Onlar Stalinə "Hitler hücum edəcək" deyə 30 dəfə xəbərdarlıq məktubu göndəriblərmiş
22-06-2011 / 13:19
Rusiya, faşist Almaniyasının SSRİ-yə hücum etməsinin 70-ci ildönümünə (22 iyun 1941) hazırlaşarkən Rusiys Xarici Kəşfiyyat İdarəsi (XKİ) hücumdan əvvəl Moskvaya göndərilən gizli sənədləri yayımlayıb. Sənədlərə görə, Sovet casusları hücumdan əvvəl SSRİ lideri İosif Stalini ən azı 30 dəfə xəbərdar edibmiş.
FaktXeber.com-un verdiyi məlumata görə, Xarici Kəşfiyyatın 1938-41-ci illərinə aid gizli məlumatları kitab şəklində yığan təqaüdçü XKİ generalı Lev Sotskov, o dövrün Berlində fəaliyyət göstərən Sovet casuslarının işlərini açıqlayıb. Təqaüdçü general, "Onlar orada agentlik edərək, səfirlik, nazirlik və ordu üzərindən gizli məlumatlar alırdılar. Onların gizli məlumatları bu kitabda ətraflı şəkildə göstərilib. Bizim iki yaxşı qaynağımız vardı: Biri faşist Almaniyasında daxili işlər naziri Himmlerin, digəri isə Göringin (Hava Qüvvələri komandiri) idarəsində idi", - deyə bildirib.
Gizli məlumatların "Yoldaş Stalin, Molotov və Beriyaya" başlıqlı sənədləri barədə danışan general Sotskov, "O dövr Sovet rəhbərliyinin hadisələrlə əlaqədar necə məlumatlandırıldığını araşdırmağa çalışdıq. Sənədlərə görə, Hitlerin SSRİ-ə hücum edəcəyiylə əlaqədar Moskvaya ən azı 30 dəfə kəşfiyyat məlumatı göndərilib. Stalin isə dünya ictimaiyyətinin gözündə təcavüzkar vəziyyətinə düşməkdən qorxurdu. Bəli, Stalin qorxurdu. Bunu başqa cür izah etmək mümkün deyil. Buna dərc olunan bəzi sənədlər şahidlik edir. Sənədləri araşdırarkən bu nəticəyə gəldim: daha Stalinə necə hesabat verilməsi lazım idi ki, hər şey aydın olsun. Hücum hazırlığıyla əlaqədar hər yerdən məlumatlar gəlirdi", -deyə tənqidini səsləndirib.
XKİ-nin yayımladığı sənədlər arasında İngiltərənin həmin dövr Moskva səfiri olmuş Richard Stafford Crippsin Londona göndərdiyi hesabat da yer alıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.