüququna ehtiram qoysa, namazı əvvəl vaxtında və aramlıqla qılıb yersiz zarafatlar etməsə, faydasız sözlər danışmasa, qeybət etməsə, yalan danışmasa, acıdilli və əxlaqsız olmasa, təbiidir ki, ailə üzvləri, xüsusilə də uşaqlar valideynlərin əməli tərbiyəsi təsiri altında tərbiyə olunacaqlar. Bu tərbiyə növü bütün tərbiyə üsullarından ən yaxşısı və müvəffəqiyyətlisidir.
Rübab Allahverdiyeva
|