İstifadəçi Adı : Şifrə :
Yeni üzvlük Şifrəmi unutdum
 


ŞOK! ŞOK! ŞOK! HALAL KOLBASA SEXLƏRİNDƏ NƏLƏRİ GÖRDÜK?
"Halal" bildiyimiz kolbasaların hazırlanmasında hansılarda şəriət qanunları gözlənilir?
Şərh yaz

Azərbaycanda “Halal” nişanı ilə satılan ət və ət məhsullarının çeşidi son zamanlar artmaqdadır. Ölkədə kolbasa istehsalı ilə məşğul olan kifayət qədər sex və müəssisə mövcuddur ki, hər biri öz məhsulunun halal olmasını iddia edir. Bəs görəsən “halal məhsul” dedikdə nə başa düşülür? Bu barədə müxtəlif fikirlər səslənsə də, əslində hər hansı bir ət və ət məhsulunun halal olmasının göstəricisi həmin məhsul hazırlanarkən istifadə olunan heyvanın ətinin şəriət qanunlarına uyğun kəsilməsidir. Yəni şəriət qanunları ilə, üzü qibləyə, “bismillah” deyilməklə kəsilən heyvanın ətindən hazırlanan kolbasa və bu kimi məhsullar, ancaq bu cür halal hesab oluna bilər. Bu göstəricilərə əməl etmək isə bütün müəssisələrə nəsib olmur. Kolbasa istehsalı ilə məşğul olan sex və ya iri həcmli şirkətlər ət və ət məhsullarının çeşidinin hazırlanmasında bəzən bilərəkdən, bəzən də bilmədən bu standartları pozurlar.  Əti qadağan olunmuş heyvanlarının ətindən istifadə etməklə bir çox şirkətlər kolbasa fəaliyyətində “halal” göstəricisini itirmiş olurlar.

Bəzi şirkətlər də mövcuddur ki, istehsalatda məhz halal göstəricilərə əməl etməklə kolbasa və bu kimi məhsulların hazırlanamsı ilə məşğuldur. Bu şirkətlər arasında ən çox adı hallandırılanlar isə “SAB”, “HİCAZ”, “HACI TURQAY” və “ELBA”dır ki, ət və ət məhsullarının hazırlanmasında halal göstəricilərə əməl etməsi iddia olunur.

Bu iddianın həqiqətən gerçək olub-olmadığını müəyyən etmək məqsədilə FaktXeber.com olaraq adları çəkilən 3 şirkətlərə baş çəkmək qərarına gəldik. Sözügedən şirkətlərdən “ELBA” MMC Gəncə şəhərində yerləşdiyi üçün onlarla görüşmək imkanımız olmadı. Amma şirkətin internet saytında yerləşdirilmiş video rolikdə heyvan kəsimindən tutmuş, məhsulun hazırlanmasına qədər olan proses əks olunub.

Amma yerdə qalan 3 şirkət Bakı şəhərində yerləşdiyi üçün onlara baş çəkməkdə problem yaranmadı. Lakin şirkətlərə baş çəkdikdə müxtəlif reaksiyalarla qarşılaşdıq. Bir şirkətdə bizə içəri daxil olub sonradan çəkiliş üçün icazə tələb olundusa, bir şirkətdə heç içəri daxil olmağa belə icazə verilmədi. Nəhayət aralarında bir müəssisə tapıldı ki, halal göstəricilərlə kolbasa hazırlamaq bacarığını nümayiş etdirməyə razılıq verdi. 

İlk olaraq “Hacı Turqay” şirkətinə baş çəkərək müəssisənin ərazisinə daxil olduq və orada satış menecerindən çəkiliş üçün icazənin kimdən alınması barədə soruşduq.  Satış meneceri isə mühafizəçiyə yaxınlaşmağı və oradan rəhbərliklə əlaqə saxlanmasını bizə tövsiyə etdi. Mühafizəçiyə yaxınlaşsaq da, şirkət rəhbərliyindən heç kim bizimlə əlaqə yaratmaq istəmədi.  Yalnız özünü menecer kimi təqdim edən şəxs telefon vasitəsiylə bildirdi ki, şirkətə daxil olmağa icazə yoxdur. Adını və soyadını təqdim etmək istəməyən şirkət rəsmisi, “biz sizə içəriyə daxil olmağa icazə verə bilmərik. Heç televiziya kanallarını da zavodumuza buraxmırıq. Məhsulumuz isə halaldır” - deyə bildirdi.

