Leninin San Peterburqdakı malikanəsinin balkonundan 1917-ci ildə etdiyi çıxış Sovet dövrününün əhəmiyyətli çıxışlardan biri idi.
15-06-2011 / 16:41
FaktXeber.com.Leninin San Peterburqdakı malikanəsinin balkonundan 1917-ci ildə etdiyi çıxış Sovet dövrününün əhəmiyyətli çıxışlardan biri idi.
*Eyvan çıxışlarının ən məşhuru Mussolininin Venesiya meydanındakı Piazza Venesiyadakı bir binanın eyvanından etdiyi çıxış idi.
*Avropada 2-ci dünya müharibəsinin qələbə ilə nəticələnməsindən sonra dövrün İngiltərə baş naziri Vinston Çörçil, 8 may 1945-ci ildə Bukinqxam sarayının eyvanından qəlbə çıxışı edib.
*1963-ci ildə soyuq müharibə davam edərəkən dövrün ABŞ prezidenti Con F.Kennedi Qərbi Berlindəki Şöneberq bələdiyyəsinin etdiyi çıxış tarixə düşüb. Kennedin almanca "Mən berlinliyəm" - deyərək Sovet Birliyini qorxutması uzun müddət dillərdən düşmədi.
*Ağ irqçiliyinin qurbanlarının simvolu sayılan Nelson Mandela, 27 illik həbs cəzasından sonra Keyp Tovndakı bələdiyyə binasının eyvanından çıxaraq təxminən 100 min cənubi afrikalıya xitab edib. Mandelanın çıxışı irqçiliyə qarşı qazanılan qələbənin simvolu oldu.
*Evita adıyla tanınan Eva Peron, Argentina baş nazirinin həyat yoldaşı Juan Peronun müxaliflər tərəfindən həbs olunması ilə Kasa Rosada sarayının eyvanına çıxıb 300 min insanın qarşısında həyat yoldaşının azad olunmasını tələb edib. Bu istəyinin yerinə yetirilməsindən sonra bir daha eyvana çıxaraq ictimai ədalətsizlik və yoxsulluqla mübarizə çağırışı edib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.