Maraqlı məsələ isə odur ki, Azərbaycanda ilk olaraq “Halal” markası ilə kolbasa məhsulları istehsal edən “Hacı Turqay” şirkəti çəkilişlərə niyə icazə vermir? Hər halda istənilən bir şirkət istehsal etdiyi məhsulun keyfiyyətinə zəmanət üçün istənilən bir media nümayəndəsinə qapısını həmişə açıq qoymalıdır. Yox, əgər bu müəssisədaxili nizamnaməyə ziddirsə, ən azından “ELBA” şirkəti kimi istehsal prosesini şəffaflaşdıran görüntünü təqdim etməlidir.

Nə isə, biz bir gün sonra “Hacı Turqay” şirkəti ilə yenidən əlaqə saxlamağa və burada onların fəaliyyətinə kölgə salacaq heç bir prosesin olmadığını izah etməyə çalışdıq, amma təəssüf ki, bu cəhdlərimiz də boşa çıxdı.

Baş çəkdiyimiz növbəti şirkət isə “Hicaz” oldu. Müəssisənin qapısında nə mühafizəçi var idi nə də qoruq-qadağa. “İstənilən bir şəxs buradakı istehsal prosesini izləyə bilər.” Bu sözləri bizə şirkətin rəhbərlərindən olan Vaqif İbrahimov bildirdi. Şirkət barədə ətraflı məlumat verən Vaqif bəy, sexdə hazırlanan kolbasa və sosiskaların necə hazırlandığı yerlə bizi tanış etdi.  Təxminən 3 ildir fəaliyyət göstərən şirkətin dana və toyuq ətindən istifadə edərək kolbasa və sosiska istehsal etdiyini söyləyən V.İbrahimov,  şirkətinin şəriət qanunlarına tam riayət etdiyini açıqladı. O, bildirdi ki, “biz Hindistandan və ya başqa ölkələrdən gətirilən donmuş ətlərlə deyil, öz gözümüz qarşısında kəsilmiş mal ətindən istifadə edirik. Heyvanın kəsimi prosesində də şəxsən öz nümayəndəmiz iştirak edir. Heyvanlar şəriət qaydalarına uyğun olaraq üzü qibləyə, “Bismillah” deməklə kəsilir.”

 

Növbəti dayanacağımız isə digər halal kolbasa müəssisəsi olan “SAB” şirkəti idi. Lakin bu şirkətdə də bizi qəbul etmək istəmədilər. Bizi Xırdalandakı müəssisənin qarşısında saxlayan mühafizəçi əraziyə kənar şəxslərin daxil olmasınını mümkünsüzlüyünü söylədi və rəhbərliklə əlaqə saxladı. Onun, “burada jurnalistlər var, içəri daxil olub çəkiliş aparmaq istəyirlər” - deməsinə verilən cavab isə belə oldu: “Bağışlayın, sizi içəri buraxa bilmərəm”.

Bax belə. Mövzunu açıq saxlayırıq. Çəkilişə icazə verməyən şirkətlərin hər ikisinə istənilən vaxt yenidən baş çəkə bilərik. Əgər istəsələr. İstək isə razılıqdan ibarətdir. Heç bir əlavə ödəniş tələb olunmur.

Orxan, Vüqar

Mənbə :
Teqlər :
ŞOK! - ŞOK! - ŞOK! - HALAL - KOLBASA - SEXLƏRİNDƏ - NƏLƏRİ - GÖRDÜK? -
Paylaş :
Mail Yazdır Şərh yaz 9 dəfə şərh edilib
02-08-2012 12:50 - 12886 dəfə oxunub
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və "Ctrl+Enter" düyməsini basın
Şərhlər
The Reader tərəfindən 02-08-2012 Tarixində yazıldı
--Ay Yalansa çox halal adamlardılar onlar çox
Ali Cafarov tərəfindən 02-08-2012 Tarixində yazıldı
--Men ozum artiq 16 ile yaxindir ki kolbasa satisi ile mesgulam Men Azerbaycanda HICAZ kolbasalarindan basqa halal kolbasa tanamiram .Duzdur ozum bas sexlerin malini satisi ile mesgulam amma hec birinde halalliga zamanet yoxdur.
Aliya İ. tərəfindən 03-08-2012 Tarixində yazıldı
--Hicazda çekiliş aparılıb, amma hazır kolbasalar çekilib. Bununla nece bilmek olar ki, kolbasanını içinde ne var. Men menecerin danışığına inanıram, mümin insanlardır inşallah. Onu da deyim ki, fotodakı et nese "sveji" ete oxşamırdı. Belke de mene ele gelir. Ümumilikde yalnız HİCAZ çekilişe icaze veribse demeli en azı düzgün işdiyirler.
Niyaz tərəfindən 03-08-2012 Tarixində yazıldı
--Mence de. Əger diger sexlerde halallıq güzlenilseydi yeqin ki, çekilişe icaze vererdiler. Ən azendan bu onların reklamı olardı. Demeli nese şübheli meqamlar var...
Elman Rza tərəfindən 07-08-2012 Tarixində yazıldı
--Ay millet onu da bilin ki, eti müselman kesende halal olur. Çoxda i, onu kesende üzü qibleye ve ya bismillah deyib keirler. Yoxsa ki, hamı deyir ki, men müselmanam. Amma araşdırıb gürürsen ki, bu olsa-olsa menşece müselmandır. Men kolbas ve ya sosiska alıram ve bilirem ki, ki kimden alıram. Yani onlara tam inanıram ve bilirem ki, onlar halal eti haramdan ayıra bilirler. Yoxsa ki, kimseler kimi "Əşi babalı onların boynuna deyib" alıb yemirem. Size de meslehetim odur. Adresi isteyirsinizse deye bilerem: Sumqayıt 4 mkr, ehli beyt mağazasının yanındakı et satılan yer
Rasim tərəfindən 13-02-2013 Tarixində yazıldı
--Hicaz Şirkəti barədə bizimdə məlumatımız var. onuda sizə bildirim ki Hicaz şirkətinin Şəriyət məsələlərinə baxan qardaş Şəryətə tam diqqət edəndir. həmən çəxsi biz şəxsən tanımasaqda onun barədə inanılan mənbələrdən eşetmişik.
celil bedelov tərəfindən 24-01-2014 Tarixində yazıldı
--niye heyvani gostermiller
Cəfərov Murad tərəfindən 15-04-2014 Tarixində yazıldı
--Bu elə vəhabi oğraşlarin işlərididə halal yazib üstüne satilar guya halaldi ALLAH sizlərin qövmunuzə lənət eləsin!
gulnare qambarov tərəfindən 02-11-2014 Tarixində yazıldı
--yalan dyirler it eti qoyun eti at eti curuk etderden hazirlayirlar
Araşdırma
30-01-2015 15:13 İki milyon Azərbaycan ailəsi nə üçün təhlükə qarşısındadır? - ARAŞDIRMA
28-01-2015 15:15 Marketlər əhalini necə aldadır?
27-01-2015 09:52 Qərb qadınlarını İŞİD-ə aparan ilginc yol - ARAŞDIRMA
26-01-2015 21:36 Avtomobili yanğından necə qorumalı?
26-01-2015 12:25 Azərbaycanın büdcədən pul almayan 6 şəhər və rayonu var - ARAŞDIRMA
25-01-2015 21:00 Ziya Məmmədovun oteli voleybolçuları girov saxladı
24-01-2015 13:41 ABŞ-ın Cənubi Koreyaya hədiyyəsi – 1 milyon seks köləsi - FOTO
24-01-2015 12:52 Paytaxt bazarlarında bahalığa səbəb nədir? - ARAŞDIRMA
24-01-2015 11:46 Neft və şahzadələr ölkəsi - vəhhabi milyarderlərin hekayəsi - FOTOLAR
23-01-2015 10:51 Bakıda milyardların həll edə bilmədiyi problem… - ARAŞDIRMA
22-01-2015 12:12 Bakıda quldur banklar - ARAŞDIRMA
22-01-2015 10:04 Umayra Tağıyevanın istefasının şok səbəbi: işçilər niyə ağladı?
22-01-2015 10:02 “Sovetski”yə ayrılan pulların taleyi - ARAŞDIRMA
21-01-2015 23:27 Keçmiş NAZİRlər hazırda nə işlə məşğuldur? – Biznes, QHT işi və həbs...
21-01-2015 16:32 Üzərinə maye dağılan noutbuku necə xilas etməli? VİDEO-ARAŞDIRMA
21-01-2015 11:32 Ev yıxan dərmanlar - ARAŞDIRMA
17-01-2015 13:54 Media düşməni olan dövlət rəsmilərinin ikiüzlülüyü - ARAŞDIRMA - FOTO
17-01-2015 13:39 Azərbaycanda məktəblilərin DƏHŞƏTLİ ABORT STATİSTİKASI - ARAŞDIRMA
16-01-2015 21:30 Azərbaycanda illərdir boş qalan vəzifələr... - ARAŞDIRMA
16-01-2015 16:16 Azərbaycanlı qadınları internetdən belə aldadırlar - ARAŞDIRMA
16-01-2015 13:15 Hacı və Məşhədi olan nazirlərimiz - SİYAHI
15-01-2015 15:58 ABŞ Rusiya, İran və Venesuelanın çökməsinə 1 trilyon ayırdı - ARAŞDIRMA
15-01-2015 11:27 Evli qadınlar başqa kişiyə niyə qaçır? - ARAŞDIRMA
15-01-2015 00:39 Azərbaycanda qızıl da bahalaşır - ARAŞDIRMA
13-01-2015 17:58 Hər kəs oxusun! Bir yerdə toplanması çətin bir yazıdır - ARAŞDIRMA - 18+
12-01-2015 17:44 "Şarli Ebdo" istintaqını aparan müstəntiq niyə öldü?
10-01-2015 12:15 Ölkədə serial intiharlar və qətllərin kökündə dayanan ilginc səbəblər
10-01-2015 01:38 Qəpik-qəpik yığılan dövlət büdcəsini prezidentlər necə dağıdır? - ARAŞDIRMA
09-01-2015 11:01 11 jurnalistin öldürülməsi “tamaşa” idi?- ŞOK İDDİA - FOTO-VİDEO
09-01-2015 10:30 Neft hansı naziri vuracaq?
08-01-2015 13:11 Qışda avtomobil sürmək: Miflər və faktlar - ARAŞDIRMA
07-01-2015 10:18 Nikah üçün arayış, yoxsa yeni rüşvət tələsi? - ARAŞDIRMA
05-01-2015 15:55 Dar cinslər kişiləri necə "emo"ya çevirir? - ARAŞDIRMA
30-12-2014 16:01 Siyasətçilərin jestlərindəki gizli mesajlar - FOTO ARAŞDIRMA
30-12-2014 13:32 Dünyanın ən yaxşı snayper tüfənglərinin reytinqi - FOTOLAR
30-12-2014 11:07 Nazirdən Bakı kəndlərinə işləyən avtobuslara qadağa - FOTO
30-12-2014 10:06 Milyarderlər harada dincəlirlər? - FOTO
27-12-2014 10:15 Sahibkar maya dəyəri 300 manata başa gələn evi 7-8 dəfə baha satır
26-12-2014 12:48 Bu DƏHŞƏTLİ sunami faciəsi yadınızdadırmı? FOTO-VİDEO
25-12-2014 12:34 Azərbaycanda 2014-cü ilin ən dəhşətli cinayət xronikası - VİDEO
24-12-2014 09:38 Azərbaycanlılar İŞİD-i parçalayır - FAKTLAR
22-12-2014 22:11 Nazirlik ölkənin özünə çatmayan əti xaricə necə “satır”... - ARAŞDIRMA
20-12-2014 21:30 Nazirliyin 8 illik sükutu və uşaqları zombiləşdirən qorxunc səhnələr
20-12-2014 11:21 Hər gün keçilən yolda son iz...
19-12-2014 23:07 Radar cəriməsi nə vaxt silinə bilər? - ARAŞDIRMA
19-12-2014 21:48 Məmur-oliqarxlar, milyonçular dövlətə və xalqa qarşı... - FOTOLAR
19-12-2014 14:14 Ən çox “bomj”u olan ölkələr - Azərbaycanda vəziyyət necədir? - SİYAHI
19-12-2014 12:25 Azərbaycanda qısqanclıq dalğası və qurbanları - ARAŞDIRMA
18-12-2014 15:27 «Əsl dəri» aksesuarların necə hazırlandığını bilirsinizmi? VİDEO 24+
17-12-2014 12:59 Yol polisi sərxoş qadın sürücülərin adını niyə açıqlamır ?
16-12-2014 17:15 Sovet uşaqlarının təhlükəli “oyuncaq”ları – FOTO - ARAŞDIRMA
16-12-2014 14:43 Türkiyədəki həbslər və Azərbaycanda mədrəsə açan “əl-Qaidə”çilər
13-12-2014 10:59 İŞİD-in Azərbaycanla bağlı ŞOK PLANI
12-12-2014 19:20 Milyardları olan azərbaycanlılar - FOTO
11-12-2014 16:43 Uşaqlardakı dəhşətli aqressiya və valideyin davranışı – ŞOK ARAŞDIRMA
10-12-2014 22:08 ŞOK ARAŞDIRMA: İki qara uniformalı Bakı-Ceyhanı necə partlatdı? (FOTO)
09-12-2014 21:37 İŞİD-in qətliam videosu analiz edildi - NƏTİCƏ
09-12-2014 17:15 Suriya müharibəsini alovlandıran QAZ SAZİŞİ - ARAŞDIRMA
09-12-2014 12:59 Azərbaycanda Yeni Zelandiya yağları hara yoxa çıxıb? - ARAŞDIRMA
06-12-2014 11:50 İŞİD-çilərə baş kəsdirən SEHRLİ İKSİR - ARAŞDIRMA

Xəbər Lenti
Sorğu
Səs ver Nəticələr

Cəmiyyət Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb İdman
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
Mədəniyyət Maraq Dünyası
Mənəviyyat Uşaq Aləmi, Ailə
Sağlamlıq Foto
Video Tarix
Elm-Texnologiya
Valyuta.com

® 2009 FAKTXEBER.COM - Azerbaijan Online Internet Newspaper

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